FaridAyaz

FaridAyaz

FaridAyaz is one of the top Parents/Kids influencer in Azerbaijan with 65445 audience and 3.02% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

65.4k

Audience

1975

Engagement

Get in touch
list-cover
location Azerbaijan, Baki
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Parents/Kids


Portfolio

Standout projects making waves around the web

She just wants to be… Leylini bədii gimnastikaya yazdıranda bu qədər irəli gedəcəyimizi heç düşünməmişdim. Daha doğrusu bu qədər tez gözdəmirdim. Balaca canı ilə yorulmadan, kapriz etmədən Samira xanımla @samira_academy_ küsüb barışa-barışa 4-cü ayın sonunda 2-ci beynəlxalq turnirdə 1-ci yer qazandı və ölkədən xaricdə 3-cü turnirinə hazırlaşır. Necə hazırlaşır onu da sabah çalışacam göstərim???? Hələ xatırlayıram əvvəldə İlyas m.lə də @gymkids_xoreograf_ilyas yola getmirdi???? sonra İlyas m. də dilini tutdu və bu video da onu da görəcəksiz. İşləyən ana üçün əslində bu idman növü bor az çətindir. Leylinin məşqləri 4 və 5-də başlayır 2 saat davam edir. Məzuniyyətdə olanda özüm aparıb-gətirə bilirdim, amma işdə olanda artıq aparmaq çox çətin oldu. Mamaya üz tutdum onda, o da bir ara apara bildi amma sonra iş çoxluğundan artıq çata bilmirdi. Güvəndiyimiz sürücüyə üz tutdum, o 1-2 dəfə apardı amma Leyli mənə o qədər öyrəşmişdi ki, onu da görəndə ağlayırdı. Axırda və hələ də əlimdən @neslihan_akbarli -nin anası Xalida tutdu. Xalida bibim oğlunun yoldaşıdır, mənə bacı kimidir. Qızlarımız bir bağçaya getdiyinə görə və eyni komandada məşq etdiklərinə görə onun əziyyəti hal-hazırda məndən çoxdur. Mənsə işdən çıxıb qaçıram zala. Ümumiyyətlə kömək olmadan həqiqətən çox çətindir. Axır əvvəl seçim arasında qalırsan, və bir gün o seçimi mən də edəcəm☺️ Hələlik isə Leylinin 2-ci turnirindən @adirunn -un çəkdiyi gözəl kadrlara baxıb ən gözəl xəyallara dalırıq. Arzularımızı tutub bir gün həyata keçəcəyinə inanırıq❤️ Mən də gedim mln görüləsi işimi minlərədək azaltmağa????

1007

Moskva bizi səsləyir… Son 4 ay ərzində Leyli 2 beynəlxalq turnirdə iştirak etdi və 3-cü turnirimiz ölkədən xaricdə baş tutacaq. Həftənin 5 günü 2 saat, bəzənsə çox yorulmadan məşq etdilər və 3-cü turnirdə iştirak etmək üçün şans qazandı. Amma bu turnirdə Leylinin iştirakının reallaşmasında birbaşa rolu olan tərəflər də var. Bizi bu yolda dəstəkləyən yüksək xidmət göstərən @azturtravel , tam Covid dəstəkli sığorta imkanı verən @insure_az və bizi -20 dərəcədə isti geyimləri ilə soyuqdan qoruyacaq yerli brendimiz @meshque_azerbaijan —a ayrəca təşəkkür edirəm. Niyə məhz bu şirkətlər? Ayrıca və ətraflı danışacam❤️ Leylinin gələcək müvəffəqiyyətlərinə işıq saçdız, İnşallah gözəl nəticələrlə geri dönərik və siz də dualarınızı əksik etməyin????❤️ 24 dekabr tarixinə geri sayım başlasın ???? Bütün səyahət boyu maraqlı paylaşımlar etməyə çalışacam, bir sözlə travelbloggerlik edəcəm???? İndi deyin görək Moskvadan izləyənlər kimlərdir? Alınsa görüşək orda ?

