Reseptaz

instagram.com
resept.az is one of the top Food influencer in Azerbaijan with 79548 audience and 0.24% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
1,949
Engagement Rate
2.15%

Feed

İllərlə sınanmış Şəkərbura resepti – şəkilləri ilə etraflı isə daimi ünvanda www.resept.az
Ərzaqlar: (45-50 ədəd şəkərbura üçün) Xəmir üçün:1kq un, 3 yumurta, 250 q kərə yağı, 1 st süd, 2 x.q xama, 1/2(yarım) ç.q quru maya  İçlik üçün: 500 q qabığı təmizlənmiş fındıq ləpəsi, 500 q şəkər tozu, 1/4 ç.q hil
Hazırlanması: Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq Yağı əridirik. Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edirik. Normal xəmir yoğururuq. Xəmirin üstünə salafan çəkib, dəsmal qoyub, isti bükürük, 1 saat acımağa qoyuruq İçlik hazırlayırıq.Fındığı tavada qovurub qabığını təmizlədikdən sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş fındığı şəkər tozu və hil ilə qarışdırırıq. Xəmir acıyacaq. Xəmirdən 40 qramlıq (qozdan az böyük) 10 ədəd kündə düzəldirik. (Xəmirdən az götürün 8-10 kündə düzəldin onu hazırlayıb qurtardıqdan sonra yenidən götürüb kündəliyib düzəldin qurtaranadək  təkrarlayın. Bu şəkildə şəkərburaları düzəltməyə davam edin). Kündənin birini götürüb oxlov ilə təxminən diametri 10sm olmaqla yayırıq. Xəmiri əlimizin içinə alıb 2 ç.q  içlik qoyuruq. İçliyi qoyanda çalışın şəkər tozu uc hissələrə yayılmasın. Onda pis bükülür xəmir bir-birinə yaxşı yapışmır. Yanlarını yaxşı uc-uca bərkidirik. Bükürük. (Bəziləri yuxarıdan aşağı doğru bəziləri isə aşağıdan yuxarı doğru bükür) Üzünə maqqaş vasitəsi ilə naxış salırıq. Hazır olan şəkərburaları bişirəcəyimiz qaba aralı yığırıq. Bütün şəkərburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Hazırladığınız şəkərburaları sərin yerdə saxlayın. Soyuq da olmaz isti də. Üstünü örtmək olmaz. Açıq qoyursunuz ki, naxışlar qurusun. Onda naxışlar itmir. Əgər hazırlayan kimi bişirsəniz naxışları itəcək. Bişirərkən şəkərburanın üzü qızarmamalıdır ağ qalmalıdır. Bişmiş şəkərburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük. Əziz xanımlar şəkərburanı uzun müddət saxlamaq istəyirsinizsə bu qaydada saxlayın. Əgər salafana ya da soyuducuya qoysanız tez xarab olacaq. Nuş olsun!

İllərlə sınanmış Şəkərbura resepti – şəkilləri ilə Read More

Poğaça, həm səhər süfrəsi həm də uşaqların məktəb çantası üçün əla seçimdir.
Resept isə daimi ünvanda  www.resept.az

Ərzaqlar:
2 paket krem qaymaq, 2 x.q şəkər tozu, 1 paket maya, 1 ç.q duz, 2 ədəd yumurta (1 yumurtanın sarısı üstü üçün saxlanılır), 3,5 - 4 st un
İçlik üçün:
200 q ağ pendir, 1 dəstə cəfəri
Üstü üçün:
1 ədəd yumurta sarısı, çörəkotu, küncüt
Hazırlanması:
Krem qaymaq, duz, maya, şəkər tozu və yumurtanı dərin bir qaba töküb qarışdırırıq.
Sonra undan az-az əlavə edib qaşıqla sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.
Xəmiri 1 saat isti yerdə qoyuruq acıyır.
İçlik üçün pendiri çəngəl ilə əzirik. Üstünə təmizlənib yuyulub xırda doğranmış cəfərini töküb qarışdırırıq.
Xəmir acıdıqdan sonra 40 q kündələr hazırlayırıq.
Kündənin içinə pendir ilə cəfəri qarışığını qoyub şəkildəki kimi bükürük.
Bütün kündələri bu şəkildə hazırlayırıq.
Üstünü örtürük 20-25 dəqiqə qalır
Sonra üstünə yümurta çəkib çörəkotu və küncüt səpirik
190 dərəcə qızdırımış sobada qızaranadək bişiririk.
Nuş olsun!

Poğaça, həm səhər süfrəsi həm də uşaqların məktəb ç Read More

Yel Çərşənbəniz mübarək olsun!
Yel Çərşənbəniz mübarək olsun!

Yel Çərşənbəniz mübarək olsun!

Axır Çərşənbəniz mübarək olsun! Süfrəniz daim ruzili, bəxtiniz həmişə bahar olsun!

