Xeyyam Alizade

instagram.com
Leyla Surkhayzade is one of the top Science / Education influencer in Azerbaijan with 2 audience and 7350% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
2
Engagement Rate
7350%
Channel Accounts

Feed

Ən çox verilən suallardan biri

Ən çox verilən suallardan biri "5 il sonra özünü harda gör Read More

Kouçinq hansı effekti verir?
Mənfi və müsbət motivasiyadan asılı olmadan hərəkətə keçmək. 
Kouçinq metodunu məhz buna görə bəyənirəm. Məktəbdən öyrəşdirildiyimiz şey, tərif və ya cəzadan asılı olaraq hərəkət etmək olub. 
İndi iş yerlərində bu cəzalandırma (töhmət vermək, maaşdan kəsmək və s.) sistemi olmadan fərqli HR (İR) sistemləri qurulur (Azərbaycanda az rast gəlinsə də). Yaxşı iş yerləri ‘əməkdaşların davranışlarını təlim və inkişafla necə dəyişmək olar?’ Sualına cavab tapmağa çalışırlar. 
Bunun ən son gəldiyi nöqtə isə ‘kouçinqlə insan davranışları və vərdişləri necə dəyişə bilər’dir. 
Ona görə də, bu artıq iş həyatından çıxıb, şəxsi həyatda da effekt verməyə başlayır. 
Düzgün suallarla, insanın öz dəyər və daxili motivasiyasını kəşf etməsi ilə, insan heç kimdən və heç nədən asılı olmadan hərəkətə keçir. Kouçinq məhz bu effekti verir. 
Siz kiminsə həyat və təcrübə qəlibləri ilə yönləndirilmədən öz yolunuzu seçir, öz qərarınızı verir, öz qoyduğunuz hədəflər üçün özünüz hərəkətə keçirsiniz.

#Kouçinq peşəsində heç bir halda məsləhət vermədiyimiz üçün mən bu mövzunu yaymaq üçün də məsləhət verən postlar paylaşmıram. Adətən iş tapmaqla bağlı öz peşəkar təcrübəmi paylaşıram. 
Ancaq bundan sonra individual olaraq işlədiyim insanlarda rastlaşdığım məqamları sizinlə də paylaşacağam. 
Sizcə ən çox hansı mövzularda paylaşımlar etməliyəm? 
Nəyi öyrənməyə ehtiyacınız var?
#coaching #Baku #Azerbaijan

Kouçinq hansı effekti verir? Mənfi və müsbət motivasiyadan Read More

Şərhlərdə aldığım suallardan biri məhz bu mövzuda oldu. Read More

Bu şəkil düz 1 il bundan qabaq çəkilib, ondan sonra Aygünlə görüşə bilməmişik. Mən Amerikaya onu görməyə getmək üçün çətin olsa da, hazırlaşırdım. Sonra isə məlum məsələ :) Bilirəm ki, yenə görüşəcəyik, uzun-uzun qucaqlaşıb, söhbət edəcəyik. Bircə Aygünlə uzun illərə dayanan, davamlı, rutin dostluğum qalmışdı, onunla da məsafələr başladı. Biri bitir, o biri başlayır və həyat beləcə davam edir. Bütün bunlar baş verərkən mən istər-istəməz təmkinli olmağı, özümü dinləməyi öyrəndim. Dostluq, darıxmaq anlayışları mənim üçün bir az da transformasiya etdi. Artıq zaman və məkan anlayışlarımı itirmişəm. Elə olur ki, sevdiyim insanlarla ürəyimdə danışıram və onlara sevgimi göndərirəm. Bilirəm ki, alırlar. Aygün demişkən

Bu şəkil düz 1 il bundan qabaq çəkilib, ondan sonra Aygünl Read More

Dünənki videonun davamını paylaşıram :) #Baku #Azerbaijan # Read More

Bu 2 hissəli videoda 1 il evdə qalmaq, iş axtarmaq, tapmaq, b Read More

30 aprelə qədər qeydiyyatdan keçən hər kəs ödənişi həm Read More

Koronanın gəlişi insanların vərdişlərini dəyişir. Mənimsə bir çox vərdişim virus gəlmədən öncə, 1 il idi ki, var idi. Onlardan bir neçəsini sizinlə paylaşıram:

