rasulhasanov

rasulhasanov

rasulhasanov is one of the top Business influencer in Azerbaijan with 11534 audience and 3.21% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

11.5k

AudienceAudience

3.21%

Engagement

Get in touch
list-cover
location Azerbaijan, Baku
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Business


Art / Design


Portfolio

Standout projects making waves around the web

image

3 oktyabr, 11:00, Beynəlxalq Kitab Sərgisində ustad @teymur_mammadov_ "Sloqan" kitabının təqdimatı və imza günü olacaq (Ü.Hacıbəyli təqdimat zonası). Teymur Məmmədov hamımızın yaxşı tanıdığı çox sayda neyminq, sloqan müəllifidir. Bu işi Azərbaycanda yüksək bir dəyərə daşımış şəxs kimi, indi məhz öz təcrübəsindən belə bir vacib kitabı yazıb. Reklam işində çalışanlar bundan çox faydalanacaq.

107
image
image
image
image
image

11-ci Bakı Beynəlxalq Kitab Sərgisində əziz həmkarım Nicat Qəribov və Əlyazmalar İnstitutunun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucovla birgə "Dizayn" mövzusunu tarixlə əlaqəsindən, keçmişindən, bu günündən danışdıq. Öz üslubumuzu qorumaq və inkişaf etdirmək üçün qaynaqların əhəmiyyətini, onların elektronlaşdırılması, kitab halında çap olması, fərqli yönlərdən tədqiqatı barəsində fikir mübadiləsi apardıq. Müzakirəyə qoşulan hər bir kəsə təşəkkür edirəm.

167
video
image
image
image
image
image
image

Elçin Quliyevin ( @elchinkuliyev ) “Ümid Zirvəsi” bədii-sənədli filmi üçün hazırladığım poster dizaynı. Film, 2017-ci il 23 dekabr tarixində Tufandağı istiqamətində faciəvi şəkildə həyatlarını itirən üç alpinistin (Fəridə, Namin, Babur) taleyini ekranlaşdırıb. Bədii-sənədli ekran əsərində gənc alpinstlərin arzuları, cəsarətləri, yaşadıqları faciənin bütün detalları və onların yoxluğu ilə barışmaq istəməyən üç ailənin hekayəsi işıqlandırılıb. Çəkilişlər peşəkar alpinistlərin və yaradıcı qrupun iştirakı ilə gənclərin çıxmaq istədikləri 4044 metr yüksəklikdəki zirvə yolunda, çətin və sərt relyeflərdə aparılıb. // Poster design I prepared for Elchin Guliyev’s docu-drama “Ümid Zirvəsi” (“Summit of Hope”). The film portrays the fate of three mountaineers (Fəridə, Namin, Babur) who tragically lost their lives on December 23, 2017, while heading toward Tufandağ. The docu-drama highlights the dreams and courage of the young climbers, the full details of the tragedy, and the stories of three families who refuse to come to terms with their absence. Filming was carried out with the participation of professional mountaineers and the creative team on the challenging and harsh terrains along the climbers’ intended route to the 4044-meter summit.

211
image
image
image

Mütəmadi olaraq sosial media lentində izlədiklərimiz, xəbər saytlarında oxuduqlarımız, hətta gündəlik həyatımızda taksi sürücüləri ilə qeyri-iradi dialoqlarımız, hamısı beynimizə nəzarətsiz informasiya seli axıdır. İstər-istəməz, seçim imkanımız olmadan şüurumuza nüfuz edən bu məlumat selində (oxu. zibil axını) həqiqətlə yalanı, dəyərli ilə dəyərsizi ayırd etmək getdikcə çətinləşir. Hava, su və səs çirklənməsi kimi, informasiya çirklənməsi də mövcuddur. Bu fenomen xüsusilə rəqəmsal məkanda daha mürəkkəb və aldadıcı xarakter alır. Bəzi məlumatlar ilk baxışda faydalı, hətta dəyərli görünsə də, dərindən araşdırdıqda altından üfunət qarşısında hətta ən güclü əleyhqaz belə aciz qalır. İnternetdə dolaşan məlumat zibilləri təkcə yalan xəbərlərlə məhdudlaşmır. Yarımhəqiqətlər, kontekstdən qoparılmış faktlar, manipulyativ şərhlər və emosional təxribatlar düşüncə aydınlığımızı bulandırır. Fransua Rene de Şatobrian demişkən "Yüz dəfə təkrarlanan yalan həqiqətə çevrilir" ifadəsi sanki müasir informasiya axınının ana şüarıdır. Bu informasiya zibilliyi üst-üstə yığıldıqca, beynimiz kritik düşüncə qabiliyyətini itirir. Aydın və rasional fikirlərdən məhrum olmuş şüur, manipulyasiyalara qarşı müdafiəsiz qalır. Yüksək təzyiqli informasiya zibili axınının qarşısını tamamilə almaq mümkün olmasa da, effektiv filtrləmə üsulları mövcuddur — etibarlıq dəyəri yüksək olan mənbələr (çoxluğun izləməsi mənbənin etibarlı olması demək deyil), rəqəmsal mühitdən detoks, kritik düşüncə və ən əsası informasiyadan məqsədyönlü, şüurlu şəkildə istifadə. İnformasiya paylaşımı hər şeydən əvvəl məsuliyyətdir. Başqalarının fikirlərini zibilləməyək.

