pediatr_nurangiz_haciyeva_phd

pediatr_nurangiz_haciyeva_phd

pediatr_nurangiz_haciyeva_phd is one of the top Healthy influencer in Azerbaijan with 67612 audience and 1.52% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

67.6k

AudienceAudience

1.52%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Healthy


Portfolio

Standout projects making waves around the web

image

Bu gün qonaqlarım arasında vaxtı ilə ETPİ- da müalicə etdiyim, Allahın köməyi ilə ağır vəziyyətdən həyata qayıdan 900 qramlıq ekizlərim Sənan-Sahib???? və onların xalaları (mənim isə tələbəlik illərindən indiyə kimi yaxın rəfiqəm) Elnarə xanım???? olmuşdur. Uşaqların 14, bizim dostluğumuzun isə 27 yaşı tamamdır). Maşallah uşaqlar tam sağlamdırlar. Vaxtından əvvəl doğulan uşaqlar - xəstə uşaqlar demək deyil. Səbr, düzgün qulluq və müalicə əsasında həyatda özlərinə yer tapırlar????????#azçəkiliuşaq#yarımçıquşaq#900qram

1166
image

Son günlər uşaqlar arasında burun axma, öskürək, boğaz və qulaq ağrısı, qusma və ishal ilə müşahidə olunan xəstəliklər qeydə alınır. Lakin uşaqda burun axması allergik rinit səbəbindən də ola bilər. Ona görə də həkim müayinəsi vacibdir. ????Mövsümü virus infeksiyalarının yayılmasını azaltmaq uşaq kollektivlərindən başlanmalıdır. Sadə qaydalara rəiyət etsək uşaqlarımız daha az xəstələnər: ????Bağça, kurs və məktəblərdə hər 45 deqiqədən bir uşaqları otaqdan 5 dəqiqəlik çıxarmalı, pencərəni açıb otağın havasın dəyişdirmək lazımdır. ????Qapalı yerlərdə (ev və ya bağça, məktəb fərqi yoxdur) temperatur 22 dərəcədən çox olmamalıdır‼️ ????Uşaqlar bağçaya gedərkən və qayıdarkən burun boşluqlarına dəniz suyu sprey şəklində püskürülməlidir. ????Uşaqların qidası və yuxusu normal olmalıdır. ????Xəstəlik əlaməti varsa uşaqlar evdə qalmalı və yalnız sağalandan 3 gün sonra kollektivə çıxarmalı. ????Əziz valideynlər, xəstəliklərin yayılmasını azaltmaq üçün bağça və məktəb müəllimlərini tag etməyi unutmayın. #bağça#uşaqbağçası#müəllim#sağlam körpə#

1028
image

Ən yaxşı dəmir və B 12 vitamini mənbeyi qırmızı ətdir. Ətin tərkibində amin turşular (zülal) orqanizmin tikinti ( boy artımı) materialıdır. Ətdən başqa heç bir qidada bu ideal tərkib və nisbət yoxdur. 17 yaşa çatana kimi hər bir uşaq yumuruğunun????????(dəmir yumruq????) ölçüsü qədər əti rasiona qəbul etməlidir (mal, qoyun, toyuq və balıq əti növbə ilə). Uşağın rasionuna 7 aydan gec olmayaraq ət (toyuq????, hind toyuğu????, balıq???? və mal????) məhsullarını əlavə etmək lazımdır. 1 yaşdan qoyun əti ????vermək olar. Qoyun ətinin tərkibində omega çoxdur. İlk aylar 20 qram miqdarda maşından keçirilmiş ət başlayıb, 1 yaşda tədricən 100 qrama çatdırmaq olar. 1 yaşdan xırda doğranmış ət də uşağa verilir. Ən yaxşısı 1,5−2 saat ərzində əti bişirmək və ya sobada hazırlamaqdır. Bu zaman ədviyyat və souslardan istifadəni minimuma endirmək lazımdır. Uşaqlara aid olan yeməklərdə mayonez, sirkə və soya sousu olmamalıdır. Lakin bir qədər sarımsaq və soğan heç faydalıdır. 8 ayı olan uşaq artıq ağız dadını çox gözəl bilir. Ona görə də qidaların dad keyfiyyəti mütləq nəzərə alınmalıdır. ????????????????Əziz valideynlər, uşaq ət yemirsə anlayışı yoxdur, ❗️7 ❗️aydan uşağın qidasına ət əlavə edilirsə o mütləq əti sevəcək❗️Dad reseptorları o dadı qavrayacaq.#ət#мясо#meat##dr_nurangiz_haciyeva_phd #sağlamgələcəkklinikası#hekim #pediatr #neonatoloq #PhD #doktor #nurengiz #haciyeva #drhaciyeva#ATU#TTK#uşaqhəkimi#pediatr_nurengiz_hacıyeva_PhD#qida

