reviewfromfi

reviewfromfi

reviewfromfi is one of the top Science / Education influencer in Azerbaijan with 3940 audience and 6.24% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

3,940

AudienceAudience

6.24%

Engagement

Get in touch
list-cover
location Azerbaijan, baku
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Science / Education


Cinema


Book Lovers


Portfolio

Standout projects making waves around the web

image

Tara Westoverin “Tələbə” əsəri təkcə təhsil haqqında deyil, eyni zamanda, kimlik böhranı, ailə münasibətləri və özünü tapmaq mübarizəsi haqqındadır. Müəllif öz həyat hekayəsini paylaşaraq, bir insanın doğulduğu mühitin onun gələcəyini necə formalaşdıra biləcəyini göstərir. * Kitabda təhsil azadlığa gedən yol kimi təsvir edilir. Təhsil sayəsində Tara dünyanı olduğu kimi deyil, olduğu yerdən kənarda da dərk etməyə başlayır. Lakin bu yol asan deyil – onun yeni qazandığı biliklər ailəsinin inancları ilə ziddiyyət təşkil edir. Burada kimlik böhranı ön plana çıxır: Tara köhnə dünyasını tərk etməlidir, amma bu keçmişini tamamilə silmək anlamına gəlmir. * Kitabın ən güclü tərəflərindən biri də ailə və travmalarla mübarizə mövzusudur. Ailənin sevgisi və manipulyasiyası arasındakı incə xətt Tara üçün ağır seçimlərə səbəb olur. O, seçim etmək məcburiyyətində qalır: ya ailəsinə bağlı qalmaq, ya da öz yolunu tapmaq. *Oxumağınızı lakin oxuyarkən Taranın ailəsindəki dini fanatizmə, yanlış məlumatlara, cahil düşüncələrə qarşı səbrli olmağınızı tövsiyə edirəm.

49
image
image
image

İndiyədək oxuduğum kitablar arasında dostluq mövzusunda yazılan ən təsirli kitablardan biri hətta birincisi oldu. O qədər təsirli və tük ürpədən hissələri var ki, kənara qoyub bir az özünüzü toparlayıb yenidən oxuyacaqsınız. ????Jude isə Ovod və Martin Edendən sonra darıxacağım, həmişə sevəcəyim bir obraz oldu. Bu dünyada Judelar çoxdur, kaş ki, hər birinə qucaq aça bilsək, onların ən yaxın dostu ola bilsək. P.S Kindle ilə mütaliə çox rahat imiş, məsləhətlidir. Səhifə sayı: 857

