Avtobioqrafiya

facebook.com
Elgun Khidirov is one of the top Auto influencer in Azerbaijan with 1514 audience and 9.18% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
672
Engagement Rate
4.17%

Feed

Avtomobillərdə təhlükəsizlik kəmərlərinin tarixi XIX əsrin əvvəllərindən başlasa da dünyada ilk dəfə olaraq təhlükəsizlik sahəsində ingilabi kəşf – 3  nöqtəli təhlükəsizlik kəməri İsveç şirkəti Volvo-ya məxsusdu.  Həmin kəşf 1959-cu ildən bu günə qədər yollarda çoxlarının həyatını xilas edir.

Avtomobillərdə təhlükəsizlik kəmərlərinin tarixi XIX əsr Read More

Azərbaycanda hansı maşınları niyə almırlar... Tezliklə! ;)

Azərbaycanda hansı maşınları niyə almırlar... Tezliklə! ;)

Bütün avtomobillər zamanla Opel-ə çevrilir və ya niyə yollarımızda yeni Opel-lər azdır?

    Almanlarda xalq məsəlinə çevrilmiş bir ifadə var- bütün avtomobillər zamanla Opel-ə çevrilir. BMW-ni özləri, Mercedes-i isə hamı üçün hazırlayan, elm və texnologiyanın istənilən sahəsində qabaqcıllardan olan, iki dəfə bütün dünyaya meydan oxuyan bu dəqiq və intizamlı xalq görəsən niyə Opel-i Avropanın Jiquli-si hesab edir? Baxmayaraq ki, Jiquli-nin atası alman yox italyan markası Fiat-dır. Hər halda Opel nə Alman avtosənayesinin atası Ferdinand Porşenin şah əsəri Porsche-dir, nə də Mercedes, BMW, Audi... heç xalq avtomobili Volkswagen də deyil. Amma hər halda o alman markasıdır! Həmin alman dəqiqliyi, keyfiyyəti, texnologiyası necə də olmasa özünü bu avtomobillərdə göstərir. Bəs niyə Koreya, Çin avtomobilləri Bakıda Opel-dən daha çox satılır? Yollarda axırıncı dəfə yeni Opel nə vaxt gördüyünüzü yada sala bilərsiz? Çətin...Yaxşı bunun səbəbi nədir? Əslinə qalsa bu bəxtsizlik təkcə Opel-i qaralamayıb. Dünyada ən təhlükəsiz avtomobillər kimi tanınan məşhur İsveç markası Volvo, yapon keyfiyyətli Suzuki, koreya markası SsangYong...siyahını uzatmaq mümkündür. Amma bu markalar yəqin ki, ilk yerləri bölüşür. 
    1995-2000-ci illərin Opel Vectra və Astra-ları indi də Bakı küçələrində şütüyür. 2005-ci ilədək istehsal olunmuş Alman avtomobillərinə sərhəddi keçmək qadağa qoyulana qədər Gürcüstandan hələ də Opel gətirənlər çox idi. Bəs yenilər? 
    Bəli, yollarda sonuncu dəfə nə vaxt yeni Opel gördüyümüzü xatırlamaq qədər, nə vaxt maraqlı Opel reklamını gördüyümüzü də xatırlamaq çətindi. Söhbət yerli avtomobil bazarından gedir. Opel almaq istəmirlər bir tərəfə, hətta fikirləşmək olar ki, Opel-i satmaq da istəmirlər. Artıq avtomobil alarkən Opel potensial seçim variantlarından biri kimi nadir hallarda iştirak edir. Yaddan çıxan marka təbii ki, onu almaq istəyən sürücünü “toydan sonra nağara” kimi problemlərlə də qorxuya salır. Görəsən servis necədi? Tez dağılır ya yox? Detallar bahadı ya ucuz? Yaxşı olsaydı camaat alardı da... Camaat isə hətta almaq istəsə belə, hələ də salonda 2015-ci model ilinin yenilənmiş modeli əvəzinə köhnə Corsa-nı görür. Neçə illərdi konveyerdə olan İnsignia-ya yeni cizgilər əlavə olunsa da, bu da onu xilas etməyib. Krossover Antara isə əsl üz qarasıdı! Təbii ki onlar arasında Vectra daha parlaq görünür. Amma bu parlaqlıq ümumi monoton fonda itib batır. Buna görə də azərbaycanlı alıcı “Opel-in xeyrindənsə Kia-nın şəri yaxşıdı” deyə fikirləşir. Bu alman markası “Bütün avtomobillər zamanla Opelə çevrilir” sindromunu Azərbaycanda aşa bilməyib. Əksinə “Opel-i sat özünə maşın al” deyimi hələ də aktualdır.
    Bu yaxınlarda GM rəhbərliyi Opel markasını 2015-ci ilin sonuna kimi böyük qonşumuz Rusiyanın bazarından bütünlüklə çıxarmaq haqda qərar verib. Maraqlıdır bu qərarın Opel-in Azərbaycandakı satışlarına hər hansı bir təsiri olacaqmı?

Bütün avtomobillər zamanla Opel-ə çevrilir və ya niyə yoll Read More

Kia Optima 2016 təqdim olunub. Redizayn heyif ki, gözlənildiyi Read More

2016-cı model ilinin NIssan Maximası tam dəyişib. Sedanın ku Read More

Niyə bütün Porsche modellərində mühərriki işə salma açarı sol tərəfdədir? 
Avtomobil idmanında xüsusi yeri olan bu alman brendi Le Mann-24 saatlıq dözümlülük yarışında uğurları ilə seçilir. Əvvəllər pilotlar start siqnalı veriləndə avtomobillərə sarı qaçaraq otururdular. Vaxta qənaət etmək və sürətli start üçün mühəndislər açarı sol tərəfdə qoyurdular. Porsche bu yarış ənənəsini seriya modellərində bu gün də davam etdirir.

Niyə bütün Porsche modellərində mühərriki işə salma aça Read More

Niyə bütün Rolls-Royce modellərində təkərin mərkəzindək Read More

Yeni Suzuki Vitara Bakıda təqdim olundu. 1.6 L mühərrik-120 at gücü. İndi avtomobil bazarında böhran yaşansa da, krossover iddialıdır.
Yeni Suzuki Vitara Bakıda təqdim olundu. 1.6 L mühərrik-120 at gücü. İndi avtomobil bazarında böhran yaşansa da, krossover iddialıdır.
Yeni Suzuki Vitara Bakıda təqdim olundu. 1.6 L mühərrik-120 at gücü. İndi avtomobil bazarında böhran yaşansa da, krossover iddialıdır.

Yeni Suzuki Vitara Bakıda təqdim olundu. 1.6 L mühərrik-120 a Read More

×