Challengers- Deep Educational

Challengers- Deep Educational

Challengers- Deep Educational is one of the top Science / Education influencer in Azerbaijan with 5635 audience and 0.37% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

5,635

AudienceAudience

0.37%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Science / Education


Book Lovers



Portfolio

Standout projects making waves around the web

image

İT və Dizayn sahəsində öz yolunu tapmaq istəyən xanımlar üçün gözəl bir xəbərim var! ????‍???? Matrix Academy-nin dəstəyi ilə reallaşan Girls Code platforması 3000 AZN-lik təqaüdlə proqramlaşdırma təhsili almaq imkanı yaradır. Bu sahəyə marağı olan, amma maddi səbəblərlə başlayamayan xanımlar üçün əla fürsətdir. Ətrafınızda uyğun biri varsa, mütləq yönləndirin. Dəstəyiniz birinin həyatını dəyişə bilər ???? #Proqramlaşdırma #İnformasiyaTexnologiyaları #Dizayn

2
image

@widsworldwide #WiDSBaku komandasının təşkilatçılığı @ninja.kidsclub.coffee və @havva_safarova-nın dəstəyilə 10-16 yaş arası uşaqlar və onların valideynləri üçün #Kibertəhlükəsizlik və #ŞəxsiSərhədlər istiqamətində mütəxəssislərimiz @s.i.talibova və @psixoloq.ayshen.bayramova tərəfindən seminar keçiriləcəkdir. Övladlarını daha sağlam #rəqəmsal mühitdə böyütmək istəyən, bu sahə ilə maraqlanan hər kəsi dəvət edirik. Qeydiyyat üçün mənə instagram üzərindən müraciət edə, yaxud hekayə və bioda yerləşdirilən qeydiyyat linkindəki formu doldura bilərsiniz. Seminar 25 May tarixində "Ninja Kids Caffee & Club" kafesində saat 11:00-da həyata keçiriləcək. Qeydiyyat prosesinin asanlaşdırmaq üçün tədbir vaxtından 30 dəqiqə öncə məkanda olmağınızı tövsiyə edirik.

9
image

???? Mənim ən qorxduğum qorxu filmləri #animatronnic və #techno janrında olanlardır. Məsələn, "5 Nights at Freddy's" kimi. #SüniZəka, yaxud #RuleBased #alqoritmlər əsasında hazırlanan cihazların birdən-birə sıradan çıxıb insanların dalınca qaçması, doğrudan da vahiməlidir. Çünki işin arxasında böyük bir #bilinməzlik ( #uncertainity ) dayanır. Qeyri-müəyyənliyi isə idarə etməyin yolları #qeyrimüəyyən olur. ???? Adətən qorxular əsassız olmur. Bu, beynimizin #Risk hiss etdiyi zaman verdiyi reaksiyadır. Şərtsiz refleksin bir növü olan müdafiə refleksidir. Bütün digər şərtsiz reflekslər kimi bizi yox olmaqdan qorumağa fokuslanıb. ???? Bəs bu risklər və qorxularla necə mübarizə aparmalı? ???? Bloqa keçid hekayədə! #RiskManagement #ModelRiskManagement #ModelRisklərininİdarəEdilməsi #AIRisk #ArtificialIntelligence #Süniİntellekt #DataScience #Modelling

7
image
image
image
image
image
image

Data Science müəllimimizi tanıyaq! Bu dəfə sizə Data Science sahəsində bilik və təcrübəsi ilə seçilən müəlliməmiz Sitarə Ağayeva haqqında danışmaq istəyirik. Sitarə xanım IU Internationale Hochschule-də magistr təhsilini davam etdirir, həmçinin EY Business School və UNEC məzunudur. O, həm də müxtəlif beynəlxalq sertifikatlarla biliklərini dərinləşdirib – Applied Data Science Lab, Stanford Code in Place, Dataiku Advanced Designer və digərləri. Hazırda PASHA Holding-də Data Scientist & Model Risk Management Specialist vəzifəsində çalışır. Daha öncə isə ABB-də Data və Business Analyst kimi fəaliyyət göstərib. Data Science sahəsində inkişaf etmək, peşəkar karyera qurmaq istəyirsinizsə, Evo Academy-də Sitarə xanımın dərslərinə qoşula bilərsiniz. #Evoacademy #teacher #datascience

