Tori ?? & Fidan ??‍?

instagram.com
tori_bahar is one of the top Parents/Kids influencer in Azerbaijan with 57103 audience and 1.34% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
İzleyici
57.1k
Etkileşim Oranı
1.34%
Kanal Hesapları

Gönderiler

⠀ İlin istənilən fəsli, istənilən yerdə, istənilən tə Read More

SADƏCƏ 5-10DƏQ
⠀
Bəsdir uşağı(ları) elə hey evdən sürüdün ?
Dərsə qaça-qaça, məşqə/musiqiyə/hazırlığa tələsə-tələsə, qonaq getmək stress, hər evdən çıxış bir əsəb.
⠀
Əksər hallarda - yanlış planlamadır səbəb. Bu haqda danışmayacam, hərə fərqli şeyləri səhv edir, hərənin öz gününə nəzər yetirməkçün fərdi konsultasiya edib danışmaq lazımdır. Burda sizə nəzərə ala biləcəyiniz bircə nyüansdan danışacam.
⠀
Uşaqlar bizdən doymalıdır.
⠀
Əlbəttə biz gözəl valideynlərdən doymaq olmaz (?), amma yenə səhər tezdən oyadıb tez-bazar bağça, məktəbə yola salmamışdan uşaqların ehtiyaclarını da düşünək, bizdən az-çox doyub ayrılmalıdırlar bizdən.
⠀
Mən hər səhər Tontini fərq etmək özü ayılır, ya mən oyadıram, mütləq :
- ya bizim yatağımıza gətirib 5-10dəq qucaqlaşıb, “yer dəmi” alırıq
- ya otağında 5-10dəq yerdə oyuncaqları ilə oynayırıq
- ya həyətdə 5-10dəq maşına girməmiş nəyəsə maraq göstəririk
⠀
Səndən ayrılmamış o 5-10dəq.yə ehtiyacı var. O zaman uşaq bağçaya, məktəbə də rahat gedir. İçəri daha asan girir, xoşluqla ayrılır. 
⠀
Cəmi 5-10dəq. Telefonsuz, diqqət yayınmaqsız. Həmin 5-10dəq.ni nəzərə alsaz, evdən çıxışlar da həşir olmaz, gününüz də stresli başlamaz. 
⠀
Gələn səfər kimsə bunu nəzərə alıb, həyata keçirsə, mütləq xəbər etsin ??‍♀️ Xoş cümələr ♥️

SADƏCƏ 5-10DƏQ ⠀ Bəsdir uşağı(ları) elə hey evdən sü Read More

TORI DANIŞIR
.
- Tori, bacı istəyirsən, qaqaş?
- Was? (Nə?)
- Bruder istəyirsən, Schwester?
- Ich bin doch selber eine Schwester (mən özüm bacıyam da), ich brauche keine Schwester (mənə bacı lazım deyil), ich brauche einen Bruder! (Mənə qardaş lazımdı!) ?
⠀
BAŞŞŞŞŞSTƏ ??‍♀️? #tori_danishir

