Leyla D. Mom of SuperHeroes

instagram.com
Twinsmom_leyla_davud is one of the top Parents/Kids influencer in UAE with 42541 audience and 1.22% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.
Audience
42.5k
Engagement Rate
1.22%
Channel Accounts

Feed

Hialuron turşusu artıq hamımıza məlum olduğu kimi üz dərimizə çox gözəl təsir göstərir. 
Mənim ən sevdiyim cəhəti isə yanaq hissələrimdə, daha doğrusu almacıq sümüklərmin üzərində highlights effekti verməsidi.?
Lakin burada da “artıq içiləndə dərd verir su da” misalını sizə xatırlatmaq istərdim.☝️
Məhz yüksək faizli (97%) hialron turşulu serumlarını tez-tez ve çox miqdarda istifadə etdiyiniz zaman üz dərinizdə problemlər yarana bilər. Səpkilər.❌ _____________________________________________________ ?Bu məhsul daha çox problemsiz quru, normal və qarışıq dəri tiplərinə məsləhət görülür. ?Həftədə yalnız 2-3 dəfə.
?Gündüz vaxtı. Gecə vaxtı tədbiq etsəz dəriniz nəfəs ala bilməyəcək. Məhsul gecə istifadəsi üçün ağırdı.
?Çox az miqdarda tədbiq olunur. Cəmi 3 damcı bütün üzə bəs edir. Bu isə o deməkdi ki çox ekonom bir qulluq vasitəsidi. Bu qablaşdırmanı rahat 1 il işlətmək olar.
?İherb.com saytından sifariş edə bilərsiz. ?Qiyməti münasibdi. Lakin çox vaxt sold out olur.

Hialuron turşusu artıq hamımıza məlum olduğu kimi üz dəri Read More

Heç uşaqlara iş buyurursuz? Neçə yaşından başlamısız?
Boynuma alıram ki  Cavidə 6 yaşa qədər gözünün üstündə qaşın var deməmişəm. Desəydim də nənəsi qoymazdı.?
Lakin əkizlər həyatımıza izinsiz daxil olduqdan sonra?Cavidin öhdəlikləri əmələ gəldi.
Əkizlər özləri isə 3 yaşdan etibarən böyüyüblər. İnkişaf daha tez gedib.

_____________________________________________________________ ✅Bu gün ki gündə Cavidin bazarlıqdan daşıdığı yük mənim yükümdən ağır olur. ✅Yemək yedi qabagın özü yığışdırır. Çayın özü süzür. ✅Həftəsonları əkizlərin çantaların yığır. Əvvəllər çantanın içində olmagı lazım olanların düz yarısın qoymurdu amma indi professional olub. ✅Evdə tozsoran işi Cavidə baxır. ✅Öz yerin özü yığır. ✅Geyimlərini özü dolaba yığır. Çirk təmiz oldugun özü tənzimləyir. 
_____________________________________________________________ ✅✅Əkizlər də öz yedikləri qabların yığışdırırlar. ✅✅Lazım olanda süfrə salmaga kömək edirlər. ✅✅Suların özləri töküb içirlər. “Mama, su ver” söhbəti yoxdu bizdə.❌
✅✅Meyvə, tərəvəz özləri soyuducudan götürüb yuyub elə qabıqnan da yeyirlər . ✅✅Bilərəkdən nəsə dağıldanda tozsoranla bacardıqları qədər təmizləyirlər. ✅✅Eyinlərindən çıxan çirkli paltarları “laundry” otağına qoyub. Əvəzinə təmiz paltarlarıda özləri götürürlər. Həm üst, həm alt. Aynur demək olar tam sərbəst şəkildə özü geyinir. Ayxana biz yardım edirik.? ___________________________________________________

Yaza-yaza özüm də təəcübləndim nə qədər şey bacarırlar uşaqlarım.?Təvəzükarlıqdan uzaq olsa da. Özləri özlərinə yemək də bişirməyi öyrəndilərmi vəssalam. Komforlu həyat məni gözləyir.?
Lakin zarafatı bir qıraga qoysaq təbii ki bütün bunları etmək üçün uzun sinirli bir yol keçmişik. Bacarsınlar deyə hər şeyi əl altında qoymuşam.☝️
O qədər dispenserin axan suyun silmişik uşaqlarnan bir yerdə. Üstümüz başımız su olub. İşim əksinə artıb amma nəticə olaraq özləridə əziyyət çəkiblər deyə daha yerə sü tökmürlər. 
Hə, birdə məndə daha özüm üçün su süzmürəm. Ayxana deyirəm gətirir.?
Növbəti mərhələ qabyuyan maşına qabların düzməyi öyrətmək. Təmizləri isə öz yerlərinə yerləşdirmək.?