Axır Çərşənbəniz mübarək olsun! Süfrəniz daim ruzili, b Read More

Napoleon pirojnası
Napoleon tortu çox ləzzətli olmaqla bərabər bir az da əziyyətlidir. Ancaq hazır yağlı xəmir ilə indi bu ləzzəti əldə etmək çox asandır.  1 paket Superfresh milföy xəmiri, 1 banka qatılaşdırılmış süd, kərə yağı və vanil, vəssalam :)
Ərtraflı resept isə daimi ünvanda  www.resept.az 
Ərzaqlar:
20 ədədlik superfreş kərə yağlı yağlı xəmir
Krem üçün:
1 Banka qatılaşdırılmış süd,200 q kərə yağ,1 paket vanilin
Hazırlanması:
Kremi hazırlamaq üçün əvvəlcə yağı çalırıq. Sonra qatılaşdırılmış südü və vanilini əlavə edib bərkiyənədək çalırıq. Yağlı xəmiri buzxanadan çıxarırıq. Hər birini 4 hissəyə bölürük. Buzu açılan kimi soba qabına kalka kağızı sərib yığırıq. İki üç yerdən çəngəl ilə deştəkləyirik.200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Bu qayda ilə hamısını bişirib yığırıq.Tamam soyuduqdan sonra yarısının üz hissəsindən qırıntıları əlimiz ilə götürürük.Birini götürüb krem çəkirik ikinci layı qoyuruq.Üstünü və yanlarını kremləyib hər bir tərəfini ovxantıya batırıb qoyuruq. Pirojna hazırdır.

Napoleon pirojnası Napoleon tortu çox ləzzətli olmaqla bərab Read More

Gül kələminin turşusunu sınamayanlar üçün sadə resept. 
Ərzaqlar:
2 ədəd gül kələmi, 1 ədəd acı bibər, 1 baş sarımsaq, 3-4 baş şüyüd qurusu, 1 x.q kərəviz qurusu, 1 ç.q reyhan qurusu, duz
Hazırlanması:
Gül kələmini balaca hissələrə ayırıb, təmiz yuyuruq.
Qazanda su qoyub, qaynadırıq. Qaynayan suya gül kələmini salıb, 5-10 dəqiqə saxlayırıq.
Sudan çıxarıb, qaba yığırıq, soyuruq.
Banka ya da tuj qazan götürüb, bütün ərzaqları qat-qat yığırıq.
1 l bankaya 3 x.q duz töküb, qarışdırırıq. Sonra duzlu suyu gül kələminin üstünə tökürük.
Gül kələminin üzünə çıxana qədər duzlu su hazırlayıb, əlavə edirik.
Təxminən 2-3 həftəyə yeyilməli olur.

Gül kələminin turşusunu sınamayanlar üçün sadə resept. Read More

Bu da sevdiyimiz Badamburanın resepti - ətraflı isə daimi ünvanda www.resept.az
Ərzaqlar:
Xəmir üçün: 900 q un, 2-3 yumurta, 200 q kərə yağı, 2 x.q xama, 1 ç.q quru maya, aparanadək süd
İçlik üçün: 500 q badam ləpəsi, 500 q şəkər tozu, 1/4 ç.q hil
Yağlamaq üçün: 400-450 q kərə yağı
Hazırlanması: Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq. Yağı əridirik. Mayanı ilıq süddə qarışdırırıq 5-10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı və xamanı əlavə edib qarışdırırıq. Yumşaq xəmir yoğururuq. Xəmirin üstünə sellofan çəkib, dəsmal qoyub, adyala bükürük, 1-2 saat acımağa qoyuruq. İçlik hazırlayırıq. Badam ləpəsinin qabığını təmizləmək üçün: Badam ləpəsinin təmizlənməsi baxa bilərsiniz. Təmizlədikdən sonra quruması üçün  tavada az qovurub soyuduqdan sonra sürtgəcli maşından keçiririk.Çəkilmiş badama şəkər tozu və hil ilə qarışdırırıq. İçliyimiz hazırdı. Xəmirdən 10 ədəd kündə düzəldirik. Kündənin birini götürüb az un səpib oxlov ilə nazik yuxa yayırıq. Yuxanı əlimiz ilə az dartıb böyüdürük və yağlayırıq. Bu qayda ilə 5-5 yuxaları yayıb yağlayırıq. Yağlanmış və üst- üstə yığılmış bu yuxaları şəkildəki kimi bükürük. Bükdüyümüz yuxaları 3 sm enində kəsirik. Kəsilmiş bir lenti götürüb əlimizlə içini oval formada açırıq. İçinə 2 çay qaşığı içliktən qoyub bükürük. Bükülən tərəfi aşağıda olmaqla qaba kağız sərib yığırıq.Eyni qayda ilə hamısını hazırlayırıq. Bütün badamburaları hazırlayib qurtardıqdan sonra bişirməyə başlayırıq. Qurumasın deyə üstünə selofon çəkirik. 170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk. Bişirərkən badamburaların üzü qızarmamalıdır ağ qalmalıdır. Bişmiş badamburaları düz qaba yan-yana yığırıq tamam soyuduqdan sonra isə qazana yığıb ağzını örtürük.  Nuş olsun!

