read.and.share

read.and.share

read.and.share is one of the top Book Lovers influencer in Azerbaijan with 1787 audience and 18.97% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

1,787

AudienceAudience

18.97%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Book Lovers


Portfolio

Standout projects making waves around the web

image

“Hiç kimse hiçbir zaman Tanrıyı görmüş deyildir.Ama bir-birimizi seversek,Tanrı içimizde yaşar ve sevgisi içimizde yetkinleşmiş olur.✨” L.N.Tolstoy-İnsan ne ile yaşar♥️ 2günlük imtahanların ləğvindən və havadan istifadə edib yarıda qalan kitabımı davam etdirirəm☺️bes siz nələr oxuyursunuz tətildən istifadə edərək?♥️ #bookstagram #book #bookshelf #currentmood #currentlyreading #tolstoy #insanneileyaşar #alıntı #kitap #kitapönerisi #kitapsözleri #books #bookstgram

402
image
image
image

Yeni iliniz mübarək,dostlar????♥️Yeni ilin yeni ümidlərin başlanğıcı olduğuna,uğur gətirdiyinə inananlardanam????Və bu ildə də xəyallarıma çatacağıma,özü ilə yeniliklər və sürprizlər gətirəcəyinə inanıram????Hər birinizi təbrik edir və xəyallarınızın ili olmağını arzulayıram♥️ Şəkildə isə il ərzində oxuduğum kitablardan bir hissəni paylaşmışam sizinlə✨İlimin ən sevimlisi isə”Dostoyevski-Alçaldılmış və təhqir edilmiş insanlar”idi mənim üçün.Təsirini illər keçsə belə unudacağıma inanmıram.Və yeni ildə daha çox klassiklərdən oxumağı planlayıram.Bəs sizin üçün ilin “best” deyə biləcəyiniz kitabı hansıdır?♥️oxumaq çox maraqlı olar fikirlərinizi✨ #newyear #2019 #best #bestbooks #happynewyear #happy #bookstagram #book #books #bookshelf #bookworm

341
image

Zaur Pənahov-Qaranlıq günəş♥️ İlk dəfədir ki,fantastik janrda kitab oxuyurdum və bu kitabın ilk fantastik qurğu romanımız olan “Qaranlıq günəş” olması məni sadəcə qürurlandırır.İlk oxuduğumuz yeni janr və ya heç oxumadığımız bir yazardan oxunulan ilk kitab çox önəmlidir mənə görə və o yazara və ya janra davam edib etməyəcəyim ilk kitabdan asılı olur adətən♥️Və bu kitabdan sonra əminliklə deyə bilərəm ki,yazar məndə fantastik janra davam etmək üçün böyük həvəs yaratdı♥️İstər yazarın təxəyyül gücü,istər təsvirlərin ifadə tərzi,istərsə də kitabın üz qabığı və keyfiyyəti həqiqətən gözləntilərimin üstündə idi.Bunun üçün yazara sonsuz təşəkkürlərimi bildirirəm✨ Kitab boyunca daim həyəcan içində saxlayan mövzu, sonlarına doğru verilən əsas ideya və böyük maraqla gözlədiyim kitabın davamı tam da filmi çəkiləsi kimi idi.Fantastik janra başlamağa tərəddüd edənlər varsa sizə sevə-sevə yerli yazarımızdan bu kitabı məsləhət görürəm♥️.Və kitabın davamını səbrsizliklə gözləyirəm,Uğurlarınız bol olsun daim✨ @qgkitab #bookstagram #book #bookshelf #bookworm #bookaholic #kitap #kitabiyat #qaranlıqgünəş # #kitab

