revanfilms

revanfilms

revanfilms is one of the top Book Lovers influencer in Azerbaijan with 2474 audience and 30.56% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

2,474

AudienceAudience

30.56%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Book Lovers


Portfolio

Standout projects making waves around the web

image

“Zəhmət çəkib sosial şəbəkədən izləyin” ______________________________________ 29 aprel tarixində dostlarla birgə Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi film nümayişinə getdik. Qeydiyyatla idi, hər şey rahat görünürdü. Ancaq yenə də problemlər baş verdi. Onların fikrincə, Rəvan tənqid etməməli, razılaşmalıdır. Elə şey olmayacaq. Gəlin, nə baş verdiyini bir-bir sadalayım. 1. “Sərt yazmısınız” deyən tənqidçiyə cavabım Nümayişdən öncə Sevda Sultanova mənimlə danışmaq istədi. Razılaşdım. Dediyi cümlə bu oldu: “Çox sərt yazmışdınız keçən dəfə”. İndi sual verirəm: Adı sərt qələmiylə tanınan Sevda xanım niyə başqasından həlimlik gözləyir? Yoxsa bu sərtlik yalnız özlərinə aiddir? Onlar tənqid edə bilər, amma biz yox? Sevda xanıma keçən il fiziki hücum olanda ilk dəstək verənlərdən biri mən olmuşam. Bloqumda yazılar paylaşmış, dostlar arasında onu qorxmaz tənqidçi kimi tanıtmışam. Amma indi mənə sərt söz dediyi məqamda – bu, haqsızlıqdı. Nümayiş zamanı evdən hazırlaşıb gələn, işdən çıxıb tələsən, müəllimi ilə gələn tələbələri geri qaytarmağı bilirlər, amma tənqidi həzm edə bilmirlər? Edəcəklər. 2. Verilən vədlər və tutulmayan sözlər Keçən dəfə film nümayişlərinə məsul Ülviyyə xanım bizə orada söz vermişdi: “Bu film Nizami Kino Mərkəzinin 500 nəfərlik zalında şənbə və ya bazar günü nümayiş olunacaq”. Hələ də xəbər yoxdur. Əvəzində mənə deyilən budur: “Film 2 ay prokatda qalıb.” Yəni düşünürlər ki, biz o sözü unudaq və filmə kinoteatrlarda baxaq? Qətiyyən. Çünki: • Bu filmə nümayiş sözü verilib. Yerinə yetirilməlidir. • Daha vacib məsələ: Azərbaycanda filmlər rusca və ya türkcə dublajla nümayiş olunur. Subtitirlərdən isə danışmağa dəyməz. • Bura Azərbaycandır. Filmlər orijinal dildə, Azərbaycan dilində subtitrlərlə və Azərbaycan dilində dublaj seçimi ilə nümayiş etdirilməlidir. Bu şərait olmadığı üçün artıq 7 ildir kinoteatrlarda xarici filmə baxmıram. Ölkənin tanınmış kinotənqidçisindən bu münasibəti məyusedici hesab edirəm. Amma İttifaq o nümayişdən boyun qaçıra bilməyəcək. Dediklərinə görə, film üçün 2 min manat xərcləməlidirlər. Xərcləsinlər! Ayıblarını örtsünlər. * Davamı və əsas hissəsi rəy bölməsində.

