kitab_21

instagram.com
kitab_21 is one of the top Book influencer in Azerbaijan with 3642 audience and 4.04% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
3,642
Engagement Rate
-
Channel Accounts

Feed

-Həyat axar su kimidir...
-Bizlər də bu suyun içində,suyun apardığı tərəfə getməyə məcbur olan odun parçaları.
Qəribədir,insanlar doğmalığa bu qədər önəm verərək,əsrlərdir onlardan olmayan insanlara qarşı  qərəzli mövqe tuturlar.Təsadüf deyil ki,keçən əsrdə ölkəmizdə ən çox oxunan iki türk klassikasının iki ən böyük  birinin də mövzusu elə bu qərəzli mövqedir.Qeyd edim ki,Türk dilində Orhan kemalın bir çox kitabı tapılmır.Dilimizə kitabı SSR' dövründə Nizami zöhrabi tərcümə edib.Tərcüməsi şərtləri nəzərə alaraq kifayət qədər yaxşı idi,əgər türk dilində tapa bilməsəniz,oxuya bilərsiniz.Türkiyənin bir şəhərində axşamçağı bir polis məntəqəsi təsvir olunub.Kimliyi bilinməyən bir qadın cəsədi tapılır və artıq biz zamanda səyahət edirik.Məzhər bəy şəhərin ən yaxşı vəkilidir,ancaq ailə münasibətləri yaxşı davam etmir.Doğma anasının gəlinini qısqanmasından o qədər narahat olur ki,münaqişələr bir tərəfli olsa belə bu hər üç şəxsin narahatlığına səbəb olur.Xalasından başqa heç kəsi olmayan Nazan oxuduqca səbrinizi sınayacaq saflığa sahib bir qızdır.Yaşadığı psixoloji şiddəti özünə nemət bilərək,olmayan xoşbəxtliyi üçün susur.Orhan kemal deyir ki,həyat bizi yavaş-yavaş ölümə alışdırır.Qarşımıza çıxan çətinliklər əlbəttə imtahan sayıla da bilər,ancaq bu bizim özümüzü inandırdığımız bir metoddur.
Əsasən filmlərdə təsadüf etdiyimiz,bir obrazın düşüncələrdə gəzib,onunla səyahət edirik.
Mənə görə Orhan kemal üslubuna daha uzaq bir roman idi,yad qızı.Ancaq bir o qədər də Orhan kemal realizminə yaxındır.
Mən qadın olmağın çətinliyini ifadə etmək yerinə,insan olaraq cəmiyyətdə yer tapmağın çətinliyindən danışa bilərəm.Sevilmədiyi bir evdə,saf düşüncələri,bu saf düşüncələri doğuran təkliyi və cahilliyi Nazanın başına gələcəklərə sanki öz əlləri ilə bir qapı açır.Həyat yoldaşı Məzhər sevgisizlik və ətrafın təhriki ilə ailəsindən uzaqlaşır.Əslində kitabın mövzusu parçalanmış ailə də deyil,cəmiyyətlə mübarizədir,ki demək olar Orhan kemalın hər romanında bunu görürük.Məzhərin yüksək cəmiyyət-anası və ailəsi ilə mübarizəsi,Nazanın isə sadəcə özü ilə mübarizəsini görürük.Kitabı oxuduğumuz müddətdə Nazanın saf və köməksiz davranışlarına qarşı hər oxucuda bir qəzəb yaranır.Davamı⬇️

