Ağayeva Sabina

instagram.com
Sabina cuisine is one of the top Food influencer in Azerbaijan with 25814 audience and 3.16% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
25.7k
Engagement Rate
3.1%
Channel Accounts

Feed

Hər vaxtınız xeyir,dostlar. Hər birinizin günü uğurlu keçsin???????? Sevdiklərinizi belə maraqlı muffinlərlə sevindirin????Hazırlaya bildiyiniz hər hansı bir keks reseptini, bu şəkildə fərqli və sevdiyinizə özəl hazırlayın,onları təəccübləndirin.Mən öz hazırladığım resepti qeyd edəcəm. “Ürəkli surpriz muffinlər”. Hə,bir də əgər siz istəsəniz eyni bu resepti ,”kərpic çörək qabı”dediyimiz formasınsa da hazırlaya bilərsiniz.
Ərzaqlar

3ədəd yumurta
200qr şəkər tozu
0,5armudu st.duru yağ(qoxusuz)
0,5st süd
Bir paket qabartma tozu
Bir paket vanilin
3st un
Hazırlanmasl

Şəkər,yumurta,vanilin mikserlə çırpın. Daha sonra südlə,yağı əlavə edin. Sonda qabartma və unu qatıb xəmiri hazırlayın

Xəmiri qablara boşaldarkən ehtiyyatlı olun. Xəmiri az tökün. Çünki içərisinə bişmiş ürək qəliblər qoyacaqsız və üzərindən bassıracaqsız deyə. Boşən zaman xəmir daşa bilər. 

Ürək üçün isə “Qırmızı məxmər” reseptindən istifadə edə bilərsiniz.❣️ #sabinas_cuisine

Hər vaxtınız xeyir,dostlar. Hər birinizin günü uğurlu k Read More

Hər vaxtınız xeyir dostlar????????‍♀️ Bu gün sizə balaca bir qəlb buraxıram.Özü də çox dadlı bir qəlb???? “Qırmızı məxmər tortu”,”red velvet” 5,6il öncə bu tort mənə sadəcə qida boyası qatılmış bir təam kimi görsənirdi.Amma hazırladıqdan sonra,inanılmaz dadlı və nəmli biskiviti,yüngül kremi bir başqa cürə zövq verdi???? Qarşıdan gələn “Valentin günü”üçün hazırlaya bilərsiniz.

Biskiviti

3ədəd yumurta
300qr şəkər tozu
250ml kefir
0,5çq soda
Bir çay qaşığı qabartma tozu
2çq gel qida boyası
200ml duru yağ
1xq kakao
1paket vanilin
2,5st un

Krem

33,35%qaymaq
Şəkər kirşanı,yaxud squşonka
Vanilin

1.❣️Quru ərzaqların hamısını ələklə bir qaba ələyin. 
2.❣️şəkərlə yumurtaları mikserlə çırpın
3.❣️kefirin içərisinə boyanı qatıb,qarışıma əlavə edin və duru yağı da qatın
4.❣️Quru ərzaqları da əlavə edib xəmiri qarışdırın
5.❣️yağlı kağız sərilmir diametri 28sm olan listə xəmiri yayıb,170,180C temp. 40dəq.bişirin

Hər vaxtınız xeyir dostlar????????‍♀️ Bu gün sizə bal Read More

Gecəniz xeyir əziz,dostlar.İftara sizə möhtəşəm bir salat resepti verəcəyəm.İnanın ən favori salatınız olacaq o qədər əminliklə deyirəm.Əvvəlcə bu ləzzətli reseptə görə @azladywestern  mənim əzizim Dilarə xanıma təşəkkür edirəm.Evimizin ən sevimli təamına çevrilib. “Bulqur salatı”. Mütləq sabah hazırlayın və şəkillərini atın paylaşım????
Ərzaqlar
1st bulqur(iri dənəli)
3,4ədəd kapya bibər(qırmızı uzun)
Xiyar tutması
Konserva qarğıdalı
Cery pomidor(xırda pomidor) 
Göy soğanın ancaq yaşıl yeri
Şüyüt və cəfəri
 
Sosu üçün
1iri diş sarımsaq
3xq duru yağ
2,3xq soya sosu
1xq narşərab
Paprika,duz

Qeyd: bibərləri mütləq ocaqda közləyin,o zaman salat xüsusi dadlı olur(mən qazın üzərində közləyirəm) Dənəsi iri bulqur alın. Adi qaydada qanadıb,suyunu süzün,soyusun. Sonra salata istifadə edin.(çox bişirib,əzməyin,dən-dən qalsın bulqur)
Və sosu süfrəyə verərkən tökün salatın üzərinə. Mütləq hazırlayın,çox gözəl salatdır????

