aisell.huseynova

aisell.huseynova

aisell.huseynova is one of the top influencer in Azerbaijan with 17235 audience and 2.85% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

17.2k

AudienceAudience

2.85%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories


Lifestyle


Parents/Kids


Portfolio

Standout projects making waves around the web

image
image

Mənim üçün son zamanların ənnn aktual mövzusu büdcənin düzgün idarə edilməsidir. ???? Əsas da mərkəz açılandan sonra şəxsi, ailə, mərkəz büdcəsini dəqiq hesablamalı, xərcləri düzgün proqnozlaşdırmalıyam. Bunun üçün biraz araşdırmalar etdim. Bəzi metodlar tapdım. Hamısını sizinlə bölüşəcəm. Amma ilk öncə istərdim siz deyəsiz: büdcənizi düzgün planlayıb idarə edə bilirsiz? Yoxsa necə gəldi pul xərcləyirsiz? ???? #büdcə #büdcəplanlaması #ailəbüdcəsi #kiçikbiznes #pul #money #womeninbusiness #qadınlarbiznesdə

284
image

Təsadüf olmayan təsadüflər✨ Son günlər maraqlı təsadüflər nəticəsində bədənimin mənə illərdir demək istədiklərini (bəlkə də qışqırdıqlarını????) öyrənirəm. İndi ona qulaq asıb, kömək etmək zamanıdır. Orta məktəbdən zəif olan gözlərimin son zamanlar səhlənkarlığımdan daha da zəiflədiyini hiss edirdim. Nəhayət müayinə olundum və uyğun eynəyi tapıb aldım. Sizinlə yeni öyrəndiyim məlumatları bölüşəcəm. Aroma testimin nəticəsində mənə təyin olunan efir yağları ilə müalicəyə başlamışam. Ruhuma və bədənimə çox yaxşı təsir edir. Axsatdığım qidalanmamı qaydaya salıram. Uzun zaman sonra vaxtında səhər yeməyi vərdişimi geri qaytarıram. Ödümdəki siqnalları nəzərə alıb, sağlam qidalanmaya (nisbətən?) geri dönürəm. Stres, onurğa ağrısı, diqqət üçün yogaya geri qayıtdım. Yuxu pozğunluğu beləliklə pis qidalanma vərdişi, diqqət, stresi azaltmaq və qaydasına salmaq üçün refleksoloji masaja başlayacam. Nəticəni paylaşacam. Bütün bunların fonunda dərim düzələcək. Mən də face plastika ilə ona daha da dəstək olacam. Hələki, əsas olanları yazdım. Bunları burda paylaşıram ki, sizlərə bir motivasiya olsun. Bilirəm, əksəriyyətiniz özünüzü arxa plana atırsız. Amma... arsını siz tamamlayın???? #aromaterapiya #yoga #refleksolojimasajı #özsevgi #özünəqayğıgöstər #özünəqayğı #yaşayaratsev

303
image

Arıq olmamaq üçün yeyirəm???? Mədinə həmişə az yeyən uşaq olub. Təbiətən və mənə görə normal, bizim cəmiyyətə görə isə "arıq"quruluşdadır. Biraz xəstələnən kimi istər-istəməz daha da arıqlayır. O gün mənə deyir ki, mama bilirsən niyə indi çox yeyirəm? - Yeyirəm ki, heç kim mənə arıq deməsin. ???????????? Söhbətin sonrasını təxmin edərsiniz yəqin. Öz uşaqlığıma getdim və balacalıqdan demək olar nə qədər belə nüanslar tapdım. İndi fərqindəliyi yüksək ana kimi istəmirəm mənim balam böyüyəndə belə xırda görünən amma izlərini buraxan sözlərə görə terapiyalıq olsun. Yəni, bizim kimlərsə haqqında arıq, kök, uğurlu, uğursuz, gözəl, çirkin, ağ, qara fikrimiz özümüzdə qalsa əslinə necə gözəl olar həyat. Elə deyil, dostlar?

503
video

Necə ana olaram? Necə bacararam? Ona nəyi, necə öyrədərəm? - deyə narahat olurdum. İndi baxıram, mən ondan nələr öyrənirəm. O balaca canı ilə necə dəyişir məni✨ Yəni, doğurdan da, yol özü adamı aparırmış???? Siz evinizdəki balaca canlardan nələr öyrənirsiniz? Analıq yolunuz sizi necə dəyişib? #analıq #anabala #erkəninkişaf #uşaqlar

587
image

Həyat, sən planlar qurarkən başına gələnlərdir - belə deyirlər. Yeni il başladığına görə soruşa bilərəm yəqin. Siz bu il üçün planlarınızı qurmusunuz artıq? Həyatı planlı yaşamaq yoxsa axarına buraxmaq? ✨