-Həyat axar su kimidir... -Bizlər də bu suyun içində,suyun a Read More

Hər ayın əvvəli bir əvvəlki ay barədə yekun yazmaq,düşünürəm ki,həm mənim ay ərzində etdiklərimi xatırlamağıma,həm də sizin yeni məlumatlar əldə etməyinizə kömək edir.
?Kitablar:
1.Sadık hidayet-üç damla kan-4,5/5-(110)
2.Marcus aurelius-Kendime düşünceler-5/5-(144)
3.Çingiz aytmatov-Cemile-3,5/5-(80)
4.Çingiz aytmatov-ilk öğretmen-5/5-(74)
5.Luis sepulveda-Aşk romanları okuyan ihtiyar-4/5-(122)
6.Ahmet arif-Leylim leylim-4/5-(240)
7.Cəfər mənsimi-Uğur kitabı-4,5/5-(215)
8.Erich fromm-sevginin ve şiddetin kaynağı-4/5-(160)
9.Barbara de Anjelis-Hər bir kişinin qadınlar haqqında bilməli olduğu vacib sirlər-3/5-(524)
?Filmlər:
1.The age of adaline-4/5
2.The demolition-5/5
3.Malena-3,5/5
4.Midnight in Paris-4,5/5
5.Evləri köndələn yar-4,5/5
6.Her-4/5
7.The platform-5/5
8.The little prince-5/5
?Seriyallar:
1.Freud-(İlk sezon)-4,5/5
2.Bojack horseman-(1,2 sezon)-4/5
3.Friends-(4 sezon)
Aralarında sadəcə Freudun ilk sezonu buraxılıb.
?Musiqilər:
1.Yalçın rzazadə-Ayrılmayaq;Gəl;Heyf;Sevilmək gözəldir
2.Rəşid behbudov-incecikden bir kar yağar;seninle bir sonbahar
3.Elxan əhədzadə-Gözlərimdən çəkilmə
4.Flora kərimova-Dünya köhnə dünyadır;Sənə mən neylədim;Məhəbbət möcüzəsi;Qalx ayağa məhəbbət gəlir
5.Azər zeynalov-ömrümün istəyi
6.İmany-you will never know
7.Nina simone-İ put a spell on you
8.Might sam mcclain-when the hurt is over
9.Freddy cole-this time i’m gone for good
10.Jehro-Continuando
11.Qaya qrupu-Bəlkə,bəlkə
12.Charles aznavour-she;Parce que tu crois
13.İlqar muradov-ikinci bahar
14.İlhame quliyeva-darıxmışam
15.Cole porter-night and day;Beguin the beguine
16.Xədicə abbasova-mən sizə gələcəm
Əslində kəşf elədiyim musiqilər bu listdən daha çoxdur,uzun müddətdir,dinlədiyim musiqilər list olaraq youtube'da qruplaşdırıram.Listə keçidi profildə paylaşacam.

Hər ayın əvvəli bir əvvəlki ay barədə yekun yazmaq,düş� Read More

Salomenin bu dilə tərcümə olunan son kitabıdır Arayışlar.Adine atasını itirmiş,sevdiyi Benno və anası ilə yaşayan bir qadındır.Benno həkimdir,Adine isə ev işlərini öyrənmək,gələcəkdə həyat yoldaşı üçün yaxşı bir ev qadını olmaq üçün çalışan dövrün tələbinə uyğun yetişən bir qadındır.Bennonun ona istədiyi qədər göstərmədiyi marağı Adine başa düşür.Axı Adine necə dövrün qadını olmaya bilərdi?
Evlərində çalışan bir qadının həyat yoldaşı ona fiziki şiddət edir və qadın bunu həyat yoldaşının ona göstərdiyi sevgi əlaməti kimi dərk edib,xoşbəxt olur.Salomenin Adine yolu ilə diqqət çəkmək istədiyi fikir bu idi.Həyat yoldaşları və ailələrinə göstərilən bu həddən artıq sadiqlik davranışı.
Benno ilə Adinenin aralarında keçən haldan sonra anası ona fikirlərini söyləyərkən

Salomenin bu dilə tərcümə olunan son kitabıdır Arayışlar. Read More

Biz bacarıqlarımız qədər deyil,cəhdlərimiz qədərik.
Uğurlu olmaq nədir?
Daha xoşbəxt olmaq və ya faydalı?
Həyatımızın hər mərhələsinə etiraf etməsək belə həyatımızın sonrakı mərhələlərinə işıq olan insanları ideal şəxsiyyət kimi götürüb,həyat təcrübələrindən faydalanırıq.Bəxtiyar vahabzadə deyir,”Yaşamaq yanmaqdır,yanasan gərək

Biz bacarıqlarımız qədər deyil,cəhdlərimiz qədərik. Uğu Read More

İrvin yalomun

İrvin yalomun "Günübirlik varlıqlar" kitabını oxuyanlar bu Read More

Fevral ayı mənim üçün tamamilə imtahan stressi ilə keçdi.Bəlkə də magistr olmağı bakalavr olmaqdan daha çox istəmişəm daima.Oxuduğum kitabları da ayın 23'ündən sonra oxudum,demək olar heç bir filmə baxa bilmədim.Fevraldan sonra daha çox sevdiyim bir neçə yazıçıların külliyyatını bitirməyi istəyirəm.Dünya olaraq yaxşı günlər keçirmirik,bu hamımızın həyatına qarşı təsirsiz ötüşmür.Bilirəm ki,sizdə bugünlərdə oxumağa vaxt və imkan olduğu halda stressdən oxuya bilmirsiniz.Bu vaxtlarda ancaq sevdiyim yazıçıların kitablarından məni yormayacağını düşündüyüm kitabları seçirəm,günə bir filmə baxıb,hal-hazırda baxdığım seriyaldan günə 3 seriyasına baxıram.Bu günləri qorxmadan,daha faydalı keçirməyə çalışmalıyıq.
?Kitablar:
1.Samipaşazade Sezai-Sergüzeşt-4/5-(97)
2.L.A.Salome-Arayışlar-3,5/5-(80)
3.Mikayıl Müşfiq-Seçilmiş əsərləri-5/5-(351)
4.Çingiz Aytmatov-Toprak ana-5/5-(135)
?Filmlər:
The song of sparrow-3,5/5
?Musiqilər:
1.Mirzə babayev-sevirəm səni
2.Fikrət əmirov-kürd ovşarı
3.Hüseynağa hadıyev-sən olmuşam,çiçəklər açmasa
4.Flora kərimova-cəfər behbudov-sevgi mahnısı və flora kərimovadan

