gular_trawells

gular_trawells

gular_trawells is one of the top Entertainment influencer in Azerbaijan with 9549 audience and 4.67% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

9,549

Audience

446

Engagement

Get in touch
list-cover
location Azerbaijan, Baku
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Entertainment


Lifestyle


Travel


Portfolio

Standout projects making waves around the web

Səyahət zamanı yaşadığımız ən böyük məsələlərdən biri “sən şəkli pis çəkirsən” məsələsidir 😅 Heç kim heç kimin çəkdiyi şəkli bəyənmir 😅 Amma üstündən bir müddət keçəndən mənim çəkdiyim şəkilləri bəyənəndə əsəbləşirəm😅 Sizdə necədi vəziyyət? Səyahət zamanı şəkillərinizi ən yaxşı kim çəkir? 😅🤩 #gezeyenler #seyahat #seyahet #lebanon #beirut #interrail #interrailturkiye #travelbeforepandemic

634

Səyahət üçün darıxdığım anlarda belə videolar yerinə düşür 🤩 Keçmiş günlərimi yadıma salıram, gələcək səyahətlər üçün həyəcanlanıram😍 #gezeyenler #seyahet #seyahetsever #interrail #interrailturkiye #motivationalvideos #travelblogger #путешествие

220

Peruda toy adət-ənənəsi . . . Sizi bilmirəm, mən toylar üçün yaman darıxıram 😢 Elə bu momentdə Maçu Pikçuda bələdçinin inka tayfalarının toy adət-ənənələrindən danışanda sanki bizim haqda danışırmış kimi gəldiyini xatırladım, dedim bölüşüm 😅 • İldə bir dəfə tayfa ağsaqqaları 20 yaşlı oğlanlar və 16 yaşlı qızları bir-birilərini tanımaları üçün bir araya toplayarmış. Bu zaman əgər bir neçə oğlan bir qızı bəyənərdisə, söhbətə analar gələrmiş. Başlayarlarmış oğullarını tərifləməyə və tərifləməyə 😅 Sonda kimin kimlə evlənməsi üçün qərarı isə ağsaqqallar verərmiş🤷🏻‍♀️ Bu qayda yalnız 20 yaşınadək evlənməmiş oğlanlara aid imiş • İnka mədəniyyətində flirting anlayışı yoxdur. Əgər oğlan bir qızı bəyənirdisə, valideynlər məsələni həll edərmiş😅. • Potensial bəy valideynləri ilə qızın evinə gedirlər. Bəy, ilk olaraq, gəlinin önündə diz çöküb, sağ ayağındakı ayaqqabını çıxarır. Bu hərəkət gənc oğlanın həyatı boyu öz xanımına xidmət edəcəyi anlamına gəlirmiş 🤩 Sonra isə bəyin evinə ziyarətə gedirlərmiş. Gəlin, bəyə yun köynək, burun üçn sancaq kimi hədiyyələr apararmış. Yalnız bəy bu geyimləri geyindikdən sonra hamı oturub ağsaqqalı dinləyər, toy barədə danışarlarmış. • Evliliklərə adətən sınaq müddəti verirlərmiş. Sınaq müddəti bitdikdən sonra hər iki tərəf sonlandıra bilərmiş😍 • Evliliklər eyni sosial sinfə aid tayfalar arasında məqbul imiş. Əks hal olarsa, həmin şəxslər tayfadan qovularmış🤷🏻‍♀️ lap türk serialına oxşadı bu🤷🏻‍♀️ • Elimizin gözəl toy adət ənənəsi olduğu kimi onlarda da romantik şənliklərlə toylar baş verərmiş. Necə deyərlər #həmişətoylarda

632

Nəfəs alın ... Nəfəs verin ... Həyat məhz bu qədər qısadır. Geriyə qalan xoş xatirələrdir. Yaxşı ki! Yaxşı ki bu gün yadıma sala biləcəyim minlərlə xoş xatirələrim var Bu videoya baxanda siz də nəfəs alın .... və verin. Yadınıza ilk gələn səyahətiniz hansı ölkəyə olub onu yazın 🥰 #gezeyenler #gezeyenlerdunyada #gezelimgörelim #seyahet #seyahetsever #interrail #interrailturkiye

