Dr. Nurəngiz Hacıyeva PhD

instagram.com
pediatr_nurangiz_haciyeva_phd is one of the top Healthy influencer in Azerbaijan with 67612 audience and 1.52% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
67.6k
Engagement Rate
1.52%
Channel Accounts

Feed

Bu gün qonaqlarım arasında vaxtı ilə ETPİ- da müalicə etdiyim, Allahın köməyi ilə ağır vəziyyətdən həyata qayıdan 900 qramlıq ekizlərim Sənan-Sahib???? və onların xalaları (mənim isə tələbəlik illərindən indiyə kimi yaxın rəfiqəm) Elnarə xanım???? olmuşdur.  Uşaqların  14, bizim dostluğumuzun isə 27 yaşı tamamdır). Maşallah uşaqlar tam sağlamdırlar. Vaxtından əvvəl doğulan uşaqlar - xəstə uşaqlar demək deyil. Səbr, düzgün qulluq və müalicə əsasında həyatda özlərinə yer tapırlar????????#azçəkiliuşaq#yarımçıquşaq#900qram

Bu gün qonaqlarım arasında vaxtı ilə ETPİ- da müalicə etd Read More

Son günlər uşaqlar arasında burun axma, öskürək, boğaz və qulaq ağrısı, qusma və ishal  ilə müşahidə olunan xəstəliklər qeydə alınır. Lakin uşaqda burun axması allergik rinit səbəbindən də ola bilər. Ona görə də həkim müayinəsi vacibdir. ????Mövsümü virus infeksiyalarının yayılmasını azaltmaq uşaq kollektivlərindən başlanmalıdır. Sadə qaydalara rəiyət etsək uşaqlarımız daha az xəstələnər:
????Bağça, kurs və məktəblərdə hər 45 deqiqədən bir uşaqları otaqdan 5 dəqiqəlik çıxarmalı, pencərəni açıb otağın havasın dəyişdirmək lazımdır. 
????Qapalı yerlərdə (ev və ya bağça, məktəb fərqi yoxdur) temperatur 22 dərəcədən çox olmamalıdır‼️
????Uşaqlar bağçaya  gedərkən və qayıdarkən  burun boşluqlarına dəniz suyu sprey şəklində püskürülməlidir. 
????Uşaqların qidası və yuxusu normal olmalıdır. 
????Xəstəlik əlaməti varsa uşaqlar evdə qalmalı və yalnız sağalandan 3 gün sonra kollektivə çıxarmalı. ????Əziz valideynlər, xəstəliklərin yayılmasını azaltmaq üçün bağça və məktəb müəllimlərini tag etməyi unutmayın. 
#bağça#uşaqbağçası#müəllim#sağlam körpə#

Son günlər uşaqlar arasında burun axma, öskürək, boğaz v Read More

Ən yaxşı dəmir və B 12 vitamini  mənbeyi qırmızı ətdir. Ətin tərkibində amin turşular (zülal) orqanizmin tikinti ( boy artımı) materialıdır. Ətdən başqa heç bir qidada bu ideal tərkib və nisbət yoxdur.  17 yaşa çatana kimi hər bir uşaq  yumuruğunun????????(dəmir yumruq????) ölçüsü qədər əti  rasiona qəbul etməlidir (mal, qoyun, toyuq və balıq əti növbə ilə). Uşağın rasionuna 7 aydan gec olmayaraq ət (toyuq????, hind toyuğu????, balıq????  və mal????) məhsullarını əlavə etmək lazımdır. 1 yaşdan qoyun əti ????vermək olar. Qoyun ətinin tərkibində omega çoxdur. İlk aylar  20 qram miqdarda maşından keçirilmiş ət  başlayıb, 1 yaşda tədricən 100 qrama çatdırmaq olar. 1 yaşdan xırda doğranmış ət də uşağa verilir. Ən yaxşısı 1,5−2 saat ərzində əti bişirmək və ya sobada hazırlamaqdır. Bu zaman ədviyyat və souslardan istifadəni minimuma endirmək lazımdır. Uşaqlara aid olan yeməklərdə mayonez, sirkə və soya sousu olmamalıdır. Lakin bir qədər sarımsaq və soğan heç faydalıdır.  8 ayı olan uşaq artıq ağız dadını çox gözəl bilir. Ona görə də qidaların dad keyfiyyəti mütləq nəzərə alınmalıdır. ????????????????Əziz valideynlər, uşaq ət yemirsə anlayışı yoxdur, ❗️7 ❗️aydan uşağın qidasına  ət  əlavə edilirsə o mütləq əti sevəcək❗️Dad reseptorları o dadı qavrayacaq.#ət#мясо#meat##dr_nurangiz_haciyeva_phd #sağlamgələcəkklinikası#hekim #pediatr #neonatoloq #PhD #doktor #nurengiz #haciyeva #drhaciyeva#ATU#TTK#uşaqhəkimi#pediatr_nurengiz_hacıyeva_PhD#qida

Ən yaxşı dəmir və B 12 vitamini mənbeyi qırmızı ətdir. Read More

Uşağın özünədəyərini yaxşılaşdırmağın və həvəsləndirməyin  ən yaxşı  üsullarından ❗️biri -onu təriflıməkdir. Bunu düzgün etmək lazımdır, əks təqdirdə  effekt əksinə ola bilər. 
????️Uşaqlarınızı  etdiyi hər cəhdə görə tərifləyin!, nəticəyə görə yox!. Məsələn, əgər sizin uşağınız yoxlama işindən 5️⃣ alıbsa ,ona

