prometegram

prometegram

prometegram is one of the top Music influencer in Azerbaijan with 30638 audience and 2.36% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

30.6k

AudienceAudience

2.36%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Music


Portfolio

Standout projects making waves around the web

video
video

2018-ci il oktyabrın 3-ü idi. Milanda Leonardo Da Vinçinin ən tanınmış əsərlərindən birinə “Sonuncu Şam Yeməyi”nə baxmağa getmişdik. Heyrətimi gizlədə bilmirdim. Çox təsir etmişdi mənə. Bütün muzeylərdə olduğu kimi bu katedral-muzeydən çıxışda da suvenir satış nöqtəsi var idi. Orda kitablar da satılırdı və kitablardan birinin üstündə @walter_isaacson adını görəndə elə bil ki, yaxın qohumumu və ya dostumu gördüm. Volterin Stiv Cobs haqda yazdığı bioqrafiyasından sonra bir neçə əsərini oxumuşdum və bəyənmişdim. Da Vinçinin bioqrafiyasını yazması məni sevincdən uçurmuşdu. Azərbaycana qayıdan kimi tapıb oxudum və təsiri məni bihuş elədi. O qədər təlatümlü və təsirli oldu ki, o əsərin təsirindən bu mahnı ərsəyə gəldi. Amma mənim əvvəlki mahnılarıma heç bənzəmirdi. Elə bil mən yazmamışdım, mənə yazdırmışdı Da Vinçi. Ona görə də bu trekə Da Vinçinin yazısı adını qoydum. Sonra uzun illər səslənməsin bəyənmədiyim üçün toxunmadım. Amma @adilnajafov @picmus -da yenidən miks etdi, @mw100db isə @synapsrecords -da masteri tamamladı. Nəhayət ki, istədiyim kimi səslənən bu işi çıxarmaq cəsarətin özümdə tapdım. Bu yazını oxuyandan sonra buna bir sevgi treki kimi yox, Da Vinçi yazısı kimi baxaraq fikrinizi də mənimlə bölüşün. Hamınıza sevgi!

131
video
video

Antaklosku - PROMETE İSAQOV (39. Bölüm) YouTube kanalımızda onlayn! Xoş izləmələr ???????? @aviasales.az

1657
video
video

İsveç Film İnstitutunun təşkil etdiyi 24 saatlıq film marafonunda iştirak etdik: Qaydalar sadə görünsə də, əslində olduqca çətindir : 24 saat ərzində maksimum 5 dəqiqəlik film yaradırsan. Çətinlik həm də ondadır ki, Heç kim mövzunu əvvəlcədən bilmir. Hamı gözləyir… bilmirsən nə çəkəcəksən, harda çəkəcəksən, necə çəkəcəksən… və birdən mesaj gəlir və hamı eyni şərtlər daxilində yarışa başlayır. Dostum Mathiasın dəvəti ilə qatıldığım bu marafonda sözün əsl mənasında 9 heyrətamiz film izlədik. Filmimiz texniki baxımdan bir çox filmdən geri qalsa da, bu yarış texnikanın deyil, yaradıcılığın, fəlsəfənin və rejissor baxışının yarışı idi. Əl qərəz 4 dəqiqə 58 saniyəyə sığışdırdığımız və gecə səhərə qədər əziz dostum Pərvizlə @prometegram remote access edib montajını etdiyimiz “OYANIŞ” filmimiz münsifləri təəccübləndirdi və nəticədə bahalı kameralarla çəkilən bir neçə filmi qabaqladı. Mathias, dostum – səni sevirəm və bu yolda yanımda olduğun üçün minnətdaram! @prometegram var ol bro! Çox bərəkətli adamsan???? Qeyd: Filmimizin qalib gəlməsini oğlum Rüstəm və qızım Sara üçün Emosional olaraq qeyd etdim. Onlar bunu məndən betər gözləyirdilər. Rüstəm deyirdi ki, qalib gəlməsən daha işləmə????

228
video
video

Bu Cümə Saat 23 :15 -də Efirdən Kənarda PRoMete..

1074
video
video

Sevdiyim mahnıları çox dinlədiyimə görə əvvəlcə beynimdə sonra da əyani olaraq özüm olan versiyaya çevirmək adətim var. Qarşıda bir neçə yerli mahnı ilə da belə etdiyimin şahidi olacaqsınız. Hələliksə əfsanəvi @muxtar_abseynov bəstələrindən olan “Dəli Küləyim” mahnısını təkrarolunmaz @samiraasinger ilə duetə çevirdik. Samirə xanım tək pop musiqi dinləyicilərinin yox, həm də iki nəsil rep dinləyicilərinin ən sevimli ifaçılarındandır. İştirak etdiyi treklər “unudulmaz” statusuna yüksəlib. Bu gözəl aranjimana görə @amalmusic sənə, masterinqə görə isə @mw100db sənə təşəkkürlər. Verdiyi daimi dəstəyə görə isə @islamshirvany və @adilnajafov Videonun ərsəyə gəlməsində göstərdiyi köməkliyə görə isə @lebagh @nataisaq @mehtiyevserver və Hüseynov qardaşları @elsad.huseynovv və @rush.dp sizə sonsuz minnətdaram. Fotonu isə gözəl sənətkar @ruslannabiyev çəkdi. Ruslan, təşəkkürlər.

566
video
video

Hər yerə yazdız, fikirlərinizi bura da yazın #OfisHimni

201
image
image

Ömür Yolu Mən ömür adlanan gedilmiş yolun Yəqin, ortasında bir yerlərdəyəm. “Görəsən, hardayam?” – düşünsəm əgər, Gərək özümə də izah eyləyəm. Bu yolla gedəndə önüm suallar, Tapmaca formalı kölgələr dolu. Geriyə baxanda “gərək” dediyim, Rahat buraxmayan “bəlkə”lər dolu. Bu yolun başı da, sonu da “mən”əm, Sənin öz “mən”in var, mənim öz yolum. “Bəlkə”lər, “gərək”lər məni çox yorur, Onunçün sualdır sağım və solum.

408
image
image
image
image
image
image

Ev haradır? Əlin ilə hədəflə, Göstər görüm, orda hərarət varmı? Dostum olan yerə “vətən” deməkdə Bir əskiklik, və ya qəbahət varmı? Axı dünya dairəvidir, kiçikdir, Axı insan ömrü qısa, zaman az. İçimdə də dünyası var dostların — O yerlər nə boşalmaz, nə tutulmaz. Foto: @sabina.johangir

298
image
image

I am very interesting person online Photo by @tur__al

333