Azer Garib

Azer Garib

Azer Garib is one of the top Entertainment influencer in Azerbaijan with 251603 audience and 2.19% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

4,980

AudienceAudience

19.3%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Entertainment


Lifestyle


Travel


Portfolio

Standout projects making waves around the web

15.000 manat borc istəyən var? Zaminsiz və girovsuz? Onda oxuyun bunu. Expressbank asan kredit təklif edir və bu təkliflə 15000 AZN-dək, zaminsiz, girovsuz, 36 ay müddətinədək sərfəli pul krediti verilir. Krediti Expressbankda rəsmiləşdirin – işiniz rahat getsin! Şəxsiyyət vəsiqəsi və iş yerindən arayış ilə (əmək haqqı kartından rəsmi çıxarış və ya filiallarda əldə olunmuş elektron arayış ilə də mümkündür) istənilən Expressbank filialına yaxınlaşmaqla və ya bankın rəsmi saytının vasitəsi ilə sizə uyğun krediti onlayn qaydada sifariş edə bilərsiz.

64

Yadımdadır, bir müddət əvvəl beynalxalq reyslərdə təyarələr boş gedirdi, indi isə babat dolur, Parisdən gələndə gördüm. Denə, qışın bu vaxtı axı nə işiniz var Fransada? Yaxşı, mən iş dalıyca getmişdim, bəs sizə nə gəlib? Aeroportumuz bu ilin statistikasını açığladı, 25% artım var, görünür, devalvasiyadan sonra potensial turistlərdə olan derpessiv məqamlar arxada qalır, amma sözüm onda yox. Diqqətimi nə çəkdi. Ən məşhur beynəlxalq istiqamətlərin onluğuna baxın hansı şəhərlər daxil olub - Moskva, İstanbul, Dubay, Kiyev, Tehran, Antalya, Tbilisi, Bağdad, Doha və Sankt-Peterburq. Bağdad necə gəlib çıxıb ora?))

211

Hesab edirəm ki, ölkəmizin adını düzgün səsləndirməyən tərcüməçilərin bir bir tutub dillərini kəsmək lazımdır. Onların ingilis dili müəllimlərini isə dar ağacından asmaq. Bilirəm, bu antihumanist metodlar bizim analoqu olmayan mentalitetimizə yaraşmaz, amma başqa çarəsi yox artıq. Ay balam, məmləkətimizin adı Azerbaijan-dır, Əzöbican deyil, saxlayın birdəfəlik yadınızda! Hər dəfə əsəbləşirəm, bu sovetdən qalan tələffüzü eşidəndə...

334

Dünən maraqlı sərgi açıldı H. Əliyev mərkəzində, Karavacconun əsərlərinin rəqəmsal variantı...

212

Yadımdadır, bir 10 il olar keçib üstündən, hansısa ölkədən qayıdırdım çəkilişdən sonra, çerez Vyana. Təyarəmiz endi Vyanada və tez qaçdım ki, vaxt azdır, gecikməyim Bakiya gedən reysimə. Tərslikdən, şiddətli qar yağdı və elan etdilər ki, səhərə qədər uçuş olmayacaq. Mənim də Şenqen vizamın vaxtı qurtarıb, nə edim, yaxınlaşdım Avstriya hava yollarının stoykasına ki, bəs mən nətər edim. Dedim, qaydalara əsasən siz məni yerbəyer etməlisiniz, isti yemək verməlisiniz və s. Xanım mənə çox kobud cavab verdi, mən də çılovlanan adam, düşdü qırğın. O dedi, mən dedim, camaat mənə padderjka verdi, tez müdürü gəlib onu dəyişdi ki, indi çalışarıq bir şey fikirləşək. Uzun sözün qısası, 3-4 saat ayaq üstə qaldıq, nə su verən oldu, nə yemək verən, axırda böyük əsəbdən sonra bir günlük viza verdilər və mən gedib yaxınlığda olan oteldə yatdım. Sözümü nəyə gətirirəm. İndi oxuyuram, British Airways-ın təyarəsi xarab olub, enib Bakıda, sərnişinlər də narazılıq ediblər ki, bəs Bakı hava limanı onlara pis baxıb. Deyim, siz də bilin. Sərnişinlərə cavabdeh aviaşirkətdir, hər bir halda. Əgər şirkət hava limanına sifarış versə, tranzitdə qalan sərnişinlərə hinduşka kəbabına qədər gətirib verərlər. Yox, əgər şirkət qənaət etmək istəyirsə, bu artıq hava limanının təqsiri deyil. Bildiyimə görə, bizimkilər hətta Xarici İşlər Nazirliyi ilə də danışmışdılar ki, təcili viza verək, gedib oteldə yatsınlar, sifariş verin, isti yeməklər gətirək və s., lakin BA imtina edib təklifdən. Pilotlar gedib oteldə yeyib-içib yatıblar, sərnişinlərə isə yalnız su və buterbrod filan istəyib şirkət. Ona görə indi bunların gedib xaricdə bizi pisləməsi obyektivlikdən çox kənar bir addımdır, boş yerdən antipiardır. Sizin aviaşirkət simiclik edib, öhdəliklərinə laqeyd yanaşıb, iradlarınızı onlara bildirin. Özümüzün ətini yesəmdə, sümüyünü tullamaram, bu halda tam haqsızdırlar narazılıq edənlər...