Uşağın özünədəyərini yaxşılaşdırmağın və həvəsl Read More

Yaponların belə bir deyimi var:

Yaponların belə bir deyimi var: "Xurma mövsümündə, həki Read More

Bu gün bizi görməyə gəlmiş şirin-şəkər, çox ağıllı Read More

Uşağın sağlamlığında əsas faktorlardan biri gündəlik yuxu və oyaqlığın düzgün bölüşdürülməsidir, bu faktorlar  boy və inkişafın harmoniyası üçün olduqca önəmlidir. Biz səhərlər uşaqları ən geci saat 8:30 oyatmaqla, düzgün bioritm yaratmış oluruq. Boy hormonu (somatotropin) və yuxu hormonu (melatotonin) daha aktiv axşam saat 21:00-dan gecə 2:00-a kimi daha aktiv ifraz olunur. 
Əziz valideynlər, odur ki, uşağınızı erkən yaş dövründən  saat 22:00-də yatmağa  alışdırın. Uşaq həmin vaxtda yuxuda olması onun sinir sistemi, boy, zehni inkişafı üçün olduqca əhəmiyyətlidir. Əgər uşaqda hormonal problem yoxdursa və ‼️sümükdəki böyümə zonaları bağlanmayıbsa (rentgen müayinədə bilinir) düzgün qidalanma və həyat tərzi ilə normal boy artımına nail olmaq olar. Unutmaq lazım deyil ki, uşaqlar əksər hallarda valideynlərinə bənzəyir. Boyları valideynlərin boylarından +- 6-10 sm böyük və ya kiçik olur. Bu yaraşıqlı Zamiq balamız ilk dəfə  qəbula gələndə 14 yaşı var  idi. Boyu yaşıdlarından çox geri qalırdı.  Ona tövsiyələrim sadə olmuşdur, sağlam qidalanma, düzgün yuxu rejimi və vitamin D azlığının korreksiyası. İdmanla boy artımı öz təsdiqini tapmasa da, aktiv həyat tərzi mühüm əhəmiyyət kəsb edir. Bu gün Zamiq qəbula gəlmişdi, mənimlə şəkil çəkdirdi. Boyu maşallah ???? 1.80 olub.  Hündür boyuna görə xüsusi seçilmiş əsgər kimi Milli Qvardiyada xidmət etməyə hazırlaşır.  Lakin bəzən boy geriliyi uşaqlarda endokrin pozğunluqlar səbəbindən olur. Belə hallarda boy hormonlarını endokrinoloqların xüsusi nəzarəti altında kontrol edilir, yoxlanılır. Əgər uşağınızın boyu yaşıdlarından geri qalırsa mütləq pediatr və ehtiyac olarsa endokrinoloqa müraciət edin. #boy#haqqında#2022

Uşağın sağlamlığında əsas faktorlardan biri gündəl Read More

Hörmətli valideynlər, yeniyetməlik dövrünə qədəm qoymuş övladlarınızla yaxın dost və başa düşən yoldaş olun, çətin anlarda onlara dəstək olun, ağıllı və gərəkli məsləhətlər verin, onları istiqamətləndirin və rəhbərlik edin, asudə vaxtı bir yerdə keçirin, onlarda elmin müxtəlif sahələrinə maraq yaradın, peşə seçəndə və ya hər hansı fəaliyyətlə məşğul olanda onları təcrübəli nüfuzlu mütəxəssislərlə tanış edin, etibarlı məsləhətçi və köməkçi olun! Həqiqi dostluğun nəticəsi odur ki, uşaqlar şübhələr, çətinliklər, tənhalıq dövrünü rahat keçirərək həyatın müxtəlif çətin yolları arasında düzgün seçim edirlər. Yeniyetmələr nə qədər istedadlı, qabiliyyətli və güclü olsalar da, öz həyatlarının təhlükəli böhranlı dövrünü aşmaqdan ötrü onların daha təcrübəli insanların, valideynlərin məsləhətinə ehtiyacları vardır. 12 yaşdan kiçik uşaqların ruhu daim gözellik ve xoşbəxtlik dolu qidalanmalıdır. Dünya onlar üçün gözəlliklər və rahatlıq  diyarı olmalı; bu səbəblə xəyal qırıqlığına uğratılmaması gərəktir. ????Birgə şəklimizi paylaşmağımızı istəyən  sevimli xanım qızım❤️

Hörmətli valideynlər, yeniyetməlik dövrünə qədəm qoymuş Read More

Bu gün Avropa Dərman Agentliyi rəsmi olaraq Biontech/Pfizer COVID-19 qarşı peyvənd 5-12 yaşlı uşaqlara tətbiqinə icazə verdi. Uşaqlara tətbiq ediləcək peyvənd 21 gün fasilə ilə toplam 2 dəfə vurulacaqdır. Doza olaraq isə hər dəfəsində 10 mikroqram. 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə bu doza 30 mikroqramdır.https://www.ema.europa.eu/en/news/comirnaty-covid-19-vaccine-ema-recommends-approval-children-aged-5-11?fbclid=IwAR2TokAFvJyKl8EdzlNEBkfbnXOZ-8uAl-qd1xytsWGFXpeTyXJr3Dj35_k#:~:text=EMA's%20human%20medicines%20committee%20
#covid#uşaqlardapeyvənd#

Bu gün Avropa Dərman Agentliyi rəsmi olaraq Biontech/Pfizer CO Read More

×