1019
image

Uşağın özünədəyərini yaxşılaşdırmağın və həvəsləndirməyin ən yaxşı üsullarından ❗️biri -onu təriflıməkdir. Bunu düzgün etmək lazımdır, əks təqdirdə effekt əksinə ola bilər. ????️Uşaqlarınızı etdiyi hər cəhdə görə tərifləyin!, nəticəyə görə yox!. Məsələn, əgər sizin uşağınız yoxlama işindən 5️⃣ alıbsa ,ona "sən nə yaxşı qiymət almısan" əvəzinə , :"Afərin, sən çox yaxşı işləmisən❗️" deməliyik. Məhz, çalışdıqlarına görə təriflənən uşaqlar, bir qayda olaraq, ancaq nəticəyə görə təriflənənlərdən daha çox uğur qazanırlar. ????️Konkret hərəkətə görə tərifləyin. Əgər siz uşağa "Afərin sənə" deyəndə, onu konkret nəyə görə təriflədiyinizə tərəddüd edə bilər. Məsələn, həkimin qəbulunda və ya nüəllimin yanında özünü çox təmkinli apardın. ❗️Ümumi sözlər uşaqda özünədəyərin və öz hərəkətlərinə inamın formalaşmasına kömək etməyəcək. ????Həddindən çox tərifdən də qaçın. Uşaqlar valideyinlərdən yerli- yersiz tərif eşitdikdə ondan asılı olurlar. Həddindən çox tərif onları düşünməyə məcbur edə bilər ki , onlar artıq təkmilləşiblər və ya daim inkişaf etməkdə olmalıdırlar. ????️Ürəkdən, səmimi tərifləyin. Siz uşağı tərifləyəndə səsiniz kəskin və soyuqdursa ,o, sizin sözlərinizi yalan kimi və ya adi qəbul edə bilər. Bu, uşağın özünədəyərinə böyük ziyan vura bilər, ona görə də danışanda düşünün ki, necə tərzdə deyirsiz. Deyərkən gözlərinə baxmağı unutmayın. ????‍????‍????‍????Evdə uşaq sayı 1- dən çoxdursa hər birinə bu tərifi uyğun vaxtda❗️ tətbiq etməyiniz mütləqdir. ⚠️Vəə babalarımız hədər yerə deməyib ki, mərdi qova- qova namərd edərlər. Tərifləyərək isə əksinə.. Bəs siz necə uşaqları tərifləyirsiz? P. S. Bu şirin qızdan soruşanda sən kimsən? atamın princessasıyam???? dedi) və şəklini bu gün paylaşmağımı xahiş etdi????#dr_nurangiz_haciyeva_phd #sağlamgələcəkklinikası#hekim #pediatr #neonatoloq #PhD #doktor #nurengiz #haciyeva #drhaciyeva#ATU#TTK#uşaqhəkimi#pediatr_nurengiz_hacıyeva_PhD#atu#1#uşaq#balaca#ana#yuxu#bayram#özgüvən#təriflərim#