TORI DANIŞIR . - Tori, bacı istəyirsən, qaqaş? - Was? (Nə?) Read More

. - Bəli, zaman ayıracaqsan - Onunla sənin ehtiyaclarının f� Read More

ƏSL HƏYAT BUDUR
⠀
Həmişəkindən fərqli olaraq mən tətildən qayıtmağıma sevinirdim:
- tətil şəhərindən də çox sevdiyim gözəl Berlin
- hotel otağından da rahat evim
- ayrı qaldığım ilhamlandırıcı işim
⠀
Yox, sonuncunu gopladım ? “Bəs ailə?soruşmayın. Onlar yanımda idi. Bəs nə yanımda deyildi ki, yanına ya qayıtmaq istərdim (ya da yox?)
⠀
Getdiyimiz şəhərlər, qaldığımız hotellər elə ağzımızın suyunu axıdır ki, bəhbəh ? Sonuncu dəfə 10 il öncə Berlindən harasa gedib, qayıtmışdım. Başım o baş deyilmiş ki, sevinərək qayıdım ? Berlinə köçəndən ilk uçuşumuz idi və mən elə mənimçün ən gözəl yerdə yaşadığıma əmin oldum ?? Hava limanına enəndə də, evə çatanda da ancaq sevinirdim ♥️
⠀
Sonuncu məqamsa iş - mənə qarınağrı verən yeganə məqam. Bu bir həftədə də anladım ki, məhz full time’a keçib, məni 100%lik işin gözlədiyini bildiyimçün geri dönməmək - işə geri dönməmək istəyi var idi. Yəni bu nə şəhər, nə ev, nə gündəlik məişət həyatına görə idi. Anladım ki, yeganə istəksizlik məhz mənim qrafikimə uyğunlaşmayan (mənim də ona uyğunlaşmaq istəmədiyim ?) iş məsələsidir.
⠀
Getdiyiniz yerdən geri qayıdarkən nəyə sevinib, nəyə qarınağrısına düşürsüz? Gözünüzə durur həmin şey ki, offf, yenə bu zibil şəhər, bu xaraba ev, bu üzrəniraq evdəkilər, bu adamyoran iş, maraqsız dərs, və s. və s. Demək ki, gündəlik həyatdan, əsl həyatdan narazısız ? Real olan hər gün təkrarlanan ailə/məişət/iş/dərs həyatıdır. Əsl həyat odur. Onun rahatlaşdırılmasına, sənə daha uyğun, xoş olmasına çalışmaq lazımdır.
⠀
Mən özümçün nəticələr çıxardım. Keçən illərdən çox irəliləmişəm ?? İndi cəmi düzəldilməli bir “gözəduran” məqamım var, onu da düzəltmək növbəti aylarda qarşıma qoyduğum məqsəd olsun ?? Siz də öz gündəlik həyatınız haqqında düşünmüş olduz.
⠀
PS: qayıdıb @1aya_yeni_sen keçirəcəyimə isə (5ci dəfə ?) isə çooox sevinirdim. Məni bu günki mən edən vərdişlər. Mənə “Gündəlik həyat - əsl həyatdır. Baxır nə yaradırsan ♥️” izah edən.

ƏSL HƏYAT BUDUR ⠀ Həmişəkindən fərqli olaraq mən tətil Read More

TORİ DANIŞIR
.
- Tori, evdən çıxırıq. Tualet.
- Aber mama, qəlmir.
- Oturanda gələcək.
- Ja, Mama, qəldi.
⠀
Bir neçə gün sonra.⠀

- Tori, evdən çıxırıq.
- Oturanda qələcək, Mama.
⠀
Başqa mamalar uşaqlarını tualetə göndərməkçün 3saat dil tökəndə Tori uşağa:
- Oturanda qələcək.
⠀
“Oturanda gələcək” bir analar sözü. İstifadə edin, razı qalın, məni yada salın ? #tori_danishir

TORİ DANIŞIR . - Tori, evdən çıxırıq. Tualet. - Aber mama, Read More

⠀ İstirahət adasında kasıbın tapdığından: . - dondurma Read More

ONUN AD GÜNÜDÜR ?
⠀
Çox sizə lazımdır elə ? Mən də düşündüm sizə lazım olandan yazım:
- Mənim yoldaşım çox ədəbli insandır. Mənə qarşı (heç başqalarına da) əsla tərbiyəsizlik etməz. Bu xüsusiyyəti bizə aramızda ən kəskin mübahisələrdə kömək olub. Mənimlə biədəb davranan insanı heç vaxt çəkə bilməzdim. Mən də zamanla əsla səsimi qaldırmamağı, mübahisə zamanı da söz seçiminə daha çox fikir verməyi öyrəndim.
.
- Mən məhz ondan özümə haqsızlıq etməməyi öyrəndim. Evliliyimiz zamanı sinir krizlərimin səbəbi ancaq özümü qurban verməyim nəticəsində tükənmişliyim olub, bunu isə məndən - tapın görək - XAHİŞ EDƏN OLMAMIŞDI ? Ona görə də mən də özümü ön plana qoymağa, öz istəklərimi bilməyə, və gözləntilərimi də dilə gətirməyə başladım. Və əvvəllər əsla özümə icazə vermədiyim insanı yaratdım.
.
- Mən həşir insan ondan rahatlığı öyrəndim (hələ də öyrənirəm ?) Qadın olmaqdan, ev mühitindən, analıqdan zövq almağı, elə beləyəm, buyam deyə dəyərli olduğumu öyrəndim. Nə oxuyub, işləyib özümü sübut etməliyəm, nə qazanıb evə nəsə gətirib isbatlamalıyam, içimdəki “mən də bacarıram, kişidən əskik qadın deyiləm” yanğısını söndürən, məni daha məmnun, rahat edən.
⠀
Ona qarşı son zamanlar bir səhv etmişəm: 50%’dən 100% işə keçmişəm. Kişiyə, ailəyə ola biləcək ən böyük haqsızlıq. Tezliklə bunu ən gözəl şəkildə düzəltməyi planlayıram ??
.
@gel_duzeldek onunla münasibətim var deyə yarandı, @valideynlik_terapiyasi onunla övladım var deyə. @1aya_yeni_sen mən məhz onunla ən çətin anlardan sonra mənim gəldiyim nəticələrdən özümdən yeni, daha yaxşı bir mən yaratdım deyə yarandı. Çətinliklər bizi məhv də edə bilər, bizi yaradıcıya da çevirər. Mən özümə dərslər götürməyi, öz öyrəndiklərimi sizlə də bölüşməyi seçdim.
⠀
Onun ad günüdür. Yaxşı ki, doğulub. Yaxşı bu gün hər şey bu cürdür ♥️
⠀
PS: max. çalışdım ət tökməyim ?
PPS: Torinin süfetinə fikir verənlər? ??‍♀️