34
image

“Zəhmət çəkib sosial şəbəkədən izləyin” 29 aprel tarixində dostlarla birgə Azərbaycan Kinematoqrafçılar İttifaqının keçirdiyi film nümayişinə getdik. Qeydiyyatla idi, hər şey rahat görünürdü. Ancaq yenə də problemlər baş verdi. Onların fikrincə, Rəvan tənqid etməməli, razılaşmalıdır. Elə şey olmayacaq. Gəlin, nə baş verdiyini bir-bir sadalayım. 1. “Sərt yazmısınız” deyən tənqidçiyə cavabım Nümayişdən öncə Sevda Sultanova mənimlə danışmaq istədi. Razılaşdım. Dediyi cümlə bu oldu: “Çox sərt yazmışdınız keçən dəfə”. İndi sual verirəm: Adı sərt qələmiylə tanınan Sevda xanım niyə başqasından həlimlik gözləyir? Yoxsa bu sərtlik yalnız özlərinə aiddir? Onlar tənqid edə bilər, amma biz yox? Sevda xanıma keçən il fiziki hücum olanda ilk dəstək verənlərdən biri mən olmuşam. Bloqumda yazılar paylaşmış, dostlar arasında onu qorxmaz tənqidçi kimi tanıtmışam. Amma indi mənə sərt söz dediyi məqamda – bu, haqsızlıqdı. Nümayiş zamanı evdən hazırlaşıb gələn, işdən çıxıb tələsən, müəllimi ilə gələn tələbələri geri qaytarmağı bilirlər, amma tənqidi həzm edə bilmirlər? Edəcəklər. 2. Verilən vədlər və tutulmayan sözlər Keçən dəfə film nümayişlərinə məsul Ülviyyə xanım bizə orada söz vermişdi: “Bu film Nizami Kino Mərkəzinin 500 nəfərlik zalında şənbə və ya bazar günü nümayiş olunacaq”. Hələ də xəbər yoxdur. Əvəzində mənə deyilən budur: “Film 2 ay prokatda qalıb.” Yəni düşünürlər ki, biz o sözü unudaq və filmə kinoteatrlarda baxaq? Qətiyyən. Çünki: • Bu filmə nümayiş sözü verilib. Yerinə yetirilməlidir. • Daha vacib məsələ: Azərbaycanda filmlər rusca və ya türkcə dublajla nümayiş olunur. Subtitirlərdən isə danışmağa dəyməz. • Bura Azərbaycandır. Filmlər orijinal dildə, Azərbaycan dilində subtitrlərlə və Azərbaycan dilində dublaj seçimi ilə nümayiş etdirilməlidir. Bu şərait olmadığı üçün artıq 7 ildir kinoteatrlarda xarici filmə baxmıram. Ölkənin tanınmış kinotənqidçisindən bu münasibəti məyusedici hesab edirəm. Amma İttifaq o nümayişdən boyun qaçıra bilməyəcək. Dediklərinə görə, film üçün 2 min manat xərcləməlidirlər. Xərcləsinlər! Ayıblarını örtsünlər. * Davamı və əsas hissəsi rəy bölməsində.