1200
image

Yaponların belə bir deyimi var: "Xurma mövsümündə, həkimlər işsiz qalar" Çünki, xurmanın tərkibində antioksidant, yod və vitaminlər var. *️⃣Hər gün qida rasionuna 1 xurmanın daxil edilməsi COVİD virusunun 60% -ni zərərsizləşdirdiyi haqqında məlumatlar var. *️⃣Xurma qəbizlik zamanı da faydalıdır. Uşaqların rasionuna 8 aydan xurma əlavə ede bilərsiz. Uşaqların qidasında hər gün 4-5 adda meyvə-tərəvəz olarsa vitamin qəbuluna ehtiyac qalmaz. Vitamin kompleksləri isə ehtiyac olduğu halda ildə 1 dəfə qış və ya yaz aylarında istifadə edilir ⚠️P. S. 1 ədəd şiş burun xurmanın üzərinə yarım çay qaşığı kakao və ya qatıq (1,5 yaşdan yuxarı uşaqlara) əlavə edib həmcins şəkildə qarışdırsaz işaqlar üçün faydalı və dadlı desert düzəltmiş olarsız. postda.. #dr_nurangiz_haciyeva_phd #sağlamgələcəkklinikası#hekim #pediatr #neonatoloq #PhD#doktor#nurengiz #haciyeva #drhaciyeva#ATU#TTK#uşaqhəkimi#pediatr_nurengiz_hacıyeva_PhD#atu#1#yodCOVİD#bizimhəkim#sizinhəkim#yaponiya

1026
video

Bu gün bizi görməyə gəlmiş şirin-şəkər, çox ağıllı Məryəm bizə müraciət edəndə uzun müddət öskürürdü. Aparılan müayinə nəticəsində Məryəm şükür yaxşıdır. Məryəmin anasına❤️ bizə güvəncinə, müalicəni səliqə ilə əməl etdiyinə görə, hazırladığı klipə və diqqətinə görə təşəkkür edirik. Sağlam olsun balamız! ‼️Uşaqlarda (daha çox 3-6 yaş arasında təsadüf edilən) davamlı öskürək tutmalarına təsir edən faktorlar aşağıdakılardır: 1️⃣tozcuqlar(bitki, kif ), 2️⃣məişət (ev və kitab tozu), epidermal (ev heyvanları it, pişik, və s. kəpəyindən, tükündən) və 3️⃣qida məhsulları ( süd, sitrus, araxis və s qidalar) 4️⃣soyuqdəymə və respirator virus infeksiyaları. Bronxial astmanın xarakterik əlamətləri təngnəfəslik, xışıltılı tənəffüs, sinənin sıxıntısı və nəhayət, öskürək, boğulma tutmasıdır. Astma tutması zamanı bronxların borusu daralır, divarları qalınlaşır, ödəm əmələ gəlir, bronxlar daxilində selikli tıxac yaranır. Hava ciyərlərə çox çətinliklə gedir, xəstə öskürür və boğulur, sinəsində ağırlıq və sıxıntı hiss edir, dodaq üçbucağı göyərir. Ardı var. #bronxial astma#1#öskürek#öskürək#oskurek