285
image

Emin Abdullayev-Hərbidən qeydlər İlk öncə kitab satışa çıxmadan öncə bizlərə hədiyyə edən Emin bəyə @herbidenqeydler təşəkkür edirəm burdan və gələcək daha gözəl işlərində uğurlar arzulayıram.Kitabı ən son oxuyanlardan biri mən oldum deyəsən????Kitabda yazarın düşüncələri müxtəlif formalarda(şeir,roman,hekayə) öz əksini tapır və fikirləri həqiqətən düşüncələrimlə üst-üstə düşürdü deyə kitab kifayət qədər marağıma səbəb oldu.Əksər kitab səhifələrində paylaşımlar var kitab haqqında və ən son olaraq mən də kitabdan ən çox bəyəndiyim hissəni paylaşmaq istədim sizinlə❤️Yeni yazarımıza dəstək olmaq istəyənlər isə kitabı @kitabevim_az -dan əldə edə bilərsiniz????(Çox uyğun qiymətlidir) "Başa düşdüm ki,insanları isidən şey isti bir otaqdan çox,səmimi münasibətlərdir.İnsanları isidən həmin isti otaqda qalmaq yox,birlikdə soyuqda donmağı gözə ala bilməkdi.Başa düşdüm ki,çörəyi dadlı edən təkcə onun duzu,xəmiri yox,həm də onu bişirənin əlinin zəhmətidir.O əlin zəhmətini gözə ala bilməlisən.Həmin zəhməti gözə ala bilməzsə insan,nə dadı bilinər,nə də keyfiyyəti.Yavaş-yavaş anladım ki,əlimizə batan tikanlar deyil,ürəyimizə ilişən tikanlar bizi həmişə narahat edir."❤️

285
image

Stefan Zweig-Geç ödenen bedel???? Stefan Zweig yaradıcılığını "Şahmat" kitabını oxuduğumdan bəri həqiqətən çox bəyənirəm və kiçik həcmli kitabları mənim üçün əvəzolunmaz seçimlərdən biridir.????Əsas məsələlərdən biri isə üz qabığı və keyfiyyətini çox bəyənmişdim kitabın.???? Mən Zweig kitablarını türk dilində oxumağı daha çox sevirəm və oxuyarkən o dərin duyğunu hiss edə bilirəm,çünki bildiyimiz kimi yazar əsərlərində insan psixologiyasının təsvirinə çox yer ayırır.Və oxuduğum əksər kitablarında qadın düşüncələrini ustalıqla təhlil edib????Yazarı bu qədər çox bəyənmə səbəbim isə tam olaraq budur❤️ Qeyd edim ki,bu kitabda iki hekayə yer alıb və kitabın adı birinci hekayə ilə əlaqədardır.Ancaq təəssüf ki,digər oxuduğum kitabları arasında bir qədər sönük qaldı mənim üçün.Sanki özünəməxsus yazı və təsvir tərzi bu kitablarda daha az hiss olunurdu.Digər daha bir möhtəşəm kitabını kəşf edənə qədər Stefan Zweigin ən möhtəşəm kitabı "Şahmat" olaraq qaldı yenə də mənim üçün.Oxumayan hər kəsə məsləhət görürəm bu kitabı????bəs sizin yazardan oxuduğunuz və ən bəyəndiyiniz kitabları hansılardır?❤️

273
image

Nikoloy Qoqol-Şinel♠️ Bir kitab kı,həm yazıldığı həm də hal-hazırkı dövrün reallığını açıq-aydın şəkildə yalnız 68 sehifədə toplaya bilibsə axı necə bəyənməyəsən?!Rus ədəbiyyatının şedevrlərindən sayılan Nikoloy Qoqolun bu əsəri çox az həcmli ancaq dərin mənalı oxuduğum gözəl kitablardan biri oldu mənim üçün.♠️ Bir insan düşünün gəlir yeri çox az və bu dünyada yalnız məqsədi müəyyən məbləğ toplayıbda köhnə şineli(palto)yararsız hala düşdüyü üçün yeni şinel almaq istəyən və bunun üçün aylarla işləməyə məcbur olan.Teessuf ki,hər birimiz üçün o qədər tanış mənzərədir ki... Yazıldığı dövrün ən qlobal problemlərini qələmə alan,yüksək rütbələrin aşağı təbəqəyə alçaldıcı rəftarını göstərən yazarın mövzu seçimi hələ də aktuallığını qoruyur.Bəşəriyyət var olduğu müddətcə bu problemlər,sosial bərabərsizliklər,maddi çatışmazlıqlar əlbəttə ki,var və olacaq.Ancaq nə olursa olsun maddiyatın gətirdiyi fəsadlardan uzaq olmağı və insanlığımızı qorumağı bacarsaq məncə dünyadakı sosial bərabərsizlikdə bu qədər böyük problemə cevrilməz... Və son olaraq kitab üçün @idiot_yayin sonsuz təşəkkürlər❤️"balaca nəhənglər" seriyasından olan bu kitabı hər birinizə məsləhət görürəm.Oxumusunuzsa mövzu və kitab haqqında fikirləriniz çox maraqlıdır mənim üçün♠️ #bookstagram #bakubookcenter #book #kitab #kitap #nikoloygogol #idiot#aztagram #kitapyorumu #kitapkurdu #kitapsevgisi #kitapsever #bookworm