50
image
image
image
image
image
video
video

- ? "Diego Maradona" (2019) / Rejissor: Asif Kapadia • Dünya futbolunun əfsanəsi dünən vəfat etdi. Onun haqqında saatlarla danışmaq olar, ancaq bu dəfə lakonik olacaq. Dünya tarixində (fərqi yoxdur hansı sahədə) az da olsa, bəzi insanlar var ki, onlar olduqları yerin mentalitetini dəyişib, səviyyəsini çox yüksəldiblər. Maradona da bu qəbildən olanlardandır. Uğursuz 2 illik Barselona macərasından sonra onu istəyən tək komandaya - Napoliyə transfer olur. Ona qədər Napoli ortabab bir komanda idi və hər il sadəcə liqada qalmaq uğrunda mübarizə aparırdı. Maradonanın gəldiyi il Napoli liqanı 7-ci, sonrakı il 3-cü, daha sonrakı il isə ÇEMPİON tamamlayır. Elə həmin il (1987) İtaliya kubokuna da yiyələnirlər. Bu zəfərlər klub tarixində ilk idi. Bəli, Maradona Napoliyə tarix yazmağa gəlmişdi. Ancaq ən böyük uğurlarından birini də bundan bir il əvvəl - 1986-cı ildə ölkəsinə tarixində ilk (və hələ də son dəfə) dünya çemionluğunu yaşadanda əldə etmişdi. Dörddəbir finalda İngiltərəyə əvvəlcə əl ilə, 3 dəqiqə sonra bütün stadionu keçərək vurduğu qol hələ də xatırlanır. Və ikinci qol əsrin qolu seçilmişdi. 1990-cı ildə Argentina bir daha Dünya Kubokunun finalına çıxır, ancaq bu dəfə Qərbi Almaniyaya məğlub olur. Həmin il Napoli Maradonanın liderliyində yenə liqanı qalib tamamlayır və UEFA kubokuna yiyələnir. Maradona Napolinin tanrısı idi. Ancaq təəssüflər olsun ki, həmin vaxtlar Maradonanın özü ilə futbol kariyerasının kokain və başqa bir neçə səbəbə görə çöküşünün başlanğıcı idi. __ Sənədli film onun Napoli ilə milli kariyeralarına, şəxsi həyatına, yüksəlişinə və çöküşünə fokuslanır. Həqiqətən də, keyfiyyətli iş alınıb. Maradona daim biz futbolsevərlər tərəfindən xatırlanacaq. Napoli və Argentina milli komandası üçün etdikləri misilsizdir. Hər iki komanda da məhz onun sayəsində bu qədər uğur qazanıb. Seyr etdiyim ən yaxşı futbolçu olan Messinin də dediyi kimi, o, ən yaxşı idi. Maradonaya təkcə bir futbolçu kimi yox, novator kimi yanaşmaq lazımdır. Şübhəsiz ki, o bizə ilham verir və tək bir insanın nələr edə biləcəyini bir daha xatırladır. İşıqlar içində yat, əfsanə. __ ? #maradona #diegomaradona #aztagrambaku #bloggerazerbaycan #instaaz #film

372
image
image
image
image
image
image
image
image
image
image
video

? “Ahlat Ağacı” | 2018 - Alınlarımıza yazılmış yalnızlıqlar... • Nuri Bilge Ceylan adını sinema tarixinə qızıl hərflərlə yazdırmış rejissordur. Son 3 filmi - #birzamanlaranadoluda, #kışuykusu və #ahlatağacı rejissorun ən yaxşı filmləri olmaqla bərabər, fəlsəfə və insan psixologiyasını özündə birləşdirir. Haqqında danışacağım film isə Nuri Bilge Ceylan’ın sonuncu şah əsəri “Ahlat Ağacı” (2018) olacaq. Filmin texniki nüansları barədə deyə bilərəm ki, çəkilişi, rejissor işləri, musiqisi, ssenarisi, həmçinin aktyor və aktrisa ifaları çox güclüdür. Bununla yanaşı, bəzi qüsurların olduğunu da vurğulamaq lazımdır. Məsələn, bəzi səhnələrdə işıq və rəng cəhətdən səhvlər var idi. Və epizodik rolları ifa edənlərdən bəzilərinin zəif oyunu filmin mənfi cəhətləri haqqında söyləyə biləcəklərim sırasındadır. Amma bu kimi mənfilər çox az idi deyə gözə batmırdı. F. Fellini deyirdi ki, yaxşı filmin qüsurları olmalıdır. Həyat kimi, insanlar kimi... Bir çox dialoq və monoloqları özündə ehtiva etməsi "Ahlat ağacı"nı rejissorun digər filmlərindən fərqləndirən əsas nüans olduğunu deyə bilərəm. Dialoq və monoloqlar isə mükəmməl yazılıb. Əsas obraz Sinan’ın universiteti bitirib kəndə gələndən sonra qarşılaşdığı, danışdığı hər insan cəmiyyətin müxtəlif təbəqəsindəndir. Əsər başdan-başa dialoq və monoloqların bir-birini əvəz etməsi üzərində qurulub. Biz bunlardan filmin “dərdlərinin” (cəmiyyətin yeni fikirləri qəbul etməməsi, xəyallarımız, alın yazısı, dövlət, ədəbiyyat, din xadimləri, ata-oğul, ümumiyyətlə, ailə münasibətləri və s.) nə olduğunu anlayırıq. Film bir çox sual verir, amma cavab vermir. Yalnız filmin sonunda bir cavab tapırıq. Bəs, onunla kifayətlənməliyikmi? Filmdə belə bir cümlə keçir: “İnsan niyə həmişə ən yaxınında duran həyatı seçib, yalnız onu yaşamaq məcburiyyətindədir?” Sual hazırki durumumuzu aydın şəkildə açıqlayır. Bəlkə də o “Balaca qara balıq” olsaq, hər şey dəyişəcək. “Ahlat Ağacı” bir çox suala cavab axtaran və həyata realist yöndən yanaşan filmdir. Heç düşünmədiyiniz məqamlara rast gələcəyiniz və özünüz üçün də bir çox qərar verəcəyiniz bir film olacaq. Mütləq izləyin bu filmi və ən əsası da filmlə qalın.