48
image
image
image
image

Mənə görə həyatda ən vacib amillərdən biri bəlkə də birincisi insan münasibətləridir. Bu kitab qadın və kişi münasibətlərinə həsr olunmuş və deyərdim ki, hər kəsin xüsusilə də münasibətdə olan insanların oxumalı olduğu stolüstü kitabdır. Bəzi yerlərdə təkrarçılıq olsa da, qadınlara aid çox ümumiləşdirmələr etsə də ümumi olaraq bu kitabı bəyənib sizlərə tövsiyə edirəm. Düşünürəm ki, təkrarlar və geniş ümumiləşdirmələr qadın-kişi münasibətlərinə daha fərqli aspektlərdən baxmağımız üçün yazıçı tərəfindən düşünülmüş addımdır. Öz xarakterimlə bağlı nüansları oxuyub “Tək deyilmişəm.” dediyim yerlər çox oldu. Başa düşdüm ki, biz qadınların ortaq cəhətləri hesab etdiyimizdən daha artıqdır. Tez-tez eşidirik, “Qadınları başa düşmək olmur.’’, əslində təkcə qadınları deyil, elə kişiləri də çox zaman başa düşmək olmur. Çünki, hər birimiz fərd olaraq zaman-zaman fərqli davranışlar qazanıb sərgiləyirik. Nəyi niyə elədiyimizi bir az anlamaq üçün bu kitabda çoxlu sayda nümunələr göstərilib. Məsələn, əvvəllər qarşı cinsə hansısa hadisəni, məsələni danışdıqda, o mənə dərhal həll yolu verəndə və ya ümumiyyətlə reaksiyasız qaldıqda maksimum dərəcədə əsəbləşirdim. İndi başa düşürəm ki, bu Marslıların ortaq xüsusiyyətidir. Onlar Veneralılar kimi mənlə birgə saatlarla oturub bu məsələni saf-çürük etməyəcək, mənim həmin an Marslıya yox Veneralıya ehtiyacım var. Daha bir münasibətimə müsbət təsir edən fərqindəliyi nümunə çəkim; Əvvəllər qarşı cins öz dünyasına çəkiləndə, bir müddət sakit qaldıqda özümü günahlandırıb özümdə səhv axtarırdımsa, bunu özümə qarşı hörmətsizlik kimi görürdümsə indi yazıçının da dediyi kimi sadəcə “mağara”sına çəkildiyini, bunun mənlə heç bir əlaqəsi olmadığını başa düşür və rahat buraxmağa üstünlük verirəm. Daha bir maraqlı fərqindəliyim o oldu ki, qadınlar qarşı cinsə kömək təklif edəndə bu onların xoşuna gəlmir və hətta qürur məsələsinə çevirirlər çünki, Marslılar öz planetlərində hər şeyi tək etməyə, hər şeyin öhdəsindən özləri tək gəlməyə üstünlük verirlər. Ancaq Venerada belə deyil, biz Veneralılar əksəriyyətimiz kömək gözləyən və kömək göstərənlərik, əksinə kömək görməsək inciyə də bilərik. Bura sığışdıra bilmədiyim çox maraqlı hissələr də var idi.

144
image
image
image

Həftə sonunuzu maraqlı edəcək 3 serial tövsiyəsi ilə gəlmişəm! ????????‍♀️ Netflixdə yayımlandığı gündən etibarən şahmat satışını dəfələrlə artıran və sevdirən “The Queen’s Gambit”-i paylaşmasam olmazdı. Bu serial təkcə ssenarisinə görə yox həm də aktyor seçimi, geyimlər, qrim, effektlər, musiqilər, 1960-ci illəri çox gözəl çatdırmasına görə də bu qədər sevildi. Baxarkən biografiya olduğunu zənn etdim, ancaq ssenaristin şahmata dair bir çox real hadisələri oxuyub, araşdırmalar edib təsirlənərək belə bir hekayə qurduğunu qeyd edirlər. Şahmat bəlkə də indi sizə sıxıcı gəlir amma bu serialdan sonra sevəcəyinizə əminəm! Ən sevdiyim tərəfi isə qəhrəmanımızın əksər kişi şahmatçıları mat edib, onlara qadının da şahmatı yaxşı bacardığını sübut etməsi idi. Amma kaş ki, Beth ona şahmat öyrədən Mr.Shaibeli də unutmazdı..????????‍♀️ ♟ İndi isə yüngül və axıcı bir seriala keçirəm. Emily in Paris! Elə bil ki, Parisi 3-4 günlük Emily ilə gəzib gəldim, necə incə, zərif, romantik abu hava var bu serialda! ???? Emily: gözəl, əyləncəli, dəlisov və problemli stuasiyalardan çıxmağı əla bacaran bir qız. Onun Fransız dili bilmədən gəlib Parisdə heyətinin əksəriyyəti Fransız olan agentlikdə çalışmasını və başına gələn maraqlı, gülməli, şirin hadisələri çox sevəcəksiz. Əgər çoxdandır yüngül, vaxt keçirtməlik, çərəzlik serial axtarırsınızsa, bu əsl sizlikdir!????☕️ ♟ İndi isə bir az ağır serial olan “Ratched” haqqında. Xəstəxanada tibb bacısı kimi işləyən Ratchedin əslində bir məqsədi var qatil qardaşını xəstəxanadan xilas etmək. Psixoloji-gerilim janrında Netflixin son vaxtlarda yayımladığı ən yaxşı seriallardan biridir. Psixiatrik xəstəxanada tətbiq edilən ağlasığmaz metodlar, texnikalar, buna görə xəstələrdə yaranan travmalar, homoseksuallara qarşı psixi xəstə kimi yanaşaraq onlara daha da böyük zərbələr vurulması amma bu zərbəni vuranlardan bəzilərinin homoseksual olması, qəhrəmanların uşaqlıq travmaları və buna görə etdikləri cinayətlər və s. sizi seriala çox bağlayacaq. Geyimlər, qrimlər, 1940-cı illərin abu havası, bir sözlə, bu janrı sevənlərin çox maraqla izləyəcəyi serial olacaq. Əhsən sənə, Sarah Paulson! ????????‍⚕️ #netflix #movies #tvseries #productivity #weekend