553

Deyirəm, görəsən yumor hissi olmayan insanlar nətər yaşayırlar? Sarkazmı, ironiyanı, zarafatı anlamayanlar, necə keçir onların gündəlik həyatı? O gün səhifəmdə video yerləşdirdim, hansındaki Parisdə yolumuzu evakuator kəsir və biz geri dönüb digər yoldan istifadə etməli oluruq. Və bəzi saytları lağa qoyaraq, başlıq yazdım ki, “Tanınmış jurnalist Fransada dəhşətli problemlə üzləşdi!", “Azər Qəribə qarşı Parisdə inanılmaz təxribat!”, "Kimdir günahkar?" filan, bu tərzdə. Kommentdə hörmətli izləyicilərimin biri nə yazsa yaxşıdır : "Hani burda dehwetli problem?Utanmirsiz da deyirem.Mawin duzgun park elamiyib,evakuator da aparir da mawini". Bolluca güldüm, amma həqiqətən də düşündürücü oldu mənim üçün bu şərh. Təsəvvürümdə, yumor hissi olmayan insanların həyatı çox çətin olmalıdır, amma özləri bunu anlayırlarmı?

476

Yanvarın 1-dən ölkəyə gətirilən kitabların gömrük rüsumu artırılır. Azərbaycanda onsuzda mütaliyə mədəniyəti digərləri ilə müqaisədə utandırıcı səviyədə idi, bu qərar isə onu məhv edəcək. Nəinki gömrük rüsumu, hətta ƏDV-dən azad etməkdənsə kitab satışını, belə bir qərar çıxarılır. Arağın rüsümünu qaldırın, siqaretin rüsumunu qaldırın nə qədər kefiniz istəyir, amma kitaba dəyməyin! "İndi hamı internetdən oxuyur" deyənlərə isə məsləhət görürəm, xaricdə olan kitab dükanlarına nəzər salsınlar, sanki möhtəşəm saraylardı. Büdcəni doldurmaq istəyi ilə yanaşı, İqtisadiyatçılarımıza vətəndaş və sosial məsuliyəti də lazımdır. Guya ölkəyə nə qədər kitab gəlir ki, o 2% artırımla büdcə nəsə görsün. Ayıb olsun bunu edənlərə, prosta ayıb...

1083

Əziz dostlar! Yeni İl ərəfəsi Quba, Xacmaz, Qusar ve Tovuzun ucqar kəndlərində yaşayan aztəminatlı ailələrin, atasız qalan, valideyinləri xəstə olan uşağlara yardımlar çatdırılacaq - ərzaq, geyim, hədiyələr və s. Kimin nəyə gücü çatır dəstək verə bilər bu aksiyaya. Pul da verə bilərsiniz, ərzaq da, geyim də, oyuncaq da. İşlənmiş geyim və oyuncağlar da ola bilər, amma əlbəttə ki, təmiz və səliqəli olduğu halda. Sadəcə bu telefonlara zəng edin, Gülşən xanım məşqul olur bununla. Qoy hamı bayramı hiss etsin! +994513110103 +994554393940

289

Bizim gənclik illərimizdə həm xarici estradanı, həm xarici kinonu əsasən İtaliya və Fransa təmsil edirdi. Niyə? Çünki bu ölkələrdə kommunist partiyaları güclü idi və Brenjev onların liderləri ilə dostluq edirdi. Düzdür, xəlvəti yolla gələn plastinka və kassetlərdə digər musiqini də dinləyirdik, amma televizordan yalnız icazəli ifaçıları görürdük. Onlardan biri isə Albano müəllim idi. Ona görə, 4 il əvvəl eşidəndə ki, o buralara təşrif buyurub, tez özümü çatdırdım...

180