333

Gəlin Türkiyədə türkçə danışmaq istəyib də danışa bilmədiyimiz məqamlardan danışaq 😅 İlk mən başlayım😒 Bir dəfə guya başa düşmədiyimi demək istəyirdim, amma cümlə belə alındı: “Serdar hocam, benim bundan başım çıkmadı yaa” 😅 Adamın düşdüyü vəziyyətə mi gülüm, özümə mi gülüm bilmədim😅😅 Sıra sizdə. Danışın bilək siz nə cür türkçə-azərbaycanca qarışım etmisiz😅 #gezeyenler #interrail #seyahet #gezelimgörelim #istanbulmustsee #iyigezmeler

604

Sinqapurda Sevgi 🥰 . . . Münasibətimiz 7 Yanvar tarixində başladığı üçün @baba.aghayev in "münasibətimizi elə başladığı gün də rəsmiləşdirək" təklifi çox romantik səslənmişdi və qəbul etmişdim 😊 Amma valideynlərin “həftə içi toy etməzlər” deyə təkidilə toyu 5 Yanvar (bazar gününə düşürdü o vaxt) tarixinə saldıq 😅 Babanın "eybi yox biz hər iki günü qeyd edərik” təklifi romantikanı iki qat artırmışdı 😊 Odur budur, həyat elə gətirib ki, Yeni il tətili üçün çıxdığımız səfərləri 8-10 Yanvar arası bitiririk ki, özəl günləri qeyd edə bilək. Bəzən bu tarixlərdə aeroportda tranzitdə olmuşuq, bəzən avtobusda harasa getmişik, gah Bahamada şam yeməyində, gah Filippində Boracay adasında gün batımını izlərkən, gah Dubay Marinada yaxtada netvorkinq tədbirində, gah da dostlarla Misirdə birgə çay içərək qeyd etmişik. Bəli, hər cür fərqli tipdə qeyd etmələr olub 😅 Ancaq 6 illiyimiz üçün Sinqapurda olanda fotosessiya təşkili aldığım ən gözəl hədiyyələrdən biri idi 💜 Gələn illər nə gətirər özü ilə bilmirəm. Ancaq səyahət etmək, səyahətdə belə xatirələr toplamaq hədiyyələrin ən gözəlidir 💜 Daima Sevib Sevilin 💜

1025

12 saniyəlik səyahətə çıxırıq ✈️ Videodan hansı ölkə yadınızda qaldı 🙈 2021-də o ölkəyə səyahət edəcəksiz💜 #worldtrip #gezeyenler #seyahet #travelduringpandemic #interrail

300

Alpakalar (alpaca) - əvvəllər varlıqlarından xəbər olmadığım heyvanlar 😅 İlk dəfə 2019-cu il Cənubi Amerika səyahətim zamanı öyrəndim bu varlıqları 😍 Peruda hamısını Lama deyib əzizləyirdim 😅 sonra başa saldılar fərqlərini. Deməli, əhali yaşayışı üçün alpakalar daha önəm kəsb edir və uzun, qalın tükü daha əlverişlidir. Hələ o rəngli bəzəmələri ilə olmaya 😍 “Göy Qurşağı” dağına ayrı gözəllik qatır 💜 O gün bu gündür Alpakalar Mənim Dostumdur 💜

514

Mahnıda da deyildiyi kimi qazanılmış təcrübə heç vaxt itirilmiş sayılmır. Səyahətdə qazanılmış təcrübə isə əvəzolunmazdır. İstanbul üçün isə yəqin darıxmayan yoxdur. Yenə o küçələrdə rahat gəzmək ümidilə... #istanbulmemories #interrail #gezelimgörelim #gezeyenler #seyahet #seyahetsever #gezeyenlerdunyada #travelduringcoronavírus

384