Ens.az

Ens.az

Ens.az is one of the top Entertainment influencer in Azerbaijan with 73835 audience and - engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

73.8k

Audience

-

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Entertainment


Science / Education


Technology


Portfolio

Standout projects making waves around the web

image

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezidentliyə namizədliyini irəli sürüb. Ens.az xəbər verir ki, bu barədə Musavat.com-a F.Yusifov özü məlumat verib. Qeyd edək ki, bununla da fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisinə namizədlərin sayı 8-ə çatıb. Xatırladaq ki, F.Yusifov Azərbaycanın keçmiş maliyyə naziridir.

0
image

Dövlət Məşğulluq Agentliyi (DMA) özünüməşğulluq proqramı çərçivəsində Balakəndə vətəndaşa verilən inəklə bağlı məsələyə aydınlıq gətirib. Ens.az Axar.az-a istinadən xəbər verir ki, agentliyin yaydığı məlumata əsasən özünüməşğulluq proqramına qoşulmuş Balakən rayon sakini Ömərov Zaura 2022-ci ilin iyun ayında aktivlərin (malların) təqdim olunması zamanı çəkilən videogörüntülər araşdırılıb. Qeyd olunub ki, Z.Ömərov istəyinə uyğun olaraq “Maldarlıq təsərrüfatı” zərfi üzrə Özünüməşğulluq proqramına qoşulub, 2022-ci ilin iyun ayında 3 baş inək və 400 kq qarışıq yemlə təmin edilib: "Zaur malları şəxsən özü seçərək, razılığını bildirərkən yük avtomobilində heyvanlardan birinin yıxılması görüntüsü düzgün olmayan fikirlərin yaranmasına səbəb olub. İnəklərin aparılması üçün gətirilən avtomobilin yük yeri kiçikhəcmli olduğundan sıxlıq yaranıb, biri büdrəyərək yıxılıb. Aktivlər vətəndaşa tam sağlam, baytar sənədi əsasında təhvil verilib. Ona verilən heyvanlardan heç bir narazılıq və bu barədə hər hansı müraciət olmayıb. 2022-ci ilin dekabrında Zaur Ömərovun özünüməşğulluq fəaliyyətinin dəyərləndirilməsi məqsədilə keçirilmiş baxış zamanı həyat yoldaşı verilmiş aktivləri artıq satdıqlarını, Zaurun isə Rusiya Federasiyasında işlədiyini bildirib". Qeyd edək ki, sosial şəbəkələrdə DMA tərəfindən vətəndaşa xəstə inəyin verilməsi iddia olunub.

0
image

2024-cü ildən uşaqpulu veriləcək? - Deputat Milli Məclisin son iclasında uşaqpulu məsələsi yenidən gündəmə gətirilib. İctimaiyyətdə 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində hakimiyyətin sosial paketinə bu məsələnin daxil edilib-edilməyəcəyi müzakirə olunur. Ens.az xəbər verir ki, deputat Fazil Mustafa Globalinfo.az-a açıqlamasında uşaqpulu məsələsinin gündəmə gətirilmədiyini bildirib. “Uşaqpulu” Sovet dövrünün terminidir. Bu, ehtiyacı olan-olmayan hər kəsə vəsaitin verilməsini özündə ehtiva edir. Lakin hazırda uşaqpulu məsələsi yox, müxtəlif kateqoriyadan olan uşaqların müavinət sisteminin genişləndirilməsi müzakirə edilir. Bu pul hansısa formada ehtiyacı olan ailələrə verilir, amma əhatəliliyi genişləndirilməlidir: 5-6 növ müavinət 10-15 növ olmalıdır. Ehtiyacı olan heç bir uşaq kənarda qalmamalıdır”, - o vurğulayıb.

0
image

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib. Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Küveyt dövlət televiziyası məlumat verib. Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın 86 yaşında dünyasını dəyişdiyi bildirilib.

0
image

Sosial şəbəkələrdə və saytlarda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində təhqiramiz ifadələr işlədən və müxtəlif iddialar irəli sürən Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadə həbs edilib. Ens.az Publika.az-a istinadən xəbər verir ki, məhkəmə icra başçısının X.Salmanzadə barəsindəki böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasındakı şikayətinə baxıb. Ağdam Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Qeyd edək ki, xeyli vaxtdır X.Salmanzadə Ağdamın icra başçısı ilə bağlı müxtəlif iddia və məlumatlar paylaşır. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.

0
image

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, dünya bazarında neft qiymətləri artıb. Belə ki, WTI markalı neftin yanvar füçersləri 0,66% bahalaşaraq, bir barelinin qiyməti 71,70 ABŞ dolları olub. “Brent” markalı neftin fevral füçersləri 0,54% bahalaşaraq, bir barelinin qiyməti 76,38 ABŞ dolları təşkil edib.

0
image

Bir neçə gün bundan əvvəl yenə də biz növbəti dostluq təzahürünün şahidi olmuşuq. Həm Serbiya, həm Bolqarıstan, həm də Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izin verdilər, öz dəstəyini göstərdilər. Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində çıxışı zamanı deyib. “Bu, bir daha həm dostluğumuzun nümunəsidir, eyni zamanda, onu göstərir ki, baxmayaraq Azərbaycanın zəngin neft və qaz resursları var, biz gələcəyimizi təmiz yaşıl enerjinin istehsalında və ixracında görürük. Əminəm ki, gün gələcək və buna oxşar mərasim yaşıl enerji layihələri ilə bağlı keçiriləcək”, - İlham Əliyev bildirib.

1
image

“Şuşanın və Qarabağın tarixini əks etdirən abidələrimizin erməni işğalçıları tərəfindən dağılmış vəziyyətə gətirilməsinə baxmayaraq, bu günə kimi 16 abidəmiz tam bərpa olunmuş və öz tarixi görüntüsü ilə göz oxşayır”. "Ens.az" “Report”a istinadla xəbər verir ki,bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı-2023” ilinin rəsmi bağlanış mərasimində deyib. A.Kərimov bildirib ki, “Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı-2023” adını daşımaq çox şərəfli və qürurverici idi: “İlboyu çoxsaylı festivallara forum və konfranslara ev sahibliyi etmək bizi çox sevindirir. Biz bununla Şuşanın bütün çağdaş türk dünyası üçün nə qədər böyük məna daşıdığını gördük. Azad Şuşada quruculuq işləri dayanmadan aparılmaqdadır. Şuşanın siması demək olar ki, aydan-aya dəyişir. Şəhər öz tarixi və memarlıq böyüklüyünü dirçəldərək, eyni zamanda özündə yenilik və müasirlik gətirən layihələri reallığa çevirir”.

0
image

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib. Ens.az-ın məlumatına əsasən,bu barədə "Report"a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, hazırda müşahidə olunan yağışlı, dumanlı hava şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. "Xüsusilə gecə və səhər saatlarında dumanlı, yaxud çiskinli hava görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücünün digər hərəkət iştirakçılarını, nizamlama vasitələrini vaxtında və aydın görməsinə ciddi maneə yaradır. Həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, hərəkət iştirakçılarına əlverişsiz havada daha diqqətli olmağı, ələlxsus səfərə çıxan sürücülərə sürət həddini nəzarətdə saxlamağı, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.

0