240
image

????İnsan ömrü təəsüf ki, ədəbiyyat kimi dərin dəryadan bütün kitabları oxuyacaq qədər uzun deyil. Amma yaxşı ki ömrümüz bəzi unudulmayacaq və qəlbimizdə daim yaşaya bilən kitabları oxumağa çatacaq qədərdir. Bu sətirləri yazdıran, qəlbimin bütün incə tellərinə toxuna bilən, düşündükcə məni kövrəldən, beynimə və ürəyimə əbədi həkk olunan üçüncü belə bir kitabdır. Ətraflı təhlilə ehtiyac duymuram, kitab listinizə mütləq əlavə etməyiniz üçün bir neçə fikirimi bölüşəcəyəm. ????Zeze hər birimizin içində yaşayan zəngin fantaziyaya sahib, sevgiyə möhtac balaca, şirin uşaqdır. Hər birimizin uşaqlıqda ucsuz bucaqsız fantaziyalarımız var idi, həyat daha rəngli daha həyəcanlı idi və daima ətrafımızdan sevgi görmək istərdik. Zezenin Portağal Ağacı ilə dostlaşması kimi elə biz özümüz də sevimli əşyalarımızla ya da hansısa ağacla, quşlarla, heyvanlarla dostlaşıb onlarla söhbət etmirdikmi? Onları insan kimi görən, hər şeyə həyat vermək istəyən, dostumuza çevirən yalnız biz uşaqlar idik.. Amma illər keçdikcə böyümək məcburiyyəti, valideynlərimizin tənbehi, sərt reaksiyaları fantaziyalarımızı, xəyallarımızı yavaş-yavaş söndürdü. Lakin bir yerlərdə o balaca uşaq həmişə yaşadı, özümüzlə tək qaldığımızda, içimizə baxdığımızda onu hər dəfəsində daha dərinlərdə görə bildik.. ????Uşaqlar fidandır. Onları sevgi ilə, qayğı ilə böyütmək lazımdır. Şiddətlə böyütdüyümüz hər uşaq ilk olaraq, qəlbində bizi, sonra isə öz uşaqlığını və saflığını öldürür. Beləcə cəmiyyət ağ qara tonlara bürünən təhlükəli yerə çevrilir. Sevgi ilə yaxınlaşdığımız hər uşaq bizə bu sevgidən daha artığını verir, güvənir, xoşbəxt olur. Eynən Zeze kimi, ona şiddət göstərən atasını ‘Onu yüreğimde öldüreceğim artık sevmeyerek.’ deyib öldürmüş, ona məhəbbət, anlayış göstərən Portuganı isə özünə ata seçəcək qədər çox sevmişdi. Təəssüf ki, Zezenin qəlbi sonra yenidən kədərə qərq olur. O qədər böyük kədər içərisinə düşür ki, Zezeni qucaqlamaq üçün kitabın içərisinə keçmək, onunla birgə ağlamaq istəyi bizi tərk etmir. ????Ah..Balaca Zezemiz. Sən bütün oxuyucuların qəlbində əbədi yaşayacaqsan. Ürəyimə əbədi həkk etdiyim Ovod və Martin İden çoxdandır özlərinə yeni yoldaş gözləyirdilər, onların da səni çox sevəcəyinə əminəm.. #books