ONUN AD GÜNÜDÜR ? ⠀ Çox sizə lazımdır elə ? Mən də d� Read More

NİYƏ OLMAZ Kİ? ?
.
- Mən uşağımı 1 saat belə gözümdən qoya bilmirəm, bunlar 1həftəlik necə uşağı qoyub gedə bilirlər?
- Səncə sənin uşaqdan 1cə saatlıq ayrı qala bilməməyin normaldır? ?
.
- Adam uşağı necə nənə/baba/əmiyə qoyub gedə bilər?
- Yəni dövran elə dönüb ki, nənə-baba da yadlaşıb? Artıq “özününkünə də” inam qalmayıb? ?
.
- Uşaqsız istirahətin nə marağı.
- Yəni istirahətinə maraq qatan uşaqdır? “Uşaqla istirahət daha maraqlıdır” - başqa məsələ. Amma üm.lə uşaqsız istirahətdə məna görməyənlər az deyil.
⠀
Sən o qədər uşaqlı həyatın içinə girmisən ki, özünü, özlüyünü, şəxsiliyi, SƏNİ itirmiş ola bilərsən. Demirəm elədir. Amma ehtimal çoxdur. Düşünməyinçün yazıram.
⠀
Sənə özünlə, yoldaşınla maraqsızdırsa, bir azdan bu uşaqlar böyüyəndə başlayacaq qara günlər. Uşaq o qədər həyatımızın mərkəzi, yeganə əyləncəsi olur ki, uşaq böyüyəndə belə onun böyüdüyünü görə bilmir, elə hey onunla uşaq kimi davranırıq. Ailə quran kimi uşağa nəvə basqısı edirik ki, ilişməyə adamım yoxdur ? Nəvə olsaydı, başımı qatardım ? 
⠀
Əksər hallarda:
- cəmiyyət icazə vermir: BOOOY UŞAĞI NƏTƏR ATDI GETDİE KEFƏ ?
- özümüz icazə vermirik: HƏR YERƏ UŞAQLA GEDƏNLƏRDƏNƏM MƏN!?
.
? Hər iki fikir xəstədir. Özünə ailən, yoldaşınla istirahət haqqı ver. Sən özünə icazə verdiyini hamı sənə icazə verəcək. Əvvəl axır verəcək. 
⠀
Uşaqdan heç cür ayrılmayana olar “asılı” deyək? Özünə aid artıq hər şeyi əlindən gedənə “özünü itirmiş”?
⠀
Hər şeyi öz adı ilə çağıraq ki, yerdəkilər çaşıb “malades, həsr edib özünü uşaqlarına. Halaldı, qurban verdi də özünü ailəsinə” deməsin ?. Desin ki, qızıl ortanı tapa bilmədi, balansı saxlaya bilmədi, özü yox olub, gedib. Yoxsa ki, qoymayın adamaldadan sığallar çəksinlər başınıza, ona-buna xoş gəlməkçün yaşamayın.⠀
⠀
Hələki çaş-başsızsa, @1aya_yeni_sen ‘dən başlayın. Bir aya YENİ Sən kursunda biz 30 gün ərzində elə 30 vərdişdən danışırıq ki, həmin kursu bitirən iştirakçılar həm yaxşı valideyn (əgər valideyndirlərsə) olaraq qalır, amma özünə də haqsızlıq etmir.
⠀
Sizə xoş və rahat Səni tapın. Həmin sən hamının xoşuna gəlməyə bilər, amma sənə xoş olduqca, hamı da qəbul etməli olacaq.

NİYƏ OLMAZ Kİ? ? . - Mən uşağımı 1 saat belə gözümdən Read More

×