Gecəniz xeyir əziz,dostlar.İftara sizə möhtəşəm bir salat Read More

Axşamınız xeyir dostlar. Dünən gecədən bəri gözlədiyiniz  Napoleon tortu qarşınızdadır.Çox gözəl reseptdir.Ən  önəmlisi isə xırt-xırt qatlar və ləziz tort olur. İnanın möhtəşəm bir tort olur. İllərdir bu reseptlə hazırlayıram yeyən bilir ləzzətini. Sizdən xahişim zəhmət olmazsa postu aktiv tutun.Mən də sizə bu möhtəşəm tortun reseptini və hazırlanma qaydasını izah edim.

Xəmir üçün ərzaqlar
600qr yağ(soyuducudan çıxmış,soyuq yağ)
2ədəd yumurta
2xq sirkə
1dolu olmayan ç.q duz
1kq un 
Və soyuq,buz kimi su(ümumi həcmi 0,5l olmalıdır)

Hazırlanması

Unun bir qisminin üzərinə yağı,sürtkəcdğn keçirdirik,başlayırıq iri bıçaqla yağı xəmirə yedirtməyə.Qalan unu da bura əlavə edirik. Xəmirin ortasına çuxur açırıq.Soyuq suyun içərisinə yumurtaları,sirkəni və duzu əlavə edib qarışdırırıq(bu məhlulun ümumi həcmi 0,5l olmalıdır) az-az xəmirə əlavə edib, bıçaq köməkliyile xəmiri bir yerə toparlayırıq.İri bir kündə olur.Bu kündəni iki yerə bölüb,salafana bükürsüz 2saatlıq soyuducuda qalır.Sonra hər kündəni 4yerə bölürsüz.Yağlı kağız üzərinə bir az un səpib kündələri açıb,üzərini çəngəllə deşirsiz. Bu arada kündələri soyuducuda saxlayırsız,bişdikcə bir-bir çıxardıb,yayıb,bişirin. Kündələr soyuq olmalıdır.160,170c temp,Vintilyasya ilə qatlar asta-asta bişirilir. Ümumi 8,9ədəd 30sm.lıq korjlar olur. 

Krem isə
Mən napoleonu yağlı kremlə edirəm daha dadlə və xlrt-xırt olur. Zavarnoy krem testaları nəmləndirir və tort yumuşaq olur. 

Bu torta 
500qr kərə yağı
1,5qab qaynamış qatılaşdırılmış süd getdi(squşonka) 
2paket Vanilin

Axşamınız xeyir dostlar. Dünən gecədən bəri gözlədiy Read More

Hər vaxtınız xeyir dostlar✋????Yenidən hər birinizi xoş gördüm.Hər biriniz üçün çox darıxmışam????Qucaq dolusu sevgilər deyib,ətirli bir resept paylaşıram.????”Limonlu tart”???? 
Ümid edirəm ki,bəyənəcəksiz. Aktiv olsanız çox şad olaram????
@anchor.azerbaijan 
@anchor.azerbaijan 
@anchor.azerbaijan

Ərzaqlar 

Un 200qr
Anchor kərə yağı 80qr(soyuq)
Bir çimdik duz
Bir çq.vanilin
1ədəd yumurta 
Şəkər kirşanı 30qr

????limonlu kurd????
1xq limon cedrası(limonun qabığını rəndələmək)
4ədəd limon soku(150qr)
Nişasta(qarğıdalı) 20qr
Şəkər tozu 200qr
Yumurta sarısı 4ədəd

Üzərinin bezesi üçün

4ədəd yumurta ağı
Bir çimdik duz
50qr şəkər tozu

Nəyi başa düşməsəniz yazıb,soruşun????

Hər vaxtınız xeyir dostlar✋????Yenidən hər birinizi xoş g Read More

Hər vaxtınız xeyir mənim dəyərli,xoşniyyətli,əziz izləyicilərim. Bir neçə gündür yeni paylaşım edə bilmirəm. Bu gün istədim sizlərin istəklərinizi nəzərə alım.Bir dəfə də belə sorğu keçirtdim.Və sizlərin istədiyi reseptləri hazırladım.Buyurun,yazın növbəti resept,paylaşım nə olsun?  Bu arada şəkili çəkəndə paylaşmağı nəzərdə tutmamışdım,amma sevdim deyə ,dedim sizinlə də bölüşüm????

Hər vaxtınız xeyir mənim dəyərli,xoşniyyətli,əziz izləy Read More

Sizi sevən,dəyər verənlərlə keçsin ömrünüz! Sevgi gününüz mübarək❤️ “mini ürək Muss tortu”
MINI-HEART CAKES FOR YOUR VALENTINE???? Mousse cake
Sizi sevən,dəyər verənlərlə keçsin ömrünüz! Sevgi gününüz mübarək❤️ “mini ürək Muss tortu”
MINI-HEART CAKES FOR YOUR VALENTINE???? Mousse cake

Sizi sevən,dəyər verənlərlə keçsin ömrünüz! Sevgi g Read More

Mənim əziz,hamıdan dəyərli izləyicilərim Novruz Bayramınız Mübarək! Bahar gəlişi ilə evlərinizə,ocaqlarınıza ruzi-bərəkət gəlsin,canınız sağlam,cibiniz dolu olsun.Daha gözəl bayramlara sevdiklərinizlə birlikdə çıxasınız????????????
Və bu da mənim bayram paxlavam.Əgər bəyənsəniz deyin,resepti qeyd edim.????