176
image

Həm oxuyarkən həm də bitirdikdən sonra qarışıq duyğular içərisində qaldığım və eyni zamanda çox sevdiyim bir kitab oldu. Yazıçının oxuduğum ilk əsəridir,qeyd edim ki, o 2017-ci ildə Nobel mükafatı qazanmışdır. Kitaba əsasən həm də film çəkilib. Əsər distopiya janrındadır, buna görə də fərqli abu havası var. Dili axıcıdır, süjet xətti aydın, maraqlı davam edir və baş qəhrəmanın dilindən yazılıb. Fikrimcə, 1-ci şəxsin təkində yazılan kitablar daha axıcı olur. ????Disiplinli, qayda-qanunlu, şagirdlərin əvəzinə daima özü qərar verən Hailsham məktəbi orqan klonları yetişdirir, yəni bu məktəbi bitirən hər kəs, orqanlarını yavaş-yavaş xəstə insanlara bağışlamalıdı. 3,4-cü orqan köçürülməsindən sonra isə özləri həyatla vidalaşırlar. Kathy,Tommy,Ruth əsas obrazlardır, onların dostluğu, sevgiləri, təklikləri o qədər təsirli, o qədər gözəl təsvir olunub ki.. Obrazlara bağlanmamaq, sanki onlarla bir yerdə böyüdüyünü hiss etməmək mümkün deyil. Kitab son 70-80 səhifədə daha çox açılır, daşlar yavaş-yavaş yerinə oturur. ????Kitabı çox sevsəm də oxuyub bitirdikdən sonra, ‘Mən nə oxudum? Mənası nə idi?’ deyə çox düşündüm. Və başa düşdüm ki, əslində biz hamımız yaşadığımız həyatın klonlarıyıq. Balacalığımızdan etibarən əsasən valideynlərimizin seçimləri, qərarları ilə böyüyürük, məktəbdə onların istəyinə görə yaxşı oxuyuruq, sonra ətrafdakı insanları və valideynləri nəzərə alıb universitetə onları xoşbəxt etmək üçün hazırlaşırıq, ixtisasımızı insanların fikrinə önəm verərək seçirik, sonra cəmiyyətin tələb etdiyi standartlara uyğun həyat yaşamağa çalışırıq və bu yolda yavaş-yavaş tükənirik. Ürəyimizi təslim edirik və incidirlər beləliklə qəlbsiz insan olmağa başlayırıq, gələcəklə bağlı daima düşünərək və ya kimlərinsə işinin yaxşı olması üçün beynimizi yoraraq sonda beynimizi təslim edirik, bir müddət sonra reallıqlar bizi incitdikcə gözlərimizi bağlayıb görməməyə çalışırıq, ətrafdakı insanların fikirləri, dedi qoduları bizi yorduqca qulaqlarımızı bağlayıb heçnə eşitmək istəmirik. Beləliklə, əsərin qəhrəmanları kimi həyat və insanlar bizdən orqanlarımızı alırlar, özümüzü alırlar. Eynən Hailsham məzunları kimi daha heçnəyə vaxt tapmamışkən ən gənc yaşlarda tükənib, yox oluruq.

183
image

Son 1-2 ildə oxuma sürətim iş həyatı, yorğunluq və s. kimi məsələlərə görə zəifləyib. Ancaq uzun müddət sonra ilk dəfə idi ki, bir kitabı əvvəlki sürətimlə və böyük maraqla oxudum. İrvin Yalom dünyaşöhrətli, gənc psixoloqların qibtə etdiyi 87 yaşlı psixoterapevtdir. Bu kitabında 10 pasienti ilə olan terapiya prossesini qələmə alıb. Bu pasientlərin ortaq bir qorxusu var: Ölüm. Terapiyalar o qədər səmimi və maraqlı keçir ki, sanki bir göz qırpımında pasientin heyakəsinin sonuna gəlirsən. Lakin, hər hekayənin sonunda mütləq ki, nəsə öyrənəcəksən. Verdiyi dərslər: •yaşarkən anda olmağı bacarmalıyıq •həyatdakı ən xırda detallardan da həzz ala bilməyi bacarmalıyıq •ölümü unutmamaq amma ondan da qorxmamaq lazımdır •həyatı dolu-dolu yaşamalıyıq ki, birgün ölümlə üz-üzə gəldikdə peşmanlıq hissində boğulmayaq •hər birimiz birgünlük varlıqlarıq, insanların haqqımızdakı mülahizələri bizə önəmli olmamalıdır, əsas odur ki, biz özümüz haqqında nələr düşünürük və özümüzü sevirikmi? •keçmiş artıq mövcudluğunu itirib, gələcək isə fantaziyamızdan ibarətdir, real olan tək bir şey var: İNDİ. İnsan indiki zamanında yaşamalıdır, gələcək qayğısı və keçmişin peşmanlığını çiyinlərində daşıyan insan bu həyatı yaşamır. •Düşüncə! Sənə zərər yetirən yalnız sənin düşüncələrindir. Düşüncəni dəyiş və bütün zərərlərdən qurtul. Biz bütün bu dərsləri pasientlərin ağır, problemli həyatlarını oxuyaraq başa düşürük. Sonuncu hekayəni və içində keçən fikirləri o qədər bəyəndim ki, az qala bütün sətirləri rəngləmişəm. Son pasientdən ilhamlanaraq “Marcus Aurelius-Düşüncələr” kitabını da mütləq oxuyacam. “Birgünlük varlıqlar” kitabı gənc psixoloqlar üçün “must read” kateqoriyasındadır. ????Hər bir insan özünü digər insanlardan daha çox sevdiyi halda nə üçün öz fikrinə digər insanların fikrindən daha az əhəmiyyət verir?

148
image

????Yəgin ki, bir çoxlarınız The Secret (Sirr) kitabını bilirsiniz ya da oxumusunuz. Əksər oxucunun həyatında müsbət yöndə dəyişikliklərə səbəb olan Sirr kitabını bir hissə oxucular isə tamamilə məntiqsiz, boş sözlər toplusu hesab edir. Mən Sirr kitabında deyilən enerji-kainat-cazibə qüvvəsinə daima inanmışam. Buna görə də, Sirr kitabını da, sənədli filmini də sevmişdim. Bəs The Power haqqında nə deyə bilərəm? İlk onu deyim ki, yaxşı ki, pdf oxudum. Çünki, qiyməti bahadır ona verəcəyim büdcəni daha yaxşı kitablara ayıra bilərəm. The Power (Güc) kitabında sevgiden danışılır. Güc=Sevgi. Deyir ki, sevginin gücü və verdiyi enerji sizi bütün negativ hallardan uzaqlaşdıra bilər. Həyatınıza və daxili dünyanıza nə qədər sevgi qatsanız bir o qədər uğurlu, varlı, sağlam, parlayan şəxs olacaqsınız. Əsas yanaşma belədir; pula(və digər istədiyiniz məfhumlara) heç zaman nifrətlə, negativ düşüncəylə yanaşmayın hətta pulsuz və ya borc içində olasanız belə.. Ən pis vəziyyətinizdə də pula sevgi göndərin, o bu sevgi enerjisi ilə gəlib sizi tapacaq. Pula simiclik etmək ona qarşı negativ yanaşmaqdır, pula sevgi hiss edərək onu istədiyiniz tərzdə xərcləyin, çünki sevgi varsa, pul sizə daha çox gələcək. Hansısa maşını və yaxud hansısa evi bəyənirsiniz? “Məndə yoxdur, niyə yoxdur, niyə filankəsdə var.” düşüncəsi ilə yanaşmaqdansa, daha çox sevgi göndərin və bu sevginin enerjisi sizə həmin maşını, evi gətirəcək. Bir sözlə, sizin olmasını istədiyiniz hər şeyə sevgi göndərin. Müdirinizlə ya da hər hansısa iş yoldaşınızla aranızda münasibət negativ tonda gedirsə, sevgi ilə yanaşın, daha çox sevgi göstərin, qarşılığında 2 qat sevgi alaraq vəziyyəti öz xeyrinizə çevirəcəksiniz. Bəli, kitabda inandığım və dəstəklədiyim hissələr oldu. Məşhur insanlardan frazalar da çox yerində işlənmişdi. Amma kitab təəssüf ki, özünü təkrarlayır, hətta The Secretdən də təkrarlar var. Bir səviyyədən sonra isə kitab ütopikləşir, reallıqdan çıxır, insanı sanki robota çevirən ya da kor koranə enerji inancı ilə hərəkətsiz yaşayan canlıya çevirməyə çalışır. Əlbəttə, bu cür kitabların xeyiri də var. Amma reallıqdan da qaçmamaq lazımdır. Lazım olanı götürüb, lazımsız hissələri beyindən atmalıyıq. Xoş mütaliələr!