291
image
image
image
image
image

Həftənin yekunu✨ Bu rubrikanı sevmişdiniz, elə isə davam edirik???? ✅Həftənin kitabı rəfiqəmin yeni il hədiyyəsi oldu. Kiyosakinin Varlı ata, Kasıb ata kitabını oxumuşdum. Bu kitabda da maraqlı məsləhətlər var. Bu haqda ətraflı Telegram kanalımda. ✅Həftənin məkanı @bigchefsazerbaijan oldu. Yeni il axşamı çox müştərilər var idi amma xidmət keyfiyyəti dəyişməmişdi???????? ✅Yeni ildə səhhətim səbəbilə heç bir əzizimlə, dostlarla, həmkarlarla bayramlaşa bilmədim. Qarşıdakı həftə və hətta ilin əsas məqsədlərindən biri sağlam olub, ətrafımdakılara daha çox diqqət ayırmağım olacaq???? ✅ Həftənin fikri Mədinədən oldu. Ona deyirəm: "Mədinə, istəyirəm sən həmişə çox xoşbəxt olasan." -Cavab: "Mama, mən indi də çox xoşbəxtəm, əsas budur." 6 yaşlı uşaqlardan öyrənəcəklərimiz var imiş. Necə gözəl bilirlər əslində. Həyat və xoşbəxtlik haqqında fikirləri necə də düzdür. Odurki, indi bu sətirləri oxuyan hər kəsə bir xatırlatma olsun.???? ✅Həftənin mahnısı- @aygun_kazimova "Məhəbbət olmayanda" Musiqisi, sözləri ilə bu həftəmin xiti oldu: "Gəl dünyanı dolan, gəz, Bu dünyaya inan, gəz. Bir toxum da cücərməz, Məhəbbət olmayanda"✨ Həftəsonunuz çox gözəl keçsin, dostlar???? Sizin həftəniz necə keçdi?????

330
video

Klassik iş günümün dəyişməyən klassikası✨ İşlər içindən çıxılmayacaq hal alanda, dadlı bir @finalcay fasiləsi ən yaxşı seçimdir☕️ Sizin üçün illərin dəyişməyən klassikası nədir?????

379
image
image
image

Madina turns 6 today✨ -"Mədinə, mən istəyirəm sən həmişə çox xoşbəxt olasan." -"Mama, mən indi də çox xoşbəxtəm."???? O, princessa qəsrindən kosmosa raket düzəldən, artıq İtalyanca öyrənməliyəm deyən, evə meyvə-tərəvəz alanda bizi danlayıb, gəlin onları özümüz əkək deyən, "kəşf" etdiklərini dəftərinə öz yazı tərzində qeyd edən qızdır.???? Bir sözlə sonsuz şükür səbəbimiz❤️ #yaxşıkivarsan #mamaqurban

850
image
video
video
video

Biraz biznes söhbətləri edək? Əslində bu haqda müəyyən zaman sonra, uğurların fonunda danışmaq istərdim. Bu gün @nigul_asgar hekayəsi sanki bir işarə oldu. Bizi tanıyanlar necə zəhmətlə bu işə başladığımızı bilirlər. Aytac da, mən də orta statistik ailənin övladlarıyıq. Heç bir dəstəksiz, 0 dan böyük riskə girərək uzun illərki arzumuzun arxasınca getdik. Nəticə necə olacaq bunu zaman göstərəcək. İndi biz çox sevdiyimiz, arzuladığımız işin içindəyik. Çətindirmi? - Çox. Buna dəyərmi? - 100%. İki ay olmayıb amma biz nə qədər təcrübə əldə etmişik, öz səhvlərimizdən öyrənirik, hər valideyndən rəy alırıq, xidmət səviyyəmizi ən yüksəyə qaldırmaq üçün çalışırıq. Müəllimlərimizi xüsusi seçirik. İstifadə olunan vəsaitlərə çox həssas yanaşırıq. Hər valideynlə çalışırıq özümüz danışaq. Hər uşaqla göz məsafəsinə enib, xüsusi yanaşma göstərək. Maraqlı, ölkəmizdə olmayan layihələri və xidmətləri mərkəzə gətirək. Bir sözlə biz bu məkanın yerini təmirdən sonrakı təmizliyini də özümüz etmişik (sola sürüşdür????), beynəlxalq layihələrin üzərində də özümüz işləyirik. Hələ arxa fonda heç kimin görmədiyi administrativ çətinliklərdən, qadın olaraq biznes yürütmətin çətinliklərindən, ailə, daimi iş və biznes balansını qorumaqdan danışmıram (bu haqda kitab yazmaq olar). Bütün bunlar çox böyük əmək, fiziki, maddi, mənəvi güc tələb edir. Asan iş deyil, amma, önəmli olan başqa nüanslar var. Onlar haqda isə daha sonra. İndi siz deyin, nə vaxtsa bizneslə məşğul olmusunuz? Planlarınızda var? Nə kimi çətinliklər olub? #qadınlarbiznesdə #biznessöhbətləri #qadınlarıngücləndirilməsi #womeninbusiness #businesstalks #womenempowerment

383