1677
image
image
image
image
image
image
image
video
video

- ? Summer Interlude (1951) • Inqmar Berqman rejissorluğa 1946-cı ildə başlayır, ard-arda bir çox film çəkir. Haqqında qısaca bəhs etməyə çalışacağım film kariyerasının 5-ci ilinin 10-cu filmidir. #summerinterlude hər kəsə doğma gələ biləcək nadir əsərlərdəndir. Sevincin, həm də kədərin filmidir. Keçib-getmiş xoşbəxt anlar, xatirələr, ilk eşq və həyatın dözülməz gerçəklikləri. Həyatın bədii əksi. Film gözəl çəkilmiş balet səhnələrinə, çox yaxşı operator işi və inamlı aktyor oyununa sahibdir. Sadə və bir o qədər dərin ssenari tamaşaçını ekrana bağlaya bilir, yayın nəşəsi və nəfəsi duyulur. Bir həzin musiqinin vacib səhnələrdə işlənməyi də yaxşı alınıb. Həmişə vurğuladığım kimi, sənətdə axtardığım əsas meyar "həqiqət"dir. Bir sənət əsəri qətiyyən mübaliğə ilə bəzənməməlidir. Gözəl ola bilər, ancaq heç bir halda bəzəkli olmamalıdır. #sommarlek (filmin isveç dilində adı belədir) məhz belə filmdir. Daim axtarışında olduğum incəsənət nümunəsidir. Inqmar Berqman bir müsahibəsində (Müsahibələrini "Sinematografi İnsan Yüzüdür" adlı kitabdan oxuya bilərsiniz. Türkcədir, dilimizə tərcümə olunmayıb) "Summer Interlude" barədə "ən sevdiyim filmimdir" deyib. Onun filmlərinin bir xüsusiyyəti var, film bitəndə, demək olar ki, tamaşaçının ağlında heç bir sual qalmır. Rejissor problemlərin bədii həllini verir və sanki bu filmlə də həyatın hər şeyə rəğmən davam etdiyini, edəcəyini və bunun labüd olduğunu çatdırır. Kino tarixinin ən önəmli rejissorlarından birinin şəxsən ən sevdiyi filminə hər kəs baxmalıdır deyə düşünürəm. Xoş seyrlər! __ ? Postu sola sürüşdürərək filmin mövzusu, janrı, verilən xallar, sitatlar və fraqmentə baxa bilərsiniz. ? Film ugurfilm. com saytında mövcuddur.