2371

Səhər 5-dək bir işıq düzmüsən deyənlərə???? Özü də necə düzmüşəm, düz 2 dəfə söküb yenidən düzmüşəm. Niyə? Çünki telefonun zaryatkası bitdi və beləliklə kamera yerindən tərpəndi. Bu da o deməkdir ki, kadr yerindən oynadı????????‍♀️ İşıqları çox soruşduz və oyuncaqları. İşıqlardan biri 8m 400 led Bravodan almışdıq keçən il. Bu il yenə çatmadıq almağa, artıq bitib???? @led_isiq_2021 səhifəsindən 4 əlavə 10 m-lik led işıq aldım. Və keçən ildən isə 3 ədəd 10 m-lik işığımız var idi. @menim.defterim -dən olan İşıqlı şəkillər isə tam yerinə düşdü????O ki, qaldı oyuncaqlara məndən olda sadə qalardı, amma @bonza.az -dan olan oyuncaqlar da çox yaraşdı. Qırmızı oyuncaqlar isə @__evimiz__ -dəndir. Suallara cavab verdim keçirəm bayram tətilində baxa biləcəyiniz kino/cizgi filmlərinə: ????A Boy Called Christmas (2021) ????Angela's Christmas ????The Claus Family (2021) ????The Christmas Chronicles (2018) ????The Christmas Chronicles (2020) ????Olaf's Frozen Adventure (2017) ????How The Grinch stoles Christmas (2000) ????Jingle Janglr A CHRİSTMAS JOURNEY (2020) ????Shaun the Sheep the Flight before Christmas (2021) ????Polar Express ????The Chronicles Of Narnia: The Lion, the Witch & the Wardrobe ????A Christmas Carol ????Daddy’s Home 2 (2017) ????The Holiday (2006) (böyüklər üçün rimantik fikm) ????Yolki (büten illər) (böyüklər üçüm) ????Domovoy (bir az hərəkətli kinodur, uşaqlara öncədən domovoyun kim olduğunu izah edin) ????Blue Miracle (yeni il ilə əlaqədar deyil tam amma əla kinodur) Siz də rəylərdə sevimli film/cizgi filmlərinizi qeyd edə bilərsiz ki, hamı yararlansın. #momsclab_newyear

3262

ANALIQ nədir? Plansız, ya da planlı şəkildə həyatının ən məsuliyyətli və fərqli dövrünə gəlib çatırsan. Bu pillədə uzun bir müddət qalırsan. Bəzən qayğısız günlərinə dönmək istəyirsən, bəzənsə “Şükür Sizi Verənə” deyib sevə-sevə deyinirsən☺️ Bəziləri Analığı fədakarlıq kimi izah edər, xüsusilə də ölkəmizdə. Amma sevmirəm bu izahı, çünki Analıq SEVGİDİR. Kim deyirsə “qarşılıq gözləmədən sevməkdir”, məncə bu da düzgün fikir deyil. O balaca əllər boynuna sarılan an nə hiss edirsən? Ya da yatdığın yerdə gəlib qucağına bir təhər özünü yerləşdirib burun-buruna eyni templə nəfəs alıb istisini hiss edirsənsə, ilk sevgisi haqqında səninlə bölüşürsə, məktəbin qapısı açılan kimi görər-görməz üstünə qaçırsa bu o gözlədiyin qarşılıqdır☺️ O yeməyəndə boğazından bir tikə keçməzsə, sağlam olsun deyə günə 3 növ yemək bişirirsənsə, bişirdiyini yemək istəməsə yesin deyə ən sevdiyi heməyi iki daşın arasında hazırlayarsansa…budur Analıq❗️ Həyat çox az bir hissəsini qayğısız yaşayıb sonra qayğılar içində özünü tapmaqdır. O elə-belə qayğılar deyil: üzü gülsün deyə imkansızı etmək, fərqli hiss etsin deyə onun istədiyi rollarda özünü sınamaqdır. Bəzən hər hansı bir qəhrəmanın maskası ilə çölə çıxmaq, bəzən sürüşkəndən birgə sürüşmək və yellənməkdir, birgə velosiped sürüb skateboarddan yıxılmaqdır…Budur Analıq və qayğılar☺️ Analıq haqqında ən gözəl şərhi yazan və şərhdə @vita.1000 səhifəsini qeyd edən 20 iştirakçı Vita1000 brendindən müxtəlif çeşidli meyvə şirələri və ən gözəli istehsal fabrikinə övladı ilə birlikdə tam ödənişsiz bölgə turu qazanacaq????

2513

Bu gün sizə yeni kəşf etdiyim və bu kəşfimdən xoşbəxt olduğum Korea qulluq məhsullarından danışacam. Çünki üzümdə yaranan ləkə izlərini ən azından soldurmaq üçün uzun müddət idi ki, vasitlər axtarışında idim. @evs.az məhsullarının: ????My İland seriyasından olan qulluq vasitələri üzünüzdə olan ləkə və çillər üçün möhtəşəm çözümdür. Bundan əlavə yüksək nəmləndirmə xüsusiyyətinə malikdir(mənim seçdiyim məhsul) ????Mizon seriyasının çeşidləri isə lifting xüsusiyyəti daşıyaraq yara və çapıqlar, şramlar üçün nəzərdə tutulub. Bu seriyanın özəlliyi qara Afrika ilbizinin selik ekstraktı ilə zəngin olan kremləridir. ????Enough seriyası isə vitamin və qidalandırıcı tərkibə malik olduğundan dərini cavanlaşdırmaqda öndə gedən seriyalardandır. Sadaladığım dekorativ kosmetika seriyaları yüksək konsentrasiyalı və təbii maddələrdən ibarət olaraq təhlükəsiz, tam ekoloji qulluq vasitələridir. Qiyməti hər kəsi qane edəcək, keyfiyyətinə isə söz ola bilməyən bu məhsullar ən sası heyvanlar üzərində test edilmir. Ümumiyyətlə Korea kosmetik məhsulları ilə tanışlığınız varmı? İstifadə etmisinizmi? Bu arada videonun əvvəlində əlimə aldığım şampun saç tökülməsi və qaşınmaya qarşıdır. Qara sarımsaq şampunu baş dərisini qidalandırır və saç tökülməsinin qarşısını tədricən alır. Hal-hazırda isə endirimdədir????