Heç uşaqlara iş buyurursuz? Neçə yaşından başlamısız? B Read More

Biz hara qaçırıq? Niyə qaçırıq? Səbəbi nədir bu qaça-qaçın? 
Elementar bir misal gətirim. Liftdə yüksək mərtəbəyə qalxdıgımız zaman kimsə orta mərtəbələrdə çıxanda belə biz 30 saniyə gözləmirik dərhal qapının bağlanma düyməsin basırıq.⏳ ______________________________________________________

İlk növbədə mən özüm. Bütün günü qaçıram. ?Səhər oyandım qaçıram məktəbə. ?Çünki məktəbdən sonra tez evə qaçıb əkizləri bağçaya yığmalıyam. ?Uşaqlar evdə yox ikən qaça-qaç ev işləri, küçə işləri. ?Sonra yenə məktəb, bağça. ?Qaçırıq evə çünki Cavid istirahət edib əlavə dərslərə getməlidi. ?O intervalda hamının qarnı doymalıdı. ?Məşqələlərdən sonra yenə qaçırıq evə əkizlər tez yatmasalar səhər vaxtında oyana bilmirlər. ?Hələ bu aralara mən blogun postların və sizinlə ünsiyyəti sığışdırmaga çalışıram. ?Bəhs etdiyim normal tempimizdi  əgər əlavə nəsə çıxmış olsa, vəssalam qaça-qaçın «обороту» daha da böyüyür. 
Məsələn hər ayın sonu Cavidin məktəb imtahanları. ?Həftəsonu desək bir ayrı qaça- qaç. 1506 işi 2 günə şığışdırmalıyıq. ?Bakıda olanda ayrı bir hekayə. Burda bari axşamlar evdə oluruq. Bakıda isə evdən başqa hər yerdə.? _____________________________________________________

Ara-sıra özümə “dur” demək istəyirəm. Dayan. Stop. Amma düşünürəm onda sabaha nə qədər iş yığılar və qaçmaga davam.
Hələ mən bu templə işləmək fikrinidə ara-sıra dilə gətirirəm. Sonra ayıq başla sağlamlıgımı da düşünürəm. Deyirəm özüm özümə «придержи коней, мать».?‍♀️ ______________________________________________________ ❓Öncə yazdıglarımdan daha çox məni narahat edən bir sual daha var. Həmişə mi belə olacaq? Həyatımızda texnologiyaların çoxalmasına baxmayaraq qaça-qaça davam edəcəyik?

Biz hara qaçırıq? Niyə qaçırıq? Səbəbi nədir bu qaça-q Read More

Dünən planşetlərdən danışdıq bu gün isə gəlin onun qardaşı TV dən danışaq.
«Не буду кривить душой» 1 yaşlarından etibarən əkizlər (vaxtı ikən Cavid də) limitli olaraq TV-yə baxırlar.
Smart TV işimi xeyləm asanlaşdırır yalnız özüm məsləhət bildiyim cizgi filmlərini, uşaq mahnılarını yandırıram.?
Keçən il bağçaya getmədikləri üçün Ayxan «карьера» -sının pik nöqtəsində idi. Həddinnən artıq çox baxırdı, daha doğrusu tələb edirdi. Ağlayırdı. Zırlayırdı.?
Bu il isə bağça o qədər dəyişib ki Ayxanı tanıya bilmirəm. TV-nin yanıq olmasını istəyir amma bütün günü nəsə danışır, oyunlar qurur, mərdimazar hərəkətlər edir. Arada onu idarə etməkdən o qədər yoruluram deyirəm “Sən Allah otur nəyəsə bax!” Cavab. “Yox baxmıram”. Mən??‍♀?.
Aynurun isə il ömür marağı olmayıb TV-yə. Arada bir “Buratinoya” baxır.?
Caviddən artıq rahatam Netflix dən ağıllı filmlərə baxır. Ara-sıra azır düzdü, Youtube da oyun oynayıb özlərini ön kameraya çəkənlıri izləyir. Çox məntiqsiz videolardı vallah.?
@photosbymariamerkulova

