poeticsofreading

poeticsofreading

poeticsofreading is one of the top Book Lovers influencer in Azerbaijan with 1556 audience and 17.42% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

1,556

AudienceAudience

17.42%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Book Lovers


Portfolio

Standout projects making waves around the web

image

Bilirəm ki, bir gün yazmağa başlayacam. Həm də bilirəm ki, bugün o gün deyil. Çünki bir gün yazacağımı düşünəndə içimdən fışqıran qorxu məni çox incidir. Yazmaq mənim ən sevdiyim..Yox..Yazmaq məni ən çox incidən məşğuliyyətlərin içində ən sevdiyimdir. Musiqi dinləməyi də sevirəm, amma bu incitmir. Film izləmək də ürəyimi ağrıtmır. Kitab oxumaq da, gəzmək də. Yazmaq isə, yaralarımı açır, sökür, tökür. Yazmaq mənim ən böyük qorxularımdan biridir. Bəlkə də elə bu qorxunu yenmək məqsədilə yazacam. Yazıyla utanc, narahatlıq, sıxıntı, qorxu, fəryad, həyəcan, stress, qayğı, ağrı - diş ağrısı kimi bir ağrı məsələn..amma alnının ortasında. Bir də sinəndə ağır tənginəfəslik.. bir də dərin yalnızlıq hissi. Yalnızkən hiss etdiyin o hüzün.. yalnız — yəni tərk edilmiş yalnızlığı, tərk etmiş yalnızlığı deyil bu. Azadlıq deyil bu. Bir sonsuz quyuya tərk buraxılmış zindan qaranlığı yalnızlığı.. Yazdıqca bütün qorxularım üzə çıxır. Və mən onlara sətir-sətir, heca-heca qalib gələcəm. Mənimləsiniz? ~ Art by @loriruizwatercolor #yazı #düşüncə

244
image

Məncə kitab da film və musiqi janrı kimi zövq məsələsidir. Ona görə də hamının zövqünü oxşaya bilən universal kitablar bu qədər azdır. Var, amma azdır ☀️ Belə bəşəri kitablardan biri də Braziliya ədəbiyyatından Şəkər Portağalıdır ????. Bu kitabı #15kitabchallenge’də dostumun sevdiyi əsər kateqoriyasında oxudum. Kitabın qəhrəmanı Zeze adlı balaca bir uşaqdır. Kitab boyu Zezeni bərk qucaqlamaq və yaralarını bir-bir öpmək istəyəcəksiniz. Bapbalaca kitab həddən artıq duyğu yüklüdür. Rahatlıqla bu kitabı hamı oxusun deyə bilərəm. Mümkünsə bir neçə dəfə. Balaca Şəhzadə ilə tanışlığm 14-15 yaşlarımda olub. O vaxtdan beynimin bir küncündə mənimlə birlikdə yaşayır. Beynimə qonaq gələn ikinci uşaq da 15 il sonra Zeze oldu. Mən də indi uşaq kimi sevinirəm ki, onlar artıq orda bir yerdə oynayacaqlar. İçimdəki uşaq da onlara qoşulacaq. Birlikdə qurduğumuz oyun meydançasında Don Kixotla Sanço Panza, Tom Sawyerlə Huckleberry Finn, Sehirli Xalatın uşaqları və Timonla Pumba da bizimlədi. Çox əylənirik, siz də gəlin ???? #15kitabchallenge #kitab #şekerportakalı #kitabstagram #kitap #kitapkahve

220
image

İçimdə elə bir hiss var ki, elə bil bir gün arxaya baxıb həyatımın ən xoşbəxt, ən sevgili dolu, sevgilimi ən çox sevdiyim günlərinə baxmaq istəyəndə beynim tozlu rəflərindən məhz bu günləri seçəcək. Vircinyadakı evimizi, it balamızı, evin hər küncünə qondurduğumuz sevgini. İçdiyim hər kofe köpüyünün yaşatdığı sevinci. Qurtum-qurtum. Balkonda içdiyimiz şərabları, evimizə qonaq etdiyimiz dost gülüşlərini. Ayaqlarımızı bərrak çaylarda isladarkən uşaqlığa səyahətlərimizi, uzun-uzun, qarış-qarış kəşf etməyimizi bu şəhəri, hər addımla daha bərk yapışmağımı əllərindən, hər nəfəsdə daha çox sevməyimi səni, gecə-gündüz, səhər-axşam.. P.S. Təyyarə yolculuqları ilham verir yazmağa. Bilmirəm göylərdi səbəbkar, yoxsa söndürülmüş telefonun ruhuma bu qədər yaraşması.. #düşünce #dusunce #kitab #baku #kofe #sevgi

209
image

Aranızdan bir neçə nəfərdən son vaxtlar niyə post paylaşmadığımla bağlı mesaj aldım bu həftə. Bu aralar gündəm bu qədər dolu ikən, bir də üstünə ekstra informasiya mənbəyi olmamaq üçün. Həm də bu dərəcə həssas mövzularda fikir bildirib, o fikrin paylaşılması və “hype” olmasıyla bu vəziyyətdən istifadə edərək diqqət çəkməkdən ehtiyat etdiyim üçün. Dünyadakı hadisələr öz yerini yeni hadisələrə verərkən, mən öz dünyamda oturub yenə kitab oxuyurdum. Heç bir təcrid və ya duyğu manipulasiyası kitablarla arama girə bilmədi. Aralar sakitkən kitablardan danışaq. Siz bu aralar nə oxuyursunuz? #15kitabchallenge #poeticsofreading #books #kitab #kitabaz #coffeelover

183
image

Çoxdandı burda olmamağımın səbəbi olan proyektimizi - otaQ podcastı sizə təqdim edirəm :) otaQ başladı! Dinləmək üçün link Bio’da☝???? İlk buraxılışda həm özümüzü tanıtdıq, həm də qadınların gündəlik həyatda qarşılaşdığı problemlərə nəzər salıb söhbət etdik. Qadın olmağın gözəlliyi, Feminizm və qadın haqları mövzusu ətrafında fikirlərimizi bölüşdük. Seksual azadlıq məsələsinə toxunduq. Müzakirəmizə siz də qoşulun. Azad qadın kimdir və əslində nə istəyir?