Fevral ayı mənim üçün tamamilə imtahan stressi ilə keçdi. Read More

Cənubi Amerika və amazon meşələri,səyahət edirik yenidən.Yazıçı Şililidir və siyasi fəaliyyətinə görə uzun müddətdir ki,bir çox ölkəni gəzərək,fərqli yerlərdə yaşayır.Çox təəssüf ki yaxın zamanda kitab yarımarkalarından birində korona virusu tutub.Yəqin ki,cəngəllik deyəndə sizin də ağlınız Amazon gəlir.Daim səyahət etmək istədiyim təbiəti ilə çox gözəl,bir o qədər də səyahətin etməyin qorxulu və çətin olduğu bir bölgədir.Kitab dişçinin klinikasında başlayır.Çox balaca bir yerdə tək dişçi olaraq çalışanä,əslində işini çox da bilməyən biri sadəcə qol gücü ilə gələn hərkəsin dişini çəkir.Dişçi ildə bir neçə dəfə qəsəbədə yaşayan A.J.Bolivara kitab aparır.Bu yaşlı kişi kitab oxumağı sevsə də ancaq sevgi kitabları oxumağı üstün tutur.Artıq kitab başlayır Josenin uşaqlığından indiki hala necə gəlməyinə qədər davam edir.Jose dağda böyüyür və orada 13 yaşında sevdiyi bir qadınla evlənir.Jose uzun müddət həyat yoldaşının atası ilə yaşayır,müəyyən müddət uşağı olmayandan sonra kəndlilərin məcbur etməsi ilə həyat yoldaşı ilə birlikdə başqa yerlərə üz tuturlar.Həyat yoldaşı yoldaikən xəstəlikdən vəfat edir.Jose meşədə shuarlar ilə yaşayır,onların bir parçası ola bilməsə də bir-birlərinə yoldaşlıq edirlər.Amazonu mənim kimi kəşf etmək istəyənlər üçün çox maraqlı canlıların adlarına da rast gəlmək olur.Hətta yerlilərin qara mamba əfsanəsi çox maraqlı idi.Adını düz xatırlayıramsa,bu ilan növü yarıölü olan zaman belə zəhər buraxmaq qabiliyyətinə malikdir.Sancandan 20 dəqiqə müddətinə qədər zəhər bütün bədənə yayılır və ölüm riski çoxalır.Ancaq Bolivar sağ qalır və bu da meşənin yerli əhalisi ilə aradaki inamı gücləndirir.Bolivarın fonunda,meşəyə gəlib heyvan öldürən qızıl alverçiləri və yerli xalqın mübarizəsinə,dövlətin keyfiyyətsiz idarə sisteminə işə yaramaz bələdiyə rəisinin timsalında görürük.Ancaq oxumaq istəyənlər üçün sondakı yaguar səhnəsi sirli qalsın və kitabdakı həmin məqamı oxuyarkən

Cənubi Amerika və amazon meşələri,səyahət edirik yenidən. Read More

Sadık hidayet'in oxuduğum dördüncü kitabıdır,hətta qələmi o qədər cəlbedicidir ki,bu il külliyyatını bitirməyi çox istəyirəm.Uzun müddətdir oxuduğum,oxuyarkən

Sadık hidayet'in oxuduğum dördüncü kitabıdır,hətta qələ Read More

Yeni il,yeni insanlar,yeni alışqanlıqlar,hər şeyin təptəzə olduğu 366 gün.Bu il(bir neçə həftə sonra) təhsilim baxımından həyatımın ikinci ən vacib imtahanını verəcəm.Əslində yeni olan şeyləri  sevmirəm,yeniliyə daha çox can atsam da qəbul etməkdə qapalıyam.Yanvar ayı mənim üçün çox gözəl keçdi,artıq

Yeni il,yeni insanlar,yeni alışqanlıqlar,hər şeyin təptəz� Read More

×