53
image

???? Keçmiş zamanlarda birini həyatımızdan çıxarmaq daha asan idi. Onunla bağlı xatirələri yada salmamaq, danışmamaq kifayət idi. Kimsə utancverici bir hadisə yaşayıbsa, bu hadisə #məhəlli ( #local ) xarakter daşıyırdı. ???? #Fotoqrafiya yaranandan sonra da vəziyyət nəzarətdən çıxmamışdı. Xoşagəlməz şəkilləri cırıb atmaq kifayət edirdi. ???? İndi isə hər saniyə hesaba gəlməyəcək qədər data yaranır və onları səliqəyə salmaq mümkün olmur. Dağınıq bir şkafda paltarlarımızı tapa bilmədiyimiz kimi, #DataLake halında olan məlumatlar arasında da nəyin olub-olmadığını bilmək olmur. ???? Şərtlər dəyişsə də, insanlar üçün #qorxular və bu qorxulardan yaranan #hüquqlar əsas etibarilə eyni qalır. Biz insanları xatırlanmaq istəyən varlıqlar kimi bilirik. Ancaq insanlar unudulmaq da istəyirlər. Kainatda toz olub itərkən, sabahı düşünmədən verdikləri qərarların xatırlanmamasını, artıq görüşmək istəmədikləri insanların onlar haqqında həssas məlumatları ( #SensitiveData ) bilməməsini, əlçatan olmamağı, ictimaiyyətə açıq olmamağı, keçmişlərinə görə mühakimə edilməməyi də istəyirlər. ???? Hər bir şəxsin unudulmaq haqqı var. Və bunu müştərisi olduğu şirkətlərdən də tələb edə bilər. Təəssüf ki, bu gün oxumağa ərindiyimiz #TermsAndConditions faylları bu işi çətinləşdirə bilir. Lakin "yaxşı" #DataEthics praktikası tərəfdaşlara qarşı #şəffaf və #dürüst olmağı tələb edir. Bu həm datasını ötürən, həm də data toplayan tərəfi risklərdən qoruyur. Beləliklə, şirkət cəmiyyətə açıq sərgilənən məhkəmələrdən, ictimai qınaqdan, bir sözlə, #ReputasiyaRiski dediyimiz riskdən özünü qoruyur. #Risk #HumanRights #DataPrivacy #ReputationalRisk #DataRisk #DataProtection #ModelRiskManagement

9
image

???? Bu gün rəqəmsal cihazlar hər yerdədir. Texnologiyanın inkişafı uşaqlardan da yan keçmir, onların həyatına hər mənada təsir edir. ???? Texnoloji inkişafın özü ilə gətirdiyi əlçatanlıq və üstünlüklər kimi, sözsüz ki, mənfi tərəfləri və təhlükələri də mövcuddur. ????‍???? Xüsusilə, azyaşlılar internet kimi böyük və sonsuz dünyada özlərinin də xəbərsiz olduğu təhlükələrlə üz-üzə qala bilirlər. ⚠️ Onlayn oyunlarda çatlaşarkən, müxtəlif səhifələrdə qeydiyyatdan keçərkən, yaxud da sadəcə internetdən hansısa materialı cihazlarına yükləyərkən öz məlumatlarını istəmədən qarşı tərəfə ötürə bilirlər. ⏩️ Budəfəki təlimimiz də məhz bu haqdadır. 10-16 yaş aralığında məktəblilər üçün nəzərdə tutulan seminarda Kibertəhlükəsizlik üzrə mütəxəssis və Psixoterapevt tərəfindən: - uşaqların internetdə qarşılaşdığı təhlükələr; - kiberzorakılıq; - şəxsi məlumatlar və onların qorunması; - onlayn oyunlarda təhlükəsizlik qaydaları; - şəxsi sərhədlərin qorunması; - ekranın qarşı tərəfində üzləşdiyimiz şəxslər; - paylaşım edərkən diqqət edilməli məqamlar haqqında danışılacaq. ⭕️ Seminarda iştirak etmək üçün hekayədəki keçiddən qeydiyyatdan keçə bilərsiniz. Əlavə suallar üçün bizimlə @deep_education səhifəsi üzərindən əlaqə yarada bilərsiniz. #Kibertəhlükəsizlik #cybersecurity #cyberbullying #kiberzorakılıq #childprotection #parentalguidance #datasecurity #datatəhlükəsizliyi #uşaqlarüçün