377
image
image
image
image
image
video
video
video

? "Certain Women" | 2016 _ "Bəşəriyyətin ortaq dəyərləri din, dil, irq, bayraq kimi anlayışlar deyil. Ağrı, kədər, sevinc və sevgi kimi anlayışlardır" - Krzysztof Kieślowski • 2016-cı ili kino baxımından möhtəşəm saya bilərik: "La La Land", "Manchester by the Sea", "Moonlight", "Arrival", "Nocturnal Animals", "The Salesman" və s. Siyahını 50-60 filmə kimi uzatmaq olar. Bəhs edəcəyim film - "Certain Women" isə dəyər görmədi. Halbuki, bu film tipik Hollivud filmi deyil, sentimentallıq və qeyri-təbiilikdən uzaqdır, ortaya atdığı problemlər, üslubu və reallığı əks etdirməsi ilə seçilir. Əsasən, 4 qadın və onların həyatlarının bir anından bəhs edir. Bunu edərkən başqa bir çox nüansa da toxunur. Eyni duyğular, eyni problemlər, eyni məişət qayğıları biz izləyicilərə bütün insanların eyni olduğunu göstərir. 4 qadının hər biri özləri üçün vacib bir problemlə vuruşur. Biri vəkildir və müvəkkili onu anlamır. Biri bir kişinin evinin həyətindəki nəhəng tikinti daşlarını öz evinin bir hissəsinə fərqlilik qatmaq üçün almaq istəyir. Digər 2 qadının biri hüquq təhsili ala-ala evinə çox uzaq bir yerə həftədə 2 dəfə gəlib, bu qəsəbədə yaşayan yetkinlərə dərs deyir. Digər qadın isə təsadüfən onun bir dərsində iştirak edir, ondan xoşu gəlməyə başlayır. Filmin alqışalayiq hissəsi odur ki, real insan portretləri nümayiş etdirməyi bacarıb. Müasir insan qarşısındakından əvvəl özünü, öz dərdlərini düşünür. Filmdə bu, sadə və gözəl şəkildə işlənib. Kaya Özkaracalar demiş, film məhz bu hissədə feminist film olmaqdan imtina edir, sükanı başqa tərəfə çevirir. Obrazlar özümüzük və ya tanıdığımız insanlar. Bəzi obrazlar çox danışmır, bəziləri soyuqdur, bəziləri yorğun, bəziləri isə sanki Merso ("Yad" əsərinin qəhrəmanı). Bəzi izləyicilər bu filmin ssenarisini çox adi olmaqda günahlandırıb bəyənməmişdi. Amma elə deyil. "Certain Women" izləyiciləri zəhərləyən boş filmlərdən deyil. Həyatdan bir fraqmentdir. Realdır. Ümumbəşəridir. Bütün nüansları ilə dram janrının müstəsna nümayəndələrindəndir. Mütləq izləyin bu filmi və ən əsası da filmlə qalın.