273
image

Fyodor Dostoyevski-Alçaldılmış və təhqir edilmiş insanlar♥️ Bir kitab düşünün oxuyub bitirdikdən sonra hislərimi,duyğularımı ifadə etməkdə çətinlik çəkirəm.Çünki nə qədər yazsam,izah etməyə çalışsam, tərifləsəm belə kitab qarşısında fikirlərim o qədər aciz qalır ki???? Məni yenidən hər misrasına,sətrinə heyran qoyan Dostoyevski...Axı bu qədər düşüncə,duyğu bir kitab içərisində necə belə gözəl toplana bilir deyə heyrət edirdim açığı. Qəliblərə,şeirlərə,romanlara sığmayan sevgiyə yazarın gözündən baxarkən kitabın içərisində "itdim" rəsmən.Nataşanın Alyoşaya qürurunu alçaldacaq qədər böyük məhəbbəti məndə o qədər də dərin iz buraxmadı ancaq Nataşanın atasının qızına olan sevgisi,kitabın sonunda olan səhnələr ağlatmağı bacardı məni.Necə olursa olsun,hansı səhvləri etmiş oluruqsa olaq onları bağışlaya biləcək qədər güclü sevgidir-övlad-valideyn sevgisi.Alçaldıcı belə olsa,sözündən dönmək belə olsa sevgiləri qarşısında aciz olan ata və qız sevgisi oxunmağa və hiss edilməyə dəyər Dostoyevskinin bu gözər əsəri ilə❤️Hər kəsə məsləhət görürəm bu kitabı,hətta oxumadığıma görə bu zamana qədər çox heyfslənirəm,vaxt itirmədən alın oxuyun mütləq❤️ #bookstagram #book #kitap #kitapkurdu #kitapyorum #dostoevsky #dostoyevski #alçaldılmışvətəhqiredilmişinsanlar #ezilenler #bookworm #kitaplık #kitapsevgisi

361
image

Günlərdir demək olar ki,bütün səhifələrdə qarşıma çıxan və hərkəsin marağına səbəb olan @bakubookcenter❤️şəhərimizdə belə yüksək interyere malik,göz oxşayan,zövqverici bir mekanın açılması o qədər sevindirici haldırki.❤️Kitab almasanız belə o xoş abu-havaya görə mütləq baş cəkin bu məkana❤️gedib kitab almamaq olmaz deyə???? Etel Lilian Voyniçdən "Qırılmış Dostluq kitabını aldım,bildiyimiz kimi mənim üçün mütləq oxunulması vacib olan "Ovod" kitabının ikinci hissəsidir,bunun üçün olduqca çox marağıma səbəb olur❤️sizin də məkan və oxumusunuzsa kitab haqqında fikirləriniz maraqlıdır❤️bu aralar oxumağı düşündüyüm olduqca çox kitab olduğu üçün qısa müddət ərzində oxuyub fikirlərimi bölüşməyə çalışacam❤️ #bookstagram #bookworm #book #bakubookcenter #oxumaqdebdedir #ovod #etellilianvoynich #qırılmışdostluq #kitap #kitapönerisi#kitab

352
image

Artıq bu gün etibari ile sehifemin tam olaraq bir ili tamam olur✨Sehifemi ilk açdığım zamanlarda bu qeder davam ede bileceyimi,bu qeder gözel insanlar tanıyacağımı heç düşünmemişdim❤️İnstagramda tez-tez qarşıma çıxan reqem,beyenme,rey yarışının heç bir önemi yoxdur,az ve ya çox,eger paylaşımlardan bir nefer olsa bele yararlanırsa,beyenirse bu menim üçün olduqca böyük uğurdur❤️Her şerhlerimi seve-seve oxuyan,daim destek olmağa çalışan,paylaşdığım kitablardan en az birini oxuyub fikirlerini menimle bölüşen her kese sonsuz teşekkürler☺️???? Ve hemçinin her birinizin Qurban bayramını tebrik edirem♥️

340