17
image
image
image
image
image

Aprel ayının 6-da @matrixacademy.az -nin dəstəyi ilə həyata keçirdiyimiz növbəti ##WiDSBaku seminarının qonağı Kompüter Elmləri və Maşın Baxışı ("Computer Vision") üzrə mütəxəssis @nigar_alish oldu. ???????????? ???? Nigar Alışzadə eşitmə məhdudiyyətli şəxslərin ünsiyyət və təhsil imkanlarının genişləndirilməsi və #Data və #SüniZəka alətlərinin bu istiqamətdə necə faydalı ola biləcəyinə dair araşdırmalarla məşğuldur. Onun komandası ilə birgə ərsəyə gətirdiyi "İşarə dili tanıma modeli" ("Sign Language Recognition") bu istiqamətdə əldə edilən önəmli uğurdur. Seminar müddətində: - İşarə dili nədir və nə deyil; - Necə formalaşır və hər ölkə üçün nə dərəcədə fərqlənir; - Eşitmə məhdudiyyətli insanlar gündəlik həyatda hansı problemlərlə qarşılaşırlar; - Eşitmə məhdudiyyətli insanların təhsil imkanlarında çatışmayan nüanslar nələrdir; - Əngəlsiz bir həyat üçün nələr edə bilərik; - Süni Zəka və Data toplanması bizə bu istiqamətdə necə fayda yarada bilər; - Data ilə bağlı həll yollarında hansı etik dilemmalarla qarşılaşırıq suallarını müzakirə etdik. ????İşarə dili təbii bir dil olub, verbal dillər kimi hər icmanın özünə xasdır, ölkələr, hətta bölgələr üzrə fərqlənə bilir. Bu səbəbdən də həyata keçirilən layihələrdə bu faktı nəzərə almaq mühimdir. Azərbaycan İşarə Dili üzrə tanıma modeli qurulması ölkə miqyaslı bir nəticədir. Nigar xanıma və komandasına bu təşəbbüsündən dolayı təşəkkür edir və gələcək işlərində uğurlar diləyirik. Tədbirdə təşkilati dəstəyə görə @matrixacademy.az və @girlscode_az komandasına dərin təşəkkürümüzü bildiririk. Tədbirlərimizi izləmək üçün @deep_education səhifəsinə abunə ola bilərsiniz.

36
image

Süni İntellekt ünsiyyətdə maneələri necə aradan qaldırır? ???? WiDS2025 çərçivəsində keçiriləcək seminarda bu suala cavab tapacaqsınız! ???? Tədbirin qonağı Fransız-Azərbaycan Universitetində Kompüter Elmləri müəllimi, Machine Learning mütəxəssisi və elmi tədqiqatçı Nigar Alışzadədir. O, seminarda öz yaratdığı işarə dilini tərcümə edən Süni İntellekt modelini təqdim edəcək. ???? Seminarda iştirak edərək: ▪️Süni Zəkanın fiziki məhdudiyyətli şəxslərin həyat keyfiyyətininin yaxşılaşdırılmasında necə istifadə edildiyini; ▪️Kompüter Görməsinin (Computer Vision) kommunikasiya problemlərini həll etməkdə rolunu; ▪️Texnologiyanın inklüziv və əlçatan cəmiyyət qurulmasında əhəmiyyətini öyrənəcəksiniz. ???? Matrix Academy, Bakı, Səməd Vurğun küçəsi 34 ???? 6 aprel 2025, saat 14:00 Qeydiyyatdan keçərək texnologiya ilə inklüziv gələcəyin qovuşduğu bu vacib müzakirənin bir hissəsi ola bilərsiniz! ???? ???? İştirak etmək üçün bizə müraciət edin. #WiDS2025 #artificalintelligence #sünizəka #datascience #baku #təhsil #texnologiya

31
image

Dəyərli izləyicilər, ???? Növbəti Women in Data Science (WiDS) Worldwide tədbiri ilə qarşınızdayıq. ????‍????Budəfəki qonağımız "Metatesk" şirkətinin təsisçisi Günay İmanzədədir. ????Bu seminarda qadınların texnologiya və biznes sahəsində rolundan bəhs edəcək, bizneslə, təhsillə, texnologiya sahəsində necə inkişaf etməklə bağlı sualları cavablandıracağıq. ???? Düşünürəm ki, hazırda biznes ideyası olan, başlamaq üçün məsləhətə və cəsarətə ehtiyacı olan həm xanımlar, həm də bəylər üçün bu seminar yaxşı bir fürsətdir. ???? Tədbir 18 may, 2024-cü il tarixində həyata keçiriləcək. ????Ünvanla bağlı detallar qeydiyyatdan keçən şəxslərə mail vasitəsilə göndəriləcək. ⬇️ Qeydiyyat keçidi hekayədə mövcuddur. #WiDS2024 #Forbes #Forbes30U30 #WomenEmpowerment #Tehcnology #Business #Innovation #ArtificialIntelligence #QadınınGücü #Texnologiya #Biznes #İnnovasiya #SüniZəka

3