mercuri_book

instagram.com
mercuri_book is one of the top Book influencer in Azerbaijan with 1205 audience and 6.89% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
1,205
Engagement Rate
-
Channel Accounts

Feed

✔Mart ayında bitirdiyim kitab/film siyahım
.
.
.
?Kitablar:
1. Neil Gaiman – Koralina 2/5?
2. Fəriba Vəfi – Zirzəmi quşu 5/5?
3. David Eagleman – “İncognito”- Beynin gizli həyatı 5/5?
4. C. Məmmədquluzadə - Xatiratım 4/5?
5. C. Məmmədquluzadə - Ölülər 5/5?
6. Stefan Zveiq – Karmaşık duygular 5/5?
.
.
.
?Filmlərin adlarını bura yazmaqdansa posterləri ilə birlikdə nəzərdən keçirmək üçün şəkili sola fırladaraq bu ay izlədiyim film və serialları görə bilərsiz.
.
.
.
?Yenə rahatlıq olsun deyə dinlədiyim musiqiləri də şəkil olaraq əlavə etdim. Mart ayında ancaq bu iki qarışıq videonu dinləmişəm. İlkini kədərli anlarda, ikincini isə əyləncəli anlarda dinləməkdən böyük zövq alırdım.
.
.
.
Bu qədər, siz bu ay nələr oxuyub izləmisiniz? ?
#2020oxuduqlarım #mart #hərgünoxu #evdəqal #karantindənəoxuyursan

✔Mart ayında bitirdiyim kitab/film siyahım . . . ?Kitablar: 1 Read More

"Duraklar da müziğe dahildir" Karmaşık duygular – Stefan Zv Read More

Cəlil Məmmədquluzadə - Ölülər .
.
.
Əsər 1909-cu ildə C.Məmmədquluzadə tərəfindən qələmə alınmışdır. İlk dəfə 1913-cü ildə ilk oxunuşu olmuş, lakin mövmutçılıq ucbatından Şuşada səhnələşdirilməmişdir. Tağıyev teatrında 1916-cı ildə nümayiş olunan komediya tamaşaçılar tərəfindən böyük rəğbət qazanmışdır. .
.
.
Dörd məclis və beş pərdədən ibarət olan bu komediyanın mövzusu yaşayarkən ölü olan bir toplumun “ölüləri dirildən” şeyxə inamı və gözləntiləri; kefli İsgəndərin xalqın gözünü açmağa çalışmasından bəhs edir.
.
.
Əsəri oxuduğum zaman anladım ki, inanc, inanmaq gözəl və rahatladıcı bir duyğudur, lakin inandığın şeyə araşdıraraq,öyrənərək, ağılla qərar vermək lazımdır.
.
.
Kitab mənə bir çox duyğunu yaşatdı. İlk öncə insanların, millətimin cahilliyinə üzülür, saf duyğularının ağılla bəslənmədiyinə təəssüf edirdim. Həm də İsgəndərin çarəsizliyini bugünlərdə, insanlara onların yaxşılığı üçün olan bir şeyin izah edilməsinə baxmayaraq, cahilcə hərəkət etmələrini gördüyüm zamanlar, daha yaxşı anlayırdım.
.
.
.
“Bu kitabı niyə oxumalıyam?” sualınıza cavab olaraq, ağılın önəmi və tariximizlə yaxından tanış olmaq üçün, - deyə cavab verərəm.
.
.
.
Oxuduğunuz üçün təşəkkür edirəm ??
#2020oxuduqlarım #mart #hərgünoxu #ölülər #evdəqal #karantindənəoxuyursan

Cəlil Məmmədquluzadə - Ölülər . . . Əsər 1909-cu ildə C Read More

Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə "Xatiratım" . . . İlk başda yazar uş Read More