675
image
image
image
image
image
image
video
video
video

? "Portrait of a Lady on Fire" | 2019 _ "Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək" - Hüseyn Cavid 8 Mart münasibətilə sizi təbrik edirəm, xanımlar. Yaxşı ki, varsınız! _ 8 Martda paylaşılacaq film, yəqin ki, daha çox qadınlara xitab etməli, əsrlər boyu davam edən problemlərini göstərməlidir. Dövrün atmosferini çatdırmaqda, operator ilə rejissor işində, aktrisa oyunu və ssenaridə qüsursuz olan “Portrait of a Lady on Fire” keçən ilin ən yaxşı filmlərindən idi. Haqqında bir çox yerdə LGBT filmi olduğunu yazsalar da, mən belə düşünmürəm. Bu film qadınlar, qadın haqları və ən əsası, saf sevgi ilə bağlıdır. Film 18-ci əsrin Avropa mühitinin ümumi ab-havasını əks etdirir. Filmdə qaldırılan problemlər (qadın haqlarının olmamağı, kişilərin üstün olduğu toplumda əzilmələri, öz sənətlərini sərbəst şəkildə icra edə bilməməkləri və s.) hələ də aktuallığını qoruyur. Filmdə kişilərə qəsdən yer verilməyib. Bunu rejissorun kişilərin hakimiyyətinə etirazı kimi başa düşə bilərik. Bir feminist film bəzi qanunlara riayət etməlidir. Məsələn, baş rollar qadın olmalı, qadın seks obyekti kimi göstərilməməli, qadınlar bir-biriləri ilə dialoqlarında kişilər barəsində deyil, başqa mövzulardan söhbət etməlidirlər və s. Bu film həmin qaydalara riayət edib. Mifologiyadan izlər daşıyan sənət nümunəsini müasir “Orfey və Evridika” kimi başa düşə bilərik. Filmdə qadınların bir-birinə daim kömək etməli olduqları və kişilər qarşısında aciz olmadıqları (nümunə: filmin əvvəlində əsas obrazımız dənizə düşən qutusunu gedib üzərək özü gətirir. Yanında olan heç bir kişidən kömək ummur) layiqli şəkildə izləyiciyə çatdırılıb. 2 qadın arasındakı saf eşqi baxışlarla, sentimentallığa varmadan hisslərlə ötürməyi bacaran rejissor seks səhnələrinə yer verməyib, izləyicini manupilasiya etməkdənsə, öz dərdini çatdırmağı seçib. Filmdə musiqi cəmi 2 səhnədə var. Bəs mən bunu niyə önəmsəyirəm? Çünki film bu nüansı ilə belə yenə əsl incəsənət nümunəsi olduğunu sübut edir. Musiqilərlə izləyicini duyğusallığa sürükləmir. Qısaca, "Portrait of a Lady on Fire" möhtəşəm filmdi. Mütləq izləyin bu filmi və ən əsası da filmlə qalın. #portraitofaladyonfire

776
image
image
image
image
image
video
video

? "Carol" | 2015 - "Mən indiyə kimi hər şeydən çox kitablarımı sevmişəm. Bundan sonra hər şeydən çox səni sevəcəyəm və kitabları birlikdə sevəcəyik" Səbahəddin Əli – Canım Aliyə, Ruhum Filiz • Eşqin sərhədlərinin olmadığını və hər şeyə qadir olduğunu, eyni zamanda da ən təhlükəli hiss olduğunu düşünənlərdənəm. Zülfü Livaneli deyir ki, eşq bir uçurumun kənarında gözübağlı yeriməkdir. Amma hər halda, eşq hər şeyə rəğmən yaşanmalı və biz də bu bulaqdan su içməliyik. Bəlkə, dadı xoşumuza gəldi? Bəzi filmlər qüsursuzdur və izləyərkən böyük həzz verir. “Carol” da onlardan biridir. Filmdə 2 qadının - Carol və Therese'nın bir-birinə eşqinə şahid oluruq. Onlar problemlər, həyat şərtləri və cəmiyyət qınağı üçbucağında öz eşqlərini yaşamağa çalışırlar. Filmə dair ən çox bəyəndiyim nüans bu eşqi şişirtmədən, mübaliğəsiz ifadə etməyi və bir çox #lgbt filmindən fərqli olaraq seks səhnələrinin yox dərəcəsində olmağı idi. Yəni, film bu səhnələrə görə yox, estetikası, zərifliyi, yerində işlədilən musiqiləri və çox güclü aktrisa ifalarına görə diqqət çəkməyi bacarıb. Rənglərdən isə məharətlə istifadə olunub. İki nümunə verim: 1. Bir çox səhnədə qırmızı rəngdən məharətlə istifadə olunub. Qırmızı rəng ehtiras və sevgini təmsil edir. 2. Rənglərdən obrazların vəziyyətini anlamağımız üçün də istifadə olunub. Məsələn, hansısa səhnədə obraz(lar) xoşbəxtdirsə, səhnədə canlı rənglərdən istifadə olunubsa, obraz(lar)ın qəmgin vaxtlarında səhnədə soyuq rənglərin ahəngini görə bilərik. Necə də möhtəşəmdir, elə deyilmi? Carol ilə Therese birlikdə səyahətə çıxırlar və biz izləyicilər onların daxili aləmini, bir-biriləri ilə münasibətini daha aydın başa düşürük. Film həm onların, həm də digər obrazların daxili aləmini aça bilib. Bu da bir filmdə axtardığım başlıca vacib amillərdəndir. Qeyd edim ki, film qətiyyən durğun deyil və sona qədər özünü maraqla seyr etdirməyi bacarır. İlk dəqiqədən son dəqiqəyə qədər fövqəladə irəliləyən və əla finala sahib bu filmi yüksək qiymətləndirirəm. Mütləq izləyin bu filmi və ən əsası da filmlə qalın.