561
image

11-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nicat Qəribov, Rəsul Həsən və Zaur Orucov dizaynın mədəniyyət, tarix və gələcək arasında necə bir bağ yaratdığını müzakirə edəcəklər. Hər birinizi bu müzakirədə görməyə şad olarıq. Bakı Ekspo Mərkəzi, 2 Oktyabr, 14:00. Nizami Gəncəvi təqdimat zonası.

162
image
image

Composer Ruzgar Ahmadzade dedicated a piece titled “Uzeyir Bey. 140. The Only Genius” to Uzeyir Bey, performed by tar virtuoso Sahib Pashazade, with accompanying graphic concepts. The second version, chosen as a cover design for music platforms, is based on the idea that Uzeyir Bey’s presence lives on in every one of our musical works. You can listen to this beautiful piece on music platforms. Bəstəkar Rüzgar Əhmədzadənin Üzeyir bəyə ithaf edərək bəstələdiyi və tarzən Sahib Paşazadənin ifa etdiyi "Üzeyir bəy. 140. Tək dahi" əsərinə qrafik konseptlər. İkinci versiyada Üzeyir bəyin izi hər musiqimizdə yaşayır ideyası ilə musiqi platformaları üçün üz qapağı dizaynı olaraq seçilib. Bu gözəl əsəri musiqi platformalarında dinləyə bilərsiniz.

251
image
image
image
video
video
image
image
image

Kim desə ki, alınmaz, inanma. Rəşidi yada sal. Bütün arzu bir kitabdan başladı. Sonra festival oldu. Sonra animasiya filmi çəkildi. İndi filmlər çəkilir, filmlər. Bir insan böyük dalğa olur. Sahildəki qayalara çırpılır, onları titrədir, arzularını yada salır. Rəşid Azərbaycan animasiyasının bu yeni, böyük dalğası oldu. Əlbəttə, onunla birgə addımlayan insanlarla birgə. Yerli, keyfiyyətli animasiya filmlərini izləməkdən böyük zövq aldım. Özü də canlı tarix Elçin Hamı Axundovla birgə. Növbəti gözəl festivallara. Filmlər də öz yerində. Gələn il daha möhtəşəm filmlərin olacağına artıq indidən işıq var. P.S. İlk dəfə Səmədin moderaturluğunu görürdüm, çox peşəkar idi. :)

200
video

Dahi – təkcə gözəl incəsənət nümunələri yaradan deyil, millətin gələcəyinə işıq salan şəxsiyyətdir. Buna görə də o, Azərbaycan musiqi tarixində ‘tək dahi’dir. “Üzeyir Bəy. 140. Tək Dahi.” Tar - @sahib_pashazade_official Qapaq fotosu - @rasulhasanov Rejissor - @natiq_mukhtarov Video - @media.atelier.pro Səsyazma, miks və masterinq - @toufan_records

429
image
image
image

Üzeyir bəyin biləyinə taxdığı Longines saatı (ev muzeyində sərgilənir) indi dayansa da, onun yaratdığı əsərlər zamandan ixtiyarsız işləyir, yaşayır. Dahi olmaq budur, zamandan ixtiyarsız bir nəsnəyə çevrilmək. Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası müqəddiməsinin ilk xoş sədaları səsləndi. Şəbi hicran yanar canım... - sözlərini oxumaqla Yaxın və Orta Şərq musiqi tarixində yeni və parlaq səhifənin açıldığını elan etdilər. https://www.youtube.com/watch?v=VXfmaZKaGGA

174