1.	Evdən gec-gec çıxmaq, evdə oturmaq və oturaraq işləmək
2.	Dostlarımdan və ailəmdən uzaq qalmaq
3.	Manikür və pedikürün həyatımdan çıxması
4.	Hər kəslə online görüşmək
5.	Evdən işləmək və pul qazanmaq
6.	Online dərslər almaq və vermək
7.	Müxtəlif xörək və şirniyyat reseptləri yoxlamaq
8.	Evdə idman etmək, rəqs etmək
9.	Evdə 90% həyat yoldaşımla vaxt keçirmək
10.	Özümü psixoloji sağaltmaq, fərqindəliyi artırmaq

Bütün bunlarla demək istəmirəm ki, 1 ildə mənim başım qaçmayıbsa, sizə də bir şey olmaz. Ancaq yenə də bilin və agah olun ki, insan hər şeyə alışır və əlacı olmayanda, olduğu vəziyyəti fürsətə çevirir. Bu fürsətə çevirmək məsələsi o halda mümkündür ki, sizin mental möhkəmliyiniz və özünüzə qarşı səbriniz olsun. 
Bu 1 il ərzində özümə çəkildiyim üçün paylaşım etmək, sosial mediada aktiv olmaq çətin gəlir. Ancaq vaxtaşırı müəyyən mövzularda suallar gəlir və danışmaq, ya da yazmaq lazım gəldiyini anlayıram. Söz vermirəm, lakin sizdən istək görsəm, hərəkətə keçərəm (minnətə bax?). İndi ki vəziyyət dəyişib, ən çox hansı mözularda axtarışlarınız var?

#corona #habits #İstanbul #Turkey #Baku #Azerbaijan #Azərbaycan #coaching #kouçinq

Koronanın gəlişi insanların vərdişlərini dəyişir. Mənim Read More

Çox zaman sizin reallığınız başqalarının təxəyyülü olur. Çox vaxt sizin real, əlçatan gördükləriniz də başqaları üçün möcüzə kimidir. Öz reallığınızı buna əlçatmaz baxan insanla paylaşsanız, o, buna inanmayacaq. Onu inkar edəcək, onu sizin gözünüzdən salmağa çalışacaq. İnandığınız - siz ona inandığınız üçün dəyərlidir. Başqası inanmadığı üçün dəyərsiz olmamalıdır. Ona görə də bunu kiməsə yeritməyə çalışmayın. Çünki siz öz dünyanızda bacara biləcəyiniz halda “mümkünsüzdür” vəziyyətinə düşə bilərsiniz. “Kitabda yazılanlara” inanırıq. Çünki kitablar ən yaxşı halda həyatdan götürülərək yazılır. Ancaq onlar da kiminsə həqiqəti, kiminsə reallığıdır. Çox vaxt da bəzədilmiş. Fikir versəniz, yemək belə bəzədiləndə daha dadlı “hiss edilir” və iştahla yeyilir. Çox zaman böyük bir illuziya içində yaşayırıq. Nəyin saf, nəyin çürük olduğunu anlaya bilmirik. Bu qarmaşanın arasında niyə kiməsə nəyi isə sübut edəsiniz ki? Onsuz da çox kəs “bəzədiləni” qəbul edir. 
Ona görə də sizi ilkin, bəzədilməmiş halınızla qəbul edənlərdən bərk yapışın. Onlar həm də sizin reallığınızla yaşayanlardır. Onlar üçün sizin həyatınız, etdikləriniz təxəyyül, əlçatmaz deyil. Bir sözlə, eyni fəzanı paylaşırsınız.

Eyni fəzanı paylaşarkən belə, soyuqqanlı və gülərüz bir şəkildə yolunuza davam edin, çünki yenə də o, sizdən başqa heç kim üçün əhəmiyyətli deyil :) 24 aprel, 2016-cı il #bazargünüfəlsəfəsi

Çox zaman sizin reallığınız başqalarının təxəyyülü ol Read More

×