Bəlkə də  milyardlarla qalaktikadan biri sənsən? .
.
.
David Eagleman`nın yazmış olduğu “İncognito (Beynin gizli hayatı)” kitabını oxumaqda məqsədim beynimin işləmə şəklini öyrənmək idi. Tamamilə tibbi terminlərlə izah olunacağını, məsələyə biokimyəvi və ya fizioloji yöndən izah edəcəyini düşünmüşdüm. Lakin kitabı oxuduğunuz zaman nəyinki tibbi terminlər azdır, hətta bir roman oxuyurmuşcasına maraqlı və həyəcan dolu anlar yaşadır. Sonrakı səhifədə nələr olduğunu anlamaq üçün səbirsizlənirdim. Buna baxmayaraq, qeyd etməliyəm ki, terminlər az olsa belə cümlələr qarışıq və yorucu ola bilir. Amma dediyim kimi yazarın izahı o qədər maraqlıdır ki, çətinliyə dözmək problem olmur.
.
.
.
Kitabı mütaliə etdikdən sonra “nə öyrəndim?” sualına cavabım isə bunlar idi:
1. Hər şey göründüyü kimi deyil;
2. Həqiqət düşüncələrimin sərhəddidə sıxışıb qalmayıb;
3. Seçimlər və qərarlar beynimdə olan 2 qüvvənin qalibiyyətinin nəticəsidir.
.
.
.
Yuxarıda qeyd etdiyim məsələlərin də alt başlıqları var. Lakin onları burda ətraflıca izah etmək üçün sistemli yazını öyrənməli və tətbiq edə bilməliyəm. Tam olaraq bunu öyrətdi mənə, belə ki, artıq istədiyim şeyləri öyrənə bilər və bacaracağıma güvənim var.  Mümkünsüzlük hissindən qurtulub, məsələnin tənbəllik olduğunun fərqinə varmışam. Bir şeyi etmək istədikdə özümü məcbur edir və beynimdəki tənbəllik tərafadarlarının şüarlarını susdurmağa çalışıram. Təbiidir ki, bu zamana qədər olan alışqanlıqlarımı bir kitabla dəyişdirə bilmək real deyil. Amma bu alışqanlıqlardan qurtula bilmək həqiqətini dəyişdirmir.
.
.
Bütün bunlarla yanaşı beynimdəki bir çox sərhədlərin dağıldığını hiss edirəm. Əvvəllər dəyişən sabit fikirlərim vardı. Lakin indi sabit olaraq fikirlərimin dəyişə bilmə ehtimalını nəzərə alaraq insanların fikirlərinə hörmət etməyə çalışıram. Necə deyərlər oxuduqca daha çox şey öyrənir və heç nə bilmədiyimin fərqinə varıram. “...düşünebildiğimiz düşünceler kadar, düşünemediğimiz koskoca düşünce kategorilerinin de var olduğudur. Varlığından bile haberdar olmadığınız bütün düşüncelerinizle işe başlayın”
Oxuduğunuz üçün təşəkkür edirəm. ?
#2020oxuduqlarım  #hərgünoxu #incognitobeyningizlihayatı #beyningizlihəyatı #karantindənəoxuyursan

Bəlkə də milyardlarla qalaktikadan biri sənsən? . . . David Read More

“Dayanıb özümə, həyatıma nəzər yetirmək istəyirəm. Yad adam kimi uzaqdan, bir aşiq kimi yaxından”
.
.
.
Qəhrəmanın adı yoxdur bu kitabda, amma onu xatırlayanda ağlınıza həyatınızdakı güclü, ümid dolu, ağıllı qadınların adları gəlir. Daha da doğmalaşırsız kitaba, obraza...
.
.
.
Fəriba Vəfi iranlı bir yazardır. “Zirzəmi quşu” əsəri ilə ədəbiyyat mükafatlarına layiq görülüb. Kitabın sonunda yazar və onun tərzi və iranlı qadın yazarların yüksəlişi haqqında çox gözəl bir mətn var. Həmin mətnin müəllifi isə Fərzana Milanidir.
.
.
.
Keçək kitabın mövzusuna ki, qısaca danışacağam. Özünüz oxuyunda daha çox zövq alasınız deyə. ?Kitab boyunca Qadının uşaqlığı, ailə həyatın oxuyur, hisslərini, ümidsizliklərini, özünü necə tapdığını, gücləndiyinin şahidi oluruq. Melanxolik bir kitab təsiri bağışlamışdı mənə oxumadan öncə. Lakin güclü bir insan, qadın, ana, həyat yoldaşı, bacı obrazı ilə qarşılaşdım. İncə zarafatları, yazım tərzi mənə Kjersti Somsvold`u xatırlatdı. Çox sərbəstdir yazıları, sanki ürəklərindən gəldiyi kimi qələmə alırlar. Oxuyarkən dost kimi hiss etdirməsinin səbəbi isə hər gün gördüyümüz qadınlardan, gizli qəhrəmanlardan yazmalarıdır, məncə.
.
.
.
Son olaraq postu Mustafa Məsturun bu kitab haqqında fikri ilə bitirmək istəyirəm:
“Gərək bu kitabı kişilər qadınlardan, evlilər subaylardan, subaylar da evlilərdən daha çox oxusun”
.
.
.
Oxuduğunuz üçün təşəkkür edirəm. ??
#2020oxuduqlarım #mart #hərgünoxu #fəribavəfi #zirzəmiquşu #parlaqimzalar #qadın #ağıllı #ailə

“Dayanıb özümə, həyatıma nəzər yetirmək istəyirəm. Y Read More

Arzular və həqiqətlər ?
.
.
.
Bu şəkilə başqa ad vermək olmazdı ? Nəysə, keçid edək kitab haqqında fikirlərimə.
Əslində çox izləyici maraqlı kitab olduğunu vurğuladı, ancaq mən çox bəyənmədim. Əslində qorxu janrını çox sevmirəm, çünki qorxuram. ? Amma kitabda heç qorxmadım. Yəni, nə duyğu yaşamalıydım onu da anlamadım. Bir dəfə də animasiya versiyasını sınayacağam. Bəlkə kitabdan daha yaxşıdır ??‍♀️
.
.
.
Mövzusu belədir ki, Koralina adlı qızımız evlərində kor bir qapı tapır. Yəni, qapının arxasında heçnə yoxdur. Siz demə bu başqa bir aləmə açılırmış və Koralinanı çox böyük sınaqlar və məcaralar gözləyir. Koralina bu çətinliklərdən xilas ola bilcəkmi? ??‍♀️
.
.
.
Belə, 5 üzərindən dəyərləndirməli olsam 2.5 bal verərdim. .
.
Oxuduğunuz üçün təşəkkür edirəm ?
#2020oxuduqlarım #mart #hərgünoxu #koralina #neilgaiman