1162

Advent Calendar 2021-2022???? Düz 2 həftədir ki, “axı, şam ağacımızın işığı gur deyil ona görə də axşam Santa bizim evin yolunu tapa bilmir” cavabını “ana, Santa nə zaman gələcək sualına veriridim. Dünən hiss etdim ki, Mustafada inam itir. Tez vəziyyəti əla almaq üçün əlimin altında olan vəsaitlərlə bu dəfə “tez-bazar” advent calendar hazırladım. Sanki pis alınmayıb amma çox özənilmədiyi hiss olunur. İlk tapşırıq səliqəli şəkildə Santaya məktub yazmaq. Görək o məktub nə uzunluğunda olacaq. Ağlıma gəlmədi öncədən demək ki, bir hədiyyə istəmə Haqqınız var???? Sözün qısası, 5:30-dək bu “yolka” ilə vuruşan ananı doyunca like edin, rəy yazın, save and share edin. Nə demişlər, sevgi paylaşdıqca güzəldir❤️ #momsclab_newyear

1483

Bir gün axşam hamını rahatlayıb gecə 11-12 radələri olardı çayımı süzüb oturmuşdum ki, instagramda dm-ə mesaj gəldi: “Salam Fəridə xanım. Necəsiz? Mustafa necədi?” Söhbətdən xəbərsiz təəccübləndim ki, niyə sırf Mustafa? “Yaxşı, çox sağ olun” yazıb göndərmişdim ki, səsli mesaj gəldi. Mustafanın sinif yoldaşı məktəbdə olanları izah edirdi. Həyəcan və ürək döyüntüm bəlkə 500, əllərim tərlədi. Tez xahiş etdim ki, mənə zəng etsin valideyn və beynimdə özümü sorğulayıram: sən necə anasan xəbərin yoxdur olanlardan????????‍♀️ Hadisə danışıldıqca gözümün önündə təsvir edib lap dəli oluram, hirslənirəm və o an çarəsizlik gəlir. Qaçdım tez Mustafanın otağına, gecə işığını yandırıb “Mustafa sən bu gün dalaşmısan məktəbdə?” sualını sakitcə verdim. Və bütün bədənini yoxladım bəlkə ciddi zədə alıb deyə. Dodağının altında nəsə mızıldandı, sinifdən digər valideynə yazdım. Hadisəni digər uşaqların təsviri ilə çözdüm, amma əsas Mustafadan eşitmək idi. Niyə 3-cü sinif uşağı 2-ci sinif uşağını təhqir edər və təkləyib üstünə gedər? Səhər müəllimə yazdım, Mustafa heç ona da deməyib, müəllim yalnız digər uşağın anasının (hansı arada çatdırıb uşaq anasına olanları çatdırmağı bu ayrı sual????) şikayəti ilə gedib bizim müəllimin üstünə və nəticə etibarıilə söhbət direktor otağına qədər gedib çıxıb. Mən Mustafanı dinləmədən məktəbə heç kəsin üstünə getmək istəmədim hələ o acıqlı başla nə edəcəyimi təssəvvür edə bilməzsiniz. Sakit və mülayim olduğum qədər də qəzəbim var əgər uşağıma kiminsə barmağının ucu dəyərsə. Ya isti-isti aləmi vuracaqsan bir-birinə, ya da sakit beyinlə övladını dinləyib onun da səhv etdiyini anlayıb qarşına qoyub danışacaqsan. Biz 2-ci addımı seçdik, amma xəbrdarlıq da göndərdik: bir də belə hal təkrarlansa mən də başqa cür addım atacam bu dəfə. Mən bu söhbəti niyə danışdım qulaqsöhbəti olduğum çox yalnış bir addıma görə: valideyn müəllim və şagird üçlü münasibəti… Hər yaşın bir keçid kaprizləri var. Hər yaş özünü öncəki yaşdan dəfələrlə fərqli göstərir. Bəzən dözülməz olur, bəzən bacarmıram deyib əlini-qolunu sallayırsan ki, nə olar olsun. Bəs heç o övladına söz verib dinləməyi düşünmüsənmi? Yoxsa müəllimə siz qulağını burun deyib məsuliyyətinizi azaltmısanmı? (Ardı var)

