resept.az

resept.az

resept.az is one of the top Food influencer in Azerbaijan with 80590 audience and 0.23% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

2,991

AudienceAudience

1.27%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Food


Portfolio

Standout projects making waves around the web

image

Blinçikin hazırlanması - saytımızda ən çox baxılan reseptlərdən birisi. Ərzaqlar: 2,5 st süd (ya da su), 1 st un, 2-3 ədəd yumurta, yarım x.q şəkər tozu, dörddə bir x. q duz, 1 x.q bitki yağı Qızartmaq üçün: 5-6 x.q bikti yağı, pambıq Hazırlanması: Əvvəlcə yumurtanı çalırıq. Sonra südü əlavə edib çalırıq. Duzu, şəkər tozunu və bitki yağını töküb çaldıqdan sonra unu əlavə edib, yaxşı çalırıq. Blinçiki bişirmək üçün balaca tava, balaca çömçə (abgərdən) pambıq, bıçaq və bir balaca kasada yağ götürürük. Tavanı qızdırırıq. Pambığı əlimizdə yumurulayıb, yağa batırıb, tavanın hər tərəfinə çəkirik. Əlimizdə qaynar tavanı tutub qarışıqdan bir dolu çömçə töküb tez tavanı fırladaraq hər tərəfinə yayırıq. Tez qazın üstünə qoyuruq. Hər iki tərəfi çevirib bişiririk. Hər dəfə tavanı pambığı yağa batırıb silirik. Bu qayda ilə bütün blinçikləri bişiririk. Bu ölçülərlə 28-30 ədəd incə blinçik alınır. Nuş olsun! Reseptin ətraflı şəkildə hazırlanmasına https://resept.az/blincikin-hazirlanmasi/ linkindən baxa bilərsiniz.

38
image

Əncir mürəbbəsi. Ərzaqlar: 2 kq əncir 2 kq şəkər tozu 2 stəkan su Hazırlanması: Ənciri yuyuruq. Sonra bıçaqla qabığını soyuruq. Çəngəl ilə 2-3 yerdən deşirik. Mürəbbəni bişirəcəyimiz qaba şəkər tozu ilə suyu töküb əridirik. Sonra əncirləri bura əlavə edib qarışdırırıq. Qaynamağa başlayanda 3-5 dəqiqə qaynadıb kənara qoyuruq. 1 saat qalır. Sonra yenidən normal odda qarışdıra-qarışdıra bişiririk. Kəfini yığırıq. Suyu qatılaşmağa başlayanda götürürük. Qaşığı qaldıranda damcı ağırlaşıb bir damcı ikiyə keçmək istəyəndə götürürük. Qabda tamam soyuduqdan sonra bankalara yığırıq. Nuş olsun! Ətraflı reseptə: https://resept.az/encir-murebbesi/ linkindən baxa bilərsiniz.

25
image

Dovğa. Ərzaqlar: 3 lt qatıq 1 ədəd yumurta 2 x.q un (dolu olmasın) 1/2 st yumru düyü 4 dəstə göyərti (1 dəstə ispanaq, 2 dəstə keşniş, 1 dəstədən az şüyüd, 1 dəstədən az nanə,) (əgər nanə olmasa, quru nanədən də istifadə edə bilərsiniz) Duz (zövqə görə) Qeyd: Azərbaycan mətbəxində dovğaya zövqə görə müxtəlif göyərtilər vurulur: İspanaq, turşəng, kəvər, keşniş, şüyüd, dağ keşnişi, nanə, kərəviz, şirin bibər yarpağı, ağ cuğundur yarpağı, cincilim, tərpətöyün, sarımsaq yarpağı, quzu qulağı və s. Bu göyərtilərə görə də dovğaların təamları müxtəlif olur. Hazırlanması: Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Qatığa yuyulmuş düyünü, yumurtanı, unu və az duzu əlavə edib, setka qaşıqla çalırıq. Setka qaşıqla çaldıqda qatıq yaxşı açılır. Qatığa təxminən öz ölçüsü qədər su tökürük. Hazırladığımız ayranı qazın üstünə qoyuruq. Taxta qaşıqla qarışdırırıq. Düyü bişəndə ayran yavaş- yavaş qaynamağa başlayanda göyərtini tökürük və qarışdırırıq Göyərtini tökdükdən sonra zövqə görə duzunu da əlavə edirik və təxminən 15-20 dəqiqə də qarışdırıb götürürük. (Əgər quru nanə tökmək istəyirsinizsə onda quru nanəni göyərtini tökdükdən sonra əlavə etmək lazımdır) (Dovğaya istəsəniz zövqə görə az kərəviz qurusu da tökə bilərsiniz. Onda daha da ləzzətli olur) Nuş olsun! Ətraflı reseptə https://resept.az/dovga/ linkindən baxa bilərsiniz.

22
image

Mərci şorbası Ərzaqlar: 1 st qırmızı mərcimək 2 ədəd baş soğan 1 ədəd kök 1 ədəd kartof 1 x.q pomidor məti (tomat) 1 x.q quru nanə 4 x.q zeytun yağı 6 st su (2 st ət suyu və 4 st adi su götürə bilərsiniz) Duz Istiot 1 ədəd limon Hazırlanması: Bütün tərəvəzləri təmizləyib yuyuruq. Mərciməyi də təmizləyib yuyuruq.Soğanı,kartofu və kökü xırda doğrayırıq.Soğanı, kartofu, kökü və mərciməyi qazana tökürük. Üstünə suyun yarısını töküb yeməyi ocağa qoyuruq. (Ət suyu ilə olduqda şorba daha dadlı olur) Qaynadıqda kəfini yığırıq. Tərəvəzlər bişdikdə yeməyi ocaqdan götürüb blenderdən keçiririk. Sonra qalan suyu yeməyə əlavə edib yenidən ocağa qoyuruq. Zeytun yağını tavaya töküb qızdırırıq. Sonra pomidor mətini töküb qovururuq. 3-5 dəqiqə sonra nanə qurusunu da əlavə edib 2-3 dəqiqə qovurub götürürük. Qovurduğumuz nanəli pomidor mətini yeməyə əlavə edib, zövqə görə duz və istiotunu da töküb 10-15 dəqiqə bişiririk.Yeməyimiz hazırdı.Şorbanı süfrəyə verdikdə yanında limon veririk. Nuş olsun! Reseptin ətraflı şəkildə hazırlanmasına https://resept.az/merci-sorbasi/ linkindən baxa bilərsiniz.

20
image

Reyhan Şərbəti Ərzaqlar: 6 st su, 2 böyük dəstə reyhan, 6 x.q şəkər tozu, 1/4 ç.q limon duzu Hazırlanması: Şəkər tozu ilə suyu qarışdırırıq və qazın üstündə qaynamağa qoyuruq. Qaynayan kimi götürürük. Reyhanı təmizləyib yuyuruq. Qaynar suyu götürən kimi reyhanı tokürük. Üstünə limon duzunu da əlavə edib ağzını örtüb dəm almağa qoyuruq. Tamam soyuyanda tənzifdən süzürük. Reyhan şərbəti süfrəyə soyuq halda verilir. Nuş olsun! Reseptin ətraflı şəkildə hazırlanmasına https://resept.az/reyhan-serbeti/ linkindən baxa bilərsiniz.

18