Dünən planşetlərdən danışdıq bu gün isə gəlin onun qar Read More

Tam 10 ay olacaq ki, əkizlər ipad (planşet, tablet) görmürlər. 
İlk gündən etibarən canımızı nə qədər oxusalar da telefon, ipad olamamasına qərar vermişdik. Verdiyimiz qərarı canla-başla yerinə yetirdiyimiz üçün əkizlərin əlinə ipad (telefon) düşsə belə,  Youtube dan başqa heçnəyi aça bilmirlər. Heç bir oyunu tanımırlar.❌
Keçən il Aynur telefona çox böyük maraq göstərirdi. Əlindən dartıb almırdım. 5-10 dəqiqə baxırdı sonra deyirdim mənə telefon lazımdı. Qaytarırdı. Elə-elə maragı itdi. 
Sonuncu dəfə Dubayda istirahət etdiyimiz zaman rahat otura bilmək üçün ipadı özümüzlə götürüb cizgi filmi yandırmışdıq. Heç biri baxmadılar. Yalnız bizim diqqətimizi tələb etdilər. İstirahətin sonunda çənələrimizi hiss etmirdik.? _____________________________________________________________ “Uşağım  ipad də elə oyunlar oynuyur vallah heç mənim xəbərim yoxdu olardan”. Və ya “ipada baxıb mahnı, əlifba öyrənir” çox qeridə qalmış bir baxış açısıdı.
Çünki müasir zamanə bizə yalnız uşaqla canlı ünsiyyət qurularaq inkişaf etməsini vacib oldugunu göstərir.☝️
Yalnız keçən il yay aylarında Bakıda smart tv olmadıgı üçün cizgi filmlərinə ipad da baxırdılar. Bu il çalışırıq yeni mənzilə köçməyi çatdıraq ki bu problemdə aradan qalxsın.
❓Qorxuram vallah bu sualı verməyə uşaqlarınız ipadla (planşet, tablet) nə qədər oynayırlar? Neçə saat?

Tam 10 ay olacaq ki, əkizlər ipad (planşet, tablet) görmürl Read More

Həkim xüsüsən də pediatr mövzularında çox həssas bir insanam. 
Uşaqlar xəstələnəndə heç səbrim-dözümüm olmur. İstəyirəm dərhal, pediatr kabinetindən çıxan kimi sağalsınlar. Bu arada deyim “türkə çarə üsüllar”, çöpçülər heç mənlik deyil! Uşaq yansın qızdırma içində, evdə saxlayım bədən mübarizə aparsın. Bunu da edə bilmirəm. 
___________________________________________________

Pediatr seçimim həm Bakıda, həm də Abu Dabidə uğurlu olub. Bakıda Cavid doğulan gündən Nərgiz Yusifova olub pediatrımız. Əkizlər doğulanda isə çox işin bilməz, özündən razı bir pediatr çıxdı qarşımıza. Xəstəxanadan çıxa çıxmaya imtina etdik! 
Bütün peyvəndlərimizi də yalnız Nərgiz xanıma güvənərək etmişik.

____________________________________________________

Burdaki pediatrımızın fərqi isə uşağı yalnız 1 dərman ilə müalicə etməsidi.☝️
Elə olub ki,deyib “gedin evə bu virus həyatın sürməlidi.Bol maye qəbul edin”. Vəssalam. Əsəbləri sakit bir insandı. Xoş aurası var. Çox güvənərək, inanaraq gedirik qəbuluna və səhəri gün uşaqlar maşAllah ayaq üstə olurlar.?
Qəbulu cəmi 1 dəqiqə çəkir. 30 saniyə mən danışıram. Həmin 30 saniyə ərzində uşağı müayinə edir. Növbəti 30 diaqnoz qoyur. Və gülür.?Əlavə nəsə sual verəndə yenə gülür.?
Yəni “dur çıx bayıra. Nə lazım idisə dedim”. Nə də olur səbəb olaraq çirklənmiş ətraf mühüti göstərir. Qısa və konkret. ?Hansı dərmanlar təyin olunubsa tibb bacısı qəbul bitdikdən sonra məlumat verir. ?Dərmanların necə qəbul olunmalı olduğunu isə klinikanın nəznində olan aptekdə farmaseftlər tərəfindən izah olunur.
?Onu da qeyd edim ki,  Abu Dabidə olan pediatrımızın qəbuluna təsadüfən bura köçəndən cəmi 1 ay sonra təcili yardımda düşmüşdük. Günorta Aynur ağzının ətrafında səpki ilə yatmışdı. Duranda isə ağzının içi düz boğaz yoluna qədər qerpes idi. Həyatımda o an keçidiyim qorxunu hələ yaşamamışdım.
Səhərisi gün qerpeslərin göz önündə yox olmasını görəndən sonra hər gün Allaha qarşımıza əsl həkim çıxardığı üçün Şükür edirəm.?
Bəs siz Bakıda hansı pediatrlara güvənirsiz? Yazın bir çox analar üçün faydalı olar bu məlumat.

Həkim xüsüsən də pediatr mövzularında çox həssas bir ins Read More

Ən çox bəyəndiyim bloggerlər. Xarici bloggerlər. 
Yerli bloggerləri bir səbəbdən qeyd etmirəm. İzləyirəmsə, demək ki bəyənirəm.❤️ ____________________________________________________

Hər gün çox məlumat, pozitiv enerji aldıgım səhifələri qeyd edirəm.
@khalidalameri @salamamohamed İG daxil olan kimi ilk öncə bu cütlüyün yeni paylaşımları varmı,yoxmu check edirəm. Facebook -a yalnız onların daha uzun videolarını izləmək üçün daxil oluram. Üzümüzdə gülüş yaradaraq çox gözəl sosial mesajlar ötürürlər.
@karenwazenb Əkiz qızları üçün ürəyim gