Azer Garib

Azer Garib

Azer Garib is one of the top Entertainment influencer in Azerbaijan with 272098 audience and 2.13% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

272k

Audience

1.17%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Entertainment


Lifestyle


Travel


Portfolio

Standout projects making waves around the web

image

Deməzdim ki, uzun bir ömür yolu keçmişik birgə. Münasibətlərimiz heç vaxt birmənalı olnayıb, hərdən vəfasızlıq edib unudurdum onu, hərdən isə darıxıb görüşürdüm yenidən. Bir də görürdün ki, insafa gəlib ziyafətlərə, toylara birgə gedirdik, bir də görürdün heç vecimə almayıb aylarla özümə yaxın buraxmırdım onu. Amma 20 il əvvəl təmamiylə ayrıldıq, mən öz həyatımı sürürdüm, o, öz həyatını. Düşünürdüm ki, ayrılığımız əbədi olacaq, amma sən saydığını say məsələsi. Bu gün onunla yenidən görüşdük, yeni simasını, dəbli görünüşünü çox bəyəndim və o, yenidən ürəyimə yol aça bildi. 20 ildən sonra yenidən həyatıma xoş gəldin, qalstuk…

3101
image
image
image
image
image
image
image
image
image
image
image
image

Sovetin təhsil sistemində bal-mal yox idi. Nəhrə yağına sürtülüb lavaşın içində yeyiləni demirəm, qiymətləndirməyi nəzərdə tuturam, ağzınız şirin olsun. Ən yuxarı qiymət 5 idi məktəbdə, ən sanballı, sonra 4 gəlirdi, o da babat qiymət sayılırdı, 3-ə uje biraz pis baxırdılar, iki isə artıq fəlakət idi, vaxsey uşaq əldən getdi, siqaret çəkməyə bir addımlıq yol. Qızların iki alması isə ümumiyətlə ailənin ən dramatik anları idi! Toydan əvvəl qaşını aldın, ya gündəlikdə evə 2 gətirdin, öz miqyasına görə təxminən eyni rüsvayçılıq hesab edilirdi, amma sözüm onda yox. Orta məktəb belə, alı məktəblərdə isə ən yuxarı qiymət Əla idi, rusca Otliçno. Mən rus bölməsində oxuyurdum, o vaxtlar yeganə Univesitetinin şərqşünaslıq fakültəsində və məqsədim Fərqlənmə diplomu almaq idi, qırmızı diplom deyirdilər ona. Həm öz məqsədim idi, həm də Atamın tələbi. Mən də çalışırdım, amma dəli-divanə deyil idim. Yəni gecə-gündüz dərs oxuyum, özümü fəda edim, həsrətli baxışlarla əylənməyə gedən dostlarıma balkondan baxım göz yaşı tökə-tökə, belə şey yox idi, onu da çatdırırdım, bunu da. Ona görə də elə semestr olurdu ki, qiymətlərimin hamısı əla olurdu, qan qaynayan semestrlərdə isə biraz geriyəlirdim. Sonra gənc Atam rəhmətə getdi və mən əli məktəbi bitirəndə o artıq həyatda yox idi. Lakin sözünü yerə salmadım, qırmızı diplomla bitirdim ali təhsilimi. Bu gün şəxsi arxivlərimə baxırdım bir sənədi axtararkən, nostalji hisslər yaşadım. Oxuyun dostlar, oxuyun, çox gəzən çox bilmir, çox oxuyan çox bilir...

1725
video

Bir gülün tarixçəsi…

2328
video

Əzəldən bəri insan həmişə uçmaq bacarığını əldə etmək arzusu ilə yaşayıb. Hansı birimiz xəyallarda bunu etməmişik? Nəyə görə? Ona görə ki, planetə, qitələrə, ölkələrə, meşələrə, çaylara, səhralara, şəhərlərə, küçələrə, yollara, evlərə və s. yuxarıdan aşağı baxmağın öz maqiyası var. Deyilmi? #travel #travelgram #travelblogger #oralar #reels #reelsinstagram #traveling #traveltheworld @azerbaijanairlines #fly

4143
video

Davamını siz yazın… #travel #travelgram #travelblogger #oralar #reels #reelsinstagram #traveling #traveltheworld #nostalgia #airport

736
video

Kimin yadındadır? #travel #travelgram #travelblogger #oralar #reels #reelsinstagram #water #nature #beauty @atba_az

1564
video

«Qohum-qonşu nə deyər”, “Bunu belə heç kim etmir”, “Biz gözümüzü açandan belə görmüşük”, “Özündən Amerika açma” - davamını siz yazın…

1739
video

Məktəb illərində məktəbə trollebusla gedirdim. Evimizin qabağında minib, Axundov bağında düşüb gedirdim doğma 134 saylı məktəbə. Trolleybusun salonunda işıq avtobusun içərisində olan işıqdan fərqlənirdi, daha gur idi, kitab oxumaq üçün əla idi. Hərdən səhər 6-da çıxırdım evdən və boş trollebusa minib bir dairə gedirdim kitab oxuya-oxuya. Sonra Bakı düşmənləri trolleybusla tramvayları məhv etdilər, amma trolleybusa olan xüsusi sevgimi öldürə bilmədilər. Bu gün, üstündən 45 il keçəndən sonra yenidən trolleybusa mindim, nostalji hisslər yaşadım, bizim pulla 1 manat 60 qəpiyə, kartla. Əziz xatirələr üçün münasib qiymətdir, deyilmi? #travel #travelgram #travelblogger #oralar #reels #reelsinstagram #traveling #traveltheworld

1038
image
image
image
image
image
image
image

Ceyran əti yeməyə gəlmişəm, amma qınamayın məni, kövrək xanımlar. Bu tərəflərdə ceyran əti bizdə mal və ya qoyun əti kimidir, milli mətbəxlərinin ayrılmaz hissəsi. Əvvəl ceyran paşteti yedim, sonra ceyran bulyonunu vurdum bədənə, sonra tost-sarlmsaq cütlüyü gəldi və əlbəttə ceyran steyki. Kartof püresi, duzlu xiyar zırıltısı, brusnika şirəsi və 100 qram armud nalivkası da öz yerində. Toplam 80 avro, çay daxil. Çoxdur, yoxsa normal? Budur sual… #travelphotography #travelling #travel #travelblogger #photographer #photoshoot #photography #photograph #food #oralar

591