Aysel Cəbrayılova

Aysel Cəbrayılova

Aysel Cəbrayılova is one of the top Lifestyle influencer in Azerbaijan with 33035 audience and 0.97% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

33k

AudienceAudience

0.97%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Lifestyle


Portfolio

Standout projects making waves around the web

image
image
image
image
image
image

“Qızlar oxusun” layihəsinin panel müzakirəsində dəyərli həmkarlarımla birlikdə intellektual inkişafın əhəmiyyətindən, təhsilin gələcəyi işıqlandırmasından danışdıq. Layihə çərçivəsində ucqar kənd məktəblərində təhsil alan qızların hazırlıqlarına, ixtisas seçiminə ekspertlər dəstək göstərəcək. Həmçinin, tələbə adını qazandıqdan sonra təcrübə imkanı da yaradılacaq. Gənclərə uğurlar arzulayıram!✨

162
image
image
image
image
image
image
image
image

PR Forumda “Brend Etibarı və Dezinformasiya: Müasir PR Strategiyaları” panelində fikir mübadiləsində iştirak etdim. Rəqəmsal transformasiyanın təsiri ilə yenilənən yanaşmalar, Süni Zəka alətlərinin tətbiqi və brend etibarının qorunması istiqamətində təcrübəmi paylaşdım. Belə müzakirələr innovativ yanaşmaların formalaşması və təşkilatların kommunikasiya mədəniyyətinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Təşkilatçılara, spiker və moderatorlara, eləcə də bütün iştirakçılara təşəkkür edirəm. @destibekova_a ????

105
image
image

Məzunu və dərslik həmmüəllifi olduğum doğma @uneceduaz Azerbaijan State University of Economics • UNEC-də, “İctimai idarəetmə və sosial rifah cəmiyyəti” fənni üzrə tələbələrlə qonaq spiker kimi görüşdüm. Təcrübə paylaşıldıqca dəyər qazanır. Gənclərin inkişaf yoluna işıq salmaq isə həm məsuliyyət, həm də mənəvi zövqdür.

116
image
image

@uneceduaz , Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, UNEC SABAH Magistraturası çərçivəsində "Elektron Kommersiya" ixtisaslaşması üzrə yerli və xarici mütəxəssislər tərəfindən “Rəqəmsal Marketinq və Sosial Media”, “Elektron ticarət və Elektron ixracat” kitabları yazıldı. Layihə çərçivəsində "Rəqəmsal Marketinq və Sosial Media" kitabının “Məzmun Marketinqi”, “Rəqəmsal marketinq kampaniyalarının hazırlanması”, “Rəqəmsal marketinq kampaniyalarının ölçülməsi” fəsillərinin müəllifiyəm. Çox sevinirəm və universitetimlə qürur duyuram! Nəhayət ki, tələbələr ana dilində yerli keyslərlə tanış olub, təhlil edəcəklər. Hamımız onlayn olduğumuz üçün, istənilən zaman onlara dəstək ola biləcəyik. Bu layihədə iştirak edən, əməyi keçən bütün həmkarlarıma təşəkkür edirəm. Yaxşı ki, varsız! Xüsusən, belə bir faydalı layihənin həyata keçirilməsinə təşəbbüs və dəstək göstərən rektor Ədalət Muradov, Fariz Əhmədov və Qələndər Məmmədliyə təşəkkür edirəm. Əməyinizə, zəhmətinizə sağlıq! #UNEC #Sabah #ecommerce #unecbmdm

1306
video
video

Bu ilin ilk postundan hər kəsi salamlayıram! Yeni il hər birinizə xeyirli, uğurlu və bərəkətli olsun. Ötən il bir çox heyranedici, qürurlandırıcı anlarla ömür səhifəmizə yazıldı. Həyat davam etdikcə yaşamağa, yaratmağa, cəmiyyətin və dünyanın xeyrinə olan proseslərin bir parçası olmağa davam edəcəyik. ???? Fərq yaradacağıq gördüyümüz işlərlə, toxunduğumuz hekayələrlə ????

1109
image
image
image
image
image
image
image
image
image
image
image
image

ASAN İnnovativ İnkişaf Mərkəzi @aiim.az 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlər üçün Süni Zəka Vörkşopu təşkil etdi. Bu təşəbbüsün əsas məqsədi — müəllimlərin yeni texnologiyalarla tanış olması, tədrisdə süni zəkanın tətbiq imkanlarını öyrənməsi və innovativ yanaşmaları tədris prosesinə inteqrasiya etməsinə dəstək vermək idi. Praktiki sessiyada iştirakçılar: ✨Süni zəkanın əsas prinsiplərini öyrəndilər; ✨AI alətləri ilə dərs planı hazırlamağı, test sualları yaratmağı və fərdiləşdirilmiş tədris materialları formalaşdırmağı təcrübədən keçirdilər; ✨Şagirdlərin marağını artıran interaktiv dərs modelləri ilə tanış oldular. Bütün müəllimləri təbrik edirik!

79
image
image

Komanda olaraq növbəti bir layihəni yenə uğurla yekunlaşdırdıq ✨

91
image
image

PR Forum 2025, 2-ci panelin Moderator və Spikerlərlə maraqlı diskussiyalar zamanı #prforum2025

143
video
video

Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin keçirdiyi “Happy Teachers Hour” festivalı çərçivəsində “İnnovasiyalar Mərkəzi” stendi olaraq təmsil olunduq.

28