152
image

Gəlin tanış olaq! Adım Nərmindir. Dünyanın evim olduğuna 29 ildir ki, inanıram. Ən sevdiyim rəng gün batımı narıncısı, ən zövq aldığım məşğuliyyət kitab oxumaq və dostlarımla çay içməkdir. Hacettepe İletişim məzunuyam. Tezisimin mövzusu "Azərbaycan sinemasında toplumsal dönüşümün temsili" idi. New Yorkda işləyirəm. İşim burda keçirilən mədəni eventlər haqda yazmaqdır. Sizə maraqlıdırsa bu haqda ayrıca post hazırlayaram. Həyatın sonsuz can sıxıntısı və xoşbəxtliklərdən ibarət olduğunu düşünürəm. Can sıxıntısıyla mübarizənin yolu isə məncə, incəsənətdir. 4.5 dil bilirəm. İtaliya dünyanın ən gözəl yeridir. Sərhədlər yoxdur. Ən yaxın dostun beynindir. Həyat uğurlu olmaq yolunda maraton deyil. Həyat həyatdır, qaçmaqla düzəlmir. Siz kimsiniz? ______________________________ #bakupeople #vscocam #vscobaku #vscoazerbaijan #vscocamazerbaijan #kitab #kitabkofe #kitapkahve #kitap #brooklyn #coffeeshop

282
video

Beautiful books I had a privilege to read in 2022 ✨ What Book Was Your Favorite Read of 2022? #books

47
image
image
image
image
image

Yanvar ayına nələr oxuyaraq başladım? Dostoyevskinin “Bəyaz Gecələri”nin böyük roman olduğunu düşünərək əlimə aldım amma çox qısa hekayə imiş. Bir nəfəsdə oxudum və aya belə qısa əsərlə başlamanın sevincini yaşadım. Çoxumuz Dostoyevski kimi baba yazıçıları oxumaqdan çəkinirik ama belə sadə və qısa hekayələr yazıçının dünyası ilə tanış olmağımıza fürsət verir. Klassik bir melanxoliya var hekayədə. Mən çox bəyəndim. Kitab klubumuz üçün oxuduğum Roland Barthes’ın “Sevgi diskursundan parçalar” qeyri bədii ədəbiyyat nümunəsidir. Sevgi haqqında ağlınıza gələbiləcək hər düşüncə və hissi bir araya toplayan alim sevginin antologiyasını yaradıb. Oxuması çətin əsərdi, gündə 5-6 səhifə oxuyuram :) Bu həftə kitab klubunda yunan pyeslərinə yer verdik. Daha doğrusu Sofoklun “Tiran Edip” əsərinə. Mümkün olan hər yerdən hər variantda eşitdiyim əsərin orijinalını oxumaq xüsusi bir zövq verdi mənə. Çox gözəl və ovsunlayıcı dili var əsərin. Və nəhayət bu ay ruhumun qidası Elif Batumanın “İdiot” romanı oldu. Hər abzasınından ayrı zövq aldığım əsər contemporary fiction janrındadı və Harvard tələbəsi, türk imiqrantların ailəsində doğulan Selinin həyatını izləyirik. Elif Batuman özü Amerikada yaşayan gənc türk yazıçıdır və bu əsəri Pulitzer mükafatının finalistlərindən olub. Mənim üçün inanılmaz bir zövq mənbəyi oldu ✨ Hələki oxuduqlarım bunlardı. Ümid edirəm siz də bol hekayəli yanvar ayı keçirirsiniz ???? Bu ay nələr oxuyursunuz?

117
video

2021 bol kitablı keçdi ???? Ötən ili 25 kitab və 15+ hekayə ilə başa vurdum. 2021də ən çox sevdiyim əsərlər: 1. Orhan Pamuk - Kar Hekayəsi ömürlük mənlə qalacaq bir əsər oldu mənim üçün. Qarı iliklərimdə hiss etdim. 2. James Baldwin - Giovanni’s Room Baldwinin qələminə aşiq oldum! Eləcə də bu əsərə. Digər əsərlərini oxumaq üçün həyəcanlanıram. 3. Khalil Gibran Prophet və Broken Wings Sözlərlə ifadə edəməyəcəyim qədər poetik. Ruhun qidası. 4. Rilke - Letters to a Young Poet Xüsusilə son 2 məktub. Dönüb dönüb oxuyacağım. Həyata baxışımı formalaşdıranlardan oldu. 5. Sally Rooney’nin kitabları o qədər spesifik bir zövq mənbəyidir ki mənimçün. Son illərdə mənə ən çox xitab edən yazıçı oldu deyə bilərəm. 6. Hararinin 21 sualı. Sevirəm. Deyəsən hamısını sayacam belə getsə :) Books are magic, nə edim ???? Sənin 2021’də ən çox sevdiyin kitab hansı oldu? ????

166