Bu da sevdiyimiz Badamburanın resepti - ətraflı isə daimi ün Read More

Kartoflu pirojki – kiçiklərin də, böyüklərin də həmişə sevdiyi ləzzət. Ətraflı reseptlər üçün isə daimi ünvan  www.reSept.az 
Ərzaqlar:
Xəmir üçün:
350 q xama (smetan), 2 ədəd yumurta,50 q kərə yağı, 2  x.q duru yağ (qarğıdalı), 1 paket qabartma tozu, 1 ç.q duz, 4 st un
İçlik üçün:
6 ədəd kartof, 2 ədəd baş soğan, 1 x.q əridilmiş kərə yağı, duz, istiot,zövqə görə şüyüt, qızartmaq üçün duru yağ
Hazırlanması:
İçliyi hazırlamaq üçün baxın: https://resept.az/kartof-ezmesi/
Xəmiri hazırlamaq üçün dərin qaba xamanı, yağları, duzu, qabartma tozunu və yumurtanı əlavə edib qarışdırırıq.
Az-az undan əlavə edib əvvəlcə qaşıqla sonra əlimiz ilə qarışdırıb yumşaq xəmir düzəldirik.
Xəmirdən 50 q kündələr düzəldirik.
Kündənin birini götürüb oxlovla qalınlığı 0,5 mm olmaqla uzunsov yayırıq. 
İçlikdən qoyub şəkildəki kimi bükürük.
Bu şəkildə bütün kündələri hazırlayırıq.
Tavanı ocağın üstünə qoyub içinə duru yağı əlavə edirik. Yağ qızdıqda hazırladığımız perajkiləri qoyub hər iki tərəfini qızardırıq.

Kartoflu pirojki – kiçiklərin də, böyüklərin də həmiş� Read More

Ləzzəti və görünüşü ilə fərqli bir plov -Xırda küfdəcikli zoğallı plov. Daha ətraflı, daha fərqli resetplər üçün www.resept.az saytına baxın. 
Ərzaqlar:
4 st düyü, 500 q çəkilmiş qoyun əti, 6 ədəd baş soğan, 300 q zöğal, 5-6 x.q əridilmiş kərə yağı, duz, istiot, sarıkök
Qazmaq üçün:
3 x.q qatıq, 1 ədəd yumurta
Hazırlanması:
Düyünü 2-3 dəfə yuyub sonra duzlu suda islağa qoyuruq.
Soğanın qabığını soyub 5 ədədi nazık uzun 1 ədədi isə xırda doğrayırıq.
Nazik uzun doğranmış soğanı tavaya töküb üstünə az duz və 2 x.q əridilmiş kərə yağı töküb qızılı rəngdə olanadək qovururuq.
Çəkilmiş ətin üstünə duz, istiot və xırda doğranmış soğanı əlavə edib kiçik küftəciklər düzəldirik.
Küfdəçikləri qovrulmuş soğanın üstünə əlavə edib özünü tutandan sonra qarışdırırıq. ½ çay qaşığı sarıkök tökürük. 
Küfdəciklər 10-15 dəqiqə bişdikdən sonra zöğalın yarısını əlavə edib tamam bişənədək qovururuq. Zövqə görə duz və istiotunu əlavə edib ocaqdan götürürük.
Adi qaydada düyünü qaynayan duzlu suda bişirib süzürük.
Süzülmüş düyünü 3 yerə bölürük.
Bir hissəsinə zoğalın yarısını töküb qarışdırırıq. Bir hissəsinə sarıkök töküb qarışdırırıq. Bir hissəsi adi qalır.
Plovu dəmə qoyacağımz qazana 1 x.q əridilmiş kərə yağı töküb istidirik.
Sonra qatıq ilə yumurtanı çalırıq.
Qazanın dibinə 3-4 x.q düyüdən töküb qatığı da bura əlavə edib qarışdırıb qazanın dibinə yayırıq.
Adi düyünü tökürük.
Sonra yarı zoğallı yarı sarıköklü düyünü də qazana əlavə edirik. Üstünə əridilmiş yağdan töküb dəm almağa qoyuruq.
1 saata plov dəm alacaq.
Plovu qaba çəkib üstünü bəzəyib yağ töküb süfrəyə veririk.

Ləzzəti və görünüşü ilə fərqli bir plov -Xırda küfdə Read More

×