467
image

Uşağın sağlamlığında əsas faktorlardan biri gündəlik yuxu və oyaqlığın düzgün bölüşdürülməsidir, bu faktorlar boy və inkişafın harmoniyası üçün olduqca önəmlidir. Biz səhərlər uşaqları ən geci saat 8:30 oyatmaqla, düzgün bioritm yaratmış oluruq. Boy hormonu (somatotropin) və yuxu hormonu (melatotonin) daha aktiv axşam saat 21:00-dan gecə 2:00-a kimi daha aktiv ifraz olunur. Əziz valideynlər, odur ki, uşağınızı erkən yaş dövründən saat 22:00-də yatmağa alışdırın. Uşaq həmin vaxtda yuxuda olması onun sinir sistemi, boy, zehni inkişafı üçün olduqca əhəmiyyətlidir. Əgər uşaqda hormonal problem yoxdursa və ‼️sümükdəki böyümə zonaları bağlanmayıbsa (rentgen müayinədə bilinir) düzgün qidalanma və həyat tərzi ilə normal boy artımına nail olmaq olar. Unutmaq lazım deyil ki, uşaqlar əksər hallarda valideynlərinə bənzəyir. Boyları valideynlərin boylarından +- 6-10 sm böyük və ya kiçik olur. Bu yaraşıqlı Zamiq balamız ilk dəfə qəbula gələndə 14 yaşı var idi. Boyu yaşıdlarından çox geri qalırdı. Ona tövsiyələrim sadə olmuşdur, sağlam qidalanma, düzgün yuxu rejimi və vitamin D azlığının korreksiyası. İdmanla boy artımı öz təsdiqini tapmasa da, aktiv həyat tərzi mühüm əhəmiyyət kəsb edir. Bu gün Zamiq qəbula gəlmişdi, mənimlə şəkil çəkdirdi. Boyu maşallah ???? 1.80 olub. Hündür boyuna görə xüsusi seçilmiş əsgər kimi Milli Qvardiyada xidmət etməyə hazırlaşır. Lakin bəzən boy geriliyi uşaqlarda endokrin pozğunluqlar səbəbindən olur. Belə hallarda boy hormonlarını endokrinoloqların xüsusi nəzarəti altında kontrol edilir, yoxlanılır. Əgər uşağınızın boyu yaşıdlarından geri qalırsa mütləq pediatr və ehtiyac olarsa endokrinoloqa müraciət edin. #boy#haqqında#2022

1155
image

Hörmətli valideynlər, yeniyetməlik dövrünə qədəm qoymuş övladlarınızla yaxın dost və başa düşən yoldaş olun, çətin anlarda onlara dəstək olun, ağıllı və gərəkli məsləhətlər verin, onları istiqamətləndirin və rəhbərlik edin, asudə vaxtı bir yerdə keçirin, onlarda elmin müxtəlif sahələrinə maraq yaradın, peşə seçəndə və ya hər hansı fəaliyyətlə məşğul olanda onları təcrübəli nüfuzlu mütəxəssislərlə tanış edin, etibarlı məsləhətçi və köməkçi olun! Həqiqi dostluğun nəticəsi odur ki, uşaqlar şübhələr, çətinliklər, tənhalıq dövrünü rahat keçirərək həyatın müxtəlif çətin yolları arasında düzgün seçim edirlər. Yeniyetmələr nə qədər istedadlı, qabiliyyətli və güclü olsalar da, öz həyatlarının təhlükəli böhranlı dövrünü aşmaqdan ötrü onların daha təcrübəli insanların, valideynlərin məsləhətinə ehtiyacları vardır. 12 yaşdan kiçik uşaqların ruhu daim gözellik ve xoşbəxtlik dolu qidalanmalıdır. Dünya onlar üçün gözəlliklər və rahatlıq diyarı olmalı; bu səbəblə xəyal qırıqlığına uğratılmaması gərəktir. ????Birgə şəklimizi paylaşmağımızı istəyən sevimli xanım qızım❤️

889
image

Bu gün Avropa Dərman Agentliyi rəsmi olaraq Biontech/Pfizer COVID-19 qarşı peyvənd 5-12 yaşlı uşaqlara tətbiqinə icazə verdi. Uşaqlara tətbiq ediləcək peyvənd 21 gün fasilə ilə toplam 2 dəfə vurulacaqdır. Doza olaraq isə hər dəfəsində 10 mikroqram. 12 yaşdan yuxarı uşaqlarda və böyüklərdə bu doza 30 mikroqramdır.https://www.ema.europa.eu/en/news/comirnaty-covid-19-vaccine-ema-recommends-approval-children-aged-5-11?fbclid=IwAR2TokAFvJyKl8EdzlNEBkfbnXOZ-8uAl-qd1xytsWGFXpeTyXJr3Dj35_k#:~:text=EMA's%20human%20medicines%20committee%20 #covid#uşaqlardapeyvənd#

644