Arzular və həqiqətlər ? . . . Bu şəkilə başqa ad vermək Read More

Zamanda səyahət etmək üçün...
.
.
.
“Niyə mən reallıqdan bu qədər uzaqlaşmışdım? Keçmişin də, gələcəyində heç bir əhəmiyyət kəsb etmədiniyini bilsəm də, niyə onlara görə bu qədər narahat olurdum?”
.
.
. “1984” adlı distopik romanı ilə Corc Oruell tanış olmuşdum. O əsəri oxuduqdan sonra indi də yazarın nə qədər uzaqgörən və doğru təsbitlər etdiyini anlayır, zaman-zaman izlənilmə qorxusu da yaşadığım olur. “Boğularam” əsərinin onunla tək fərqi distopik olmamasıdır. Belə ki, əsəri oxuyanda “1984”dəki duyğu durumu ilə mütaliə edirsiz. Yazım tərzimi deyim, ya insanlar eyni duyğuları yaşayır hər zaman, bilmirəm amma mən bu iki əsər arasında mövzu baxımından olmasa da duyğu baxımından çox oxşarlıq hiss etdim.
.
.
.
Romanın mövzusu ondan ibarətdir ki, Corc adlı 40-lı  yaşlarda bir kişi uşaqlıq xatirələrini, “I dünya müharibəsi”ndə yaşadıqlarını düşünür və “II dünya müharibəsi” astanasında olduqları üçün indiki durum haqqında fikirlər irəli sürür və biz də bunları oxuyuruq. Sənayeləşmə, kiçik obyektlərin böyük alış-veriş mərkəzləri tərəfindən əvəz olunması, evlərin böyüməsi, ruhların daralması, azca yaşıllığa həsrət gəncliyin və müharibə dövründəki insanların duyğularını Corcun düşüncələri vasitəsilə tanış oluruq.
.
.
.
Kitabı çox sevdim çünki, oxuduğum zaman dostumu dinləyirmiş kimi hiss edirdim. Kiçik zarafatlar, təsvirlər, özeleştirilər və zamanda səyəhət etmək üçün oxunulmalı bir kitabdır.
.
.
.
Oxuduğunuz üçün təşəkkür edirəm ??
#2020oxuduqlarım #fevral #hərgünoxu #boğuluram #corcoruell #parlaqimzalar

Zamanda səyahət etmək üçün... . . . “Niyə mən reallıqd Read More

“Bütün hayatımızı zeki insanlar olarak geçirecek şekilde tasarlandık.”
.
.
.
Dr. David Perlmutter – “Tahıl beyin” kitabını oxumağımın səbəbi karbohidratın zərərlərini öyrənmək idi. Bu istəyimi də qarşıladı. Kitab  karbohidrat nədir, nələrdə çoxdur, orqanizmə təsiri, ziyanları haqqında məlumat verdikdən sonra bununla mübarizə yolları, sonda isə həftəlik rejim və reseptlər haqqında məlumat yer alır.
.
.
.
Kitabı oxayan zaman ilk öncə çox təəccüblənmiş, vau necə də ziyanlıymış deyib kitabı sevərək oxumağa davam etmişdim, lakin kitabı bitirdikdən sonra bir neçə sağlam qidalanma haqqında videolar izlədim və gördüm ki, biri ət və ət məhsullarını ziyanlı bilir, biri yağı ziyanlı olduğunun tərəfdarıdır, ya da bu kitabda olduğu kimi karbohidratı pisləyir. Bu məqamda anladım ki, hər şey boşdur. Necə qidalanmaq lazımdı bunu orqanizm özü bizə deyir. Əlavə olaraqda həmin anda  Nizami Gəncəvinin çox sevdiyim bir cümləsini xatırladım: Bir inci saflığı olsa da suda, artıq içiləndə dərd verir o da.
.
.
“Bəs indi bu kitabı niyə oxuyum ki?” deyirsinizsə, sizə səbəbini deyim. Belə ki, o çoxlu hamburgerlər, cipsilər, pizzalar, şirniyyatlar yediyimiz ərəfədə orqanizmimizə, xüsusən, o çox sevdiyimiz beynimizə nələr olduğunu xatırlayaq deyə bu kitabı oxumaq lazımdır.
.
.
Oxuduğunuz üçün təşəkkür edirəm. ??
.
.
#2020oxuduqlarım #yanvar #hərgünoxu #devidperlmutter #tahılbeyin

“Bütün hayatımızı zeki insanlar olarak geçirecek şekilde Read More

×