1006
image
image
image
image
image
image
video
video

- ? Paris, Texas / 1984 Rejissorluq kariyerasını hələ də sürdürən alman kinematoqraf Wim Wenders'in "Qızıl Palma Budağı" ("Palme d'Or") mükafatlı filmi, haqqında olan bütün təriflərə layiqdir. Wim Wenders ərsəyə gətirdiyi "Yol" trilogiyasına görə bu mövzunun ən tanınmış rejissoru sayılır. Elə "Paris, Texas"ı da bir yol filmi adlandıra bilərik. Həm bir yerdən başqa yerə, həm də dolayı yolla insanın özünə, daxilinə səyahəti. Film ilk 1 saat etibarilə məni sehrləmişdi. Elə o an film bitsəydi belə mənim üçün bəs idi. Lakin hələ cavablandırılmalı suallar qalırdı və biz növbəti 90 dəqiqəyə də tamaşa etməliyik. Filmin davamı da elə ilk bir saat kimi əla irəliləsə də, müəyyən anlarda temp düşür və bu da tamaşaçının səbirini sınağa çəkir. Mən bu durumdan şikayətçi deyiləm, ümumi baxanda mükəmməl bir film olduğun qeyd etməliyəm. Xüsusilə, son 30 dəqiqə məna etibarilə əvəzsizdir və filmin bütün mahiyyəti bizə aydın olur. Film barədə rəyləri oxuyarkən biri diqqətimi çəkmişdi. Deyirdi ki, bu filmi 3 qısa filmin tamamı kimi də başa düşmək olar. Razıyam! 1. Travis və qardaşı 2. Travis və oğlu 3. Travis və keçmiş həyat yoldaşı arasındakı məsələlər. Travis'in hər biri ilə münasibətləri əskiksiz, ən emosional anlarda belə sentimentallığa məhəl qoymadan çatdırılıb. Yuxarıda da qeyd etdiyim kimi, filmin son 30 dəqiqəsi çox önəmli və çox təsirlidir. Ancaq bu təsir bayağı duyğusal səhnələr, bacarıqsız rejissorlar kimi səhnələri musiqi ilə qaldırmaqla yox, saf reallıqla əldə edilib. Bu təsirin ən üst formasını Wong Kar Wai şahəsəri "In the Mood for Love" filmində hiss etmişəm. Hər iki ustada alqış! Filmə qayıdaq. Hər şeyin çoxunun ziyan olduğu kimi, eşqin də böyüklüyü fəlakətə gətirib çıxara bilər. Nizaminin təbiri ilə desək, "artıq içiləndə dərd verir su da". Sonlara yaxın əsas qəhrəman Travis'in monoloqu (monoloq demişkən, Haluk Bilginer'in "Masumiyet" filmindəki monoloqunu yad etməsək, olmaz) bütün suallara cavab verir. Nəticə etibarilə, ailə, valideyn olma ilə özündən qaçma və özünə qayıdış mövzularını diqqətlə işləyən Wim Wenders, kino tarixinə çox böyük bir film qazandırıb. Mütləq izləyin bu filmi və ən əsası da filmlə qalın.

524