2877

İnsanlar… Filankəsin qızı, oğlu, yoldaşı və siyahı uzana bilər. Elə bir cəmiyyətdə yaşayırıq ki, o “filankəs”i olan daha hörmətli olur. Bu gün “filankəs” i olanın sabah olmayanda isə bir göz qırpımında “önəmlilər” siyahısından çıxırsan. Ona görə sərbəst yalnız özünə arxalanaraq böyümək və böyütmək lazımdır… Bu söhbəti niyə açdım? Bu yaxınlarda izləyicilərdən biri ilə dm-də maraqlı söhbətimiz oldu. O mənə hekayə bökümündə işini paylaşdığım bir insan haqqında tanışlıq verdi. Yaxşı mənada və mənə də təşəkkür etdi ki, həmin insana dəstək oluram. Söhbətimizin sonunda çönüb özümə baxdım: məktəbdən, univer illərimdən, iş məkanımdan, əttafımdan və ailəmdən. Mən elə bir ailədə böyümüşəm ki, kimlərinsə çaba edib düşə biləcəyi ortama çox asanlıqla düşə bilərdim(k). Amma bizi maksimum uzaq tutublar və nə yaxşı ki… Heç vaxt dostluq etdiyim insanın hardan, kimlərdən olduğu ilə maraqlanmamışam. Dostluğumu məhz o kateqoriyaya görə etməmişəm. Bilsəm belə münasibətim dəyişməyib. Hətta bir dəfə mənə dedilər: çalış o qrupa düş onda gör necə qabağa gedəcəksən. Niyə? Kimi aldadırıq? Özünə görə qabağa getmək bu qədər çətin deyil axı, düzdü zaman alacaq amma çətin də deyil. Mən sözü qorxudan deyil də hörmətdən sayılan insanlara hörmət edirəm. Çünki elə bir insanın qızı olmuşam və qızıyam. İnsanları statuslara bölməyən və fərq qoymadan onlarla bir süfrə arxasında oturan insanlar böyük ürəyə sahib insanlardır. Övladlarınıza imkanlı olub amma hər zaman İnsan olaraq qalmağı aşılayın. Atasının statusu ilə deyil ondan öyrəndiyi doğrularla yaşamağı aşılayın… Bəlkə O zaman yol sizinkən sizi məcbur saxlayıb “filankəs”i olanı buraxmazlar. Bəlkə o zaman butik mağazaya girəndə sizi sezib sonra qulluğun növünü təyin etməzlər… Bax belə☺️ “filankəs”in adamı olmaq əslində əladır amma baxır ondan necə istifadə edirsən???? P.S: photo by: @adirunn Düşünürdüm ki, poz verməyə nə var ki, amma mən bunu bacarmırammış???? bu dəfəki şəkillərimiz isə deyəsən alınıb

3175

Həftəsonu süfrələri başqa olir. Daha doğma, daha dadlı, daha şən. Sanki bütün həftə içi doymadığımız söhbətləti bir süfrə arxasına sığışdırırıq. Hət həftə bu həftəsonu doyunca yatacam desəm də yenə 8-9 da oyanıb süfrə açıram. Karantinin mənə qazandırdığı ən gözəl adət oldu. Açdığım süfrələr və özənməyim ən gözəl xatirələrə dönüşdü. Bu süfrədə hər təam improvizədir. Ola bilər xüsusi servis və düzülüş, ahəng yoxdur. Amma o boşqablar @creartivestation komandasının əl əməyidir???? Rayondan şəhərğ şəxsən özü çatdırılma edən @organic.dukkan -nın kəklikotu, şoru, @organik_dogal_ezmeler -in ləziz əzmələri və mənə ABŞ-a oxumağa getməzdən öncə Papa ilə İsmayıllı-Qəbələ səyahətini xatırladan @gabala_culinary -nin Qəbələ paxlavası bir səhər süfrəmi çox gözəl bəzəmişdi. Hə bir də özümün hazırladığım pendir???? Bu arada diqqət etdinizsə ağ şəkər rasionumuzdan çıxıraraq @greenvalley_az -dan əldə etdiyim kokos şəkəri ilə əvəz olunur. Bilirəm peşəkar çəkiliş olmasa da doğmalıq olduğuna görə bu tərz videolarımı sevirsiz. Ona görə dostlarınızla paylaşın, bəyənin, rəy yazın və save edin. Ki, daha çox xanımlara çata bilək❤️

2304