Paxlava
800qr un
1st süd
200qr xama( smetan)
150kərə yağı əridilmiş
1xq şəkər tozu
1dolu olmayan ç.q quru maya
Duz bir çimdik
2ədəd yumurta(biri bütöv,birinin təkcə sarısı)
Vanilin

Hazırlanması

Mayanın üzərinə bir xörək qaşığı ilıq süd şəkəri əlavə edib qarışdırırıq,ağzını örtürük opara olsun(mayalansın).10dəq.Sonra unun ortasına mayanı və digər ərzaqları əlavə edib orta yumuşaqlıqda xəmir hazırlayırıq.Xəmiri qoyuruq ən azı yqrım saat mayalansın.Xəmirdən 12ədəd kündə tuturuq. İkisi böyük,10nu kiçik.

İçlik
600qr qoz ləpəsi
500,550qr şəkər tozu
1xq hil
Paxlavanın üzəri üçün
300qr kərə yağl(əridilmiş)

Şərbət
2st şəkər tozu
1st su
1dilim limon
2xq bal
Şərbətin hazırlanması
Şəkərin üzərinə suyu tökürük və limon dilimini. Şərbət qaynayanda ocaqdan götürürük.

Bişirəcəyiniz qabın altını yağlayırıq. İlk qat qalın olmalıdır.yayıb səririk.Üzərinə içlikdən səpirik.Və beləliklə bütün qatları hazırlayırıq. 11ci qatın üzərinə içlik səpilmir.Və üzərinə 12ci biraz qalın qatı yayıb,səririk. Romb şəkilində kəsib,üzərinə iki ədəd yumurta sarısını və 1çq duru yağı qarışdırıb çəkirik. Üzərinə fındıq(qoz,badam)düzüb qoyuruq sobaya. Paxlavanın üzəri qaysağlayanda sobadan çıxardıb,kəsdiyimiz formaları biraz da biçaqla dərin kəsirik,üzərinə əritdiyimiz yağdan gəzdiririk.(Yağ qatlara tam daxil olsun deyə belə edirik) Təkrar sobaya qoyuruq.Paxlava 1saata yaxın bişməlidir.Sobadan çıxan paxlanın üzərinə soyuq şərbəti gəzdiririk.
Mənim listimin diametri 31sm idi.

Mənim əziz,hamıdan dəyərli izləyicilərim Novruz Bayramın Read More

Salam,dostlar.Hər birinizin Torpaq Çərşənbəsi(İlaxır) mübarək! Allah süfrələrinizə bərək,canınıza sağlıq versin.????Bu da mənim şəkərburalarım. Yəqin ki,artıq hamınız hazırlıq görmüsünüz.Amma mən yenə də öz reseptimi yazacağam ki,hazırlamaq istəyənlər olar. Çox gözəl,yumuşaq şəkərburalar olur.Nə sualınız olsa,nədə çətinlik çəksəniz elə bu postun altına yazarsız????????????

1kq un
3yumurta(2sinin təkcə sarısı,biri bütöv)
200qr smetan(25%)
300qr kərə yağı(mən anchor istifadə etdim)
Ç.q ucunda duz
Ç.q ucunda quru maya (çq.nın 1/4i)
Vanilin
1st-nın başı yarımçıq süd(200ml.stəkanın)

İçlik
500qr fındıq ləpəsi(təmizlənmiş)
450qr şəkər tozu
Hil
İçlikdən biraz qaldı məndə

Hazırlanması

Yağla, yumuşaq yağı əlinizlə ovun. Süddən başqa digər ərzaqları da əlavə edin.Sonda ilıq süddən az-az əlavə edib orta yumuşaqlıqda xəmir hazırlayın.(xəmiri çox yumuşaq etməyin,qaldıqca boşalacaq) 20,25dəq.Xəmiri dinləndirin. Sonra iki hissəyə bölün xəmiri. Yarısını paketə büküb,sərin yerə qoyun(soyuducuya da qoya bilərsiniz) Xəmirdən 40qr.lıq kündələr hazırlayın. Hamısını yayıb,üzərinə salafan paket örtün. İçlikdən 2,5desert qaşığı qoyub bükün.Üzəri quruyanda bəzək vurub 160C temp.30dəq bişirin.Altı qızaranda götürün.43,44ədəd şəkərbura çıxır. Hədsiz ləzzətli,yumuşaq şəkərburalardır. #sabinas_cuisine Reseptə görə dünyalar gözəli Elmira xanıma təşəkkür edirəm @elmira_gadirova ????????????????

Salam,dostlar.Hər birinizin Torpaq Çərşənbəsi(İlaxır) Read More

×