90
image

Nadsat dilindən(jarqonların, arqoların bol olduğu)istifadə olunaraq distopiya janrında yazılan bu kitabın ilk səhifələrini oxuyarkən çətinlik çəkəcəyiniz dəqiqdir, çünki, edilən təcavüzlər, cəmiyyətdə hökm sürən anarxiya, günahsız insanlara edilən əziyyətlər və s. sözün əsl mənasında sizi narahat edəcək. Ancaq davam etsəniz unudulmaz bir kitab oxuyacağınıza əmin olun???? ????Alex və dostları agressiv, əziyyət verməkdən, təcavüz etməkdən həzz alan yeniyetmələrdir. Bir müddət sonra dostlar ayrılır və Alex həbs edilir, həbsdə olarkən ona sağalması-yəni, yaxşı insan olması üçün yeni üsulla müalicə olunmasını təklif edirlər və əgər o bunu qəbul etsə, həbsdən azad olunacaq. Kitabın əsas mənası da burada açılır. Müalicə olunan Alexə hər dəfə pislik etmək fikri gələndə onda dəhşətli ağrılar başlayır, halı pisləşir, əgər fikrini dəyişib yaxşı şeylər düşünməyə başlasa bu ağrılar keçir. Alexin “müalicə” olunarkən yaşadıqları dözülməz anlar sizi ya sevindirəcək ya da “o da insandır.” deyib halına çox pis olacaqsınız. Bu “müalicə” ilə Alexin seçmə və öz iradəsilə hərəkət etmə haqqının əlindən alınmış olduğunu görürük. İnsan seçimləri ilə, öz iradəsi ilə digər canlılardan fərqlənir. Bəs bütün bunların onun əlindən alınması nə qədər ədalətlidir? Amma digər tərəfdən də düşünürsən ki, başqa bir insana təcavüz edib, öldürüb, onun yaşama haqqını əlindən alan insana öz seçim haqqını vermək nə qədər ədalətlidir? Bəli, kitab bizi dilemmaya aparır. ????Kitab həm də psixologiya təhsili alanlara “id” “ego” “superego” anlayışlarının daha yaxşı mənimsənilməsi üçün müəllimlər tərəfindən məsləhət görülür. ????Həmçinin əsərin siyasi yöndə də bir çox tənqid etdiyi tərəflər var. Məs; Karl Markezin insanların sənayeləşdirmə dövründə avtomatikləşdirilməsi fikri ilə əsərin adı və mənası da uyğun gəlir. ????Azadlığın, seçim haqqına sahib olmağın, “Clockwork Orange” kimi yaşamamağın dəyərini izah edən kitabdır. ????Alex həm də Beethoven, Mozartın bəstələrini sevən, musiqiyə möhkəm bağı olan biridir. Yoxsa ruhunun dərinliklərində incəlikmi var? ????Oxuduqca çox düşünürdüm; Niyə digər canlılardan öz şüuru, azad iradəsi, seçim haqqı ilə fərqlənən insanoğlu dünyaya və bütün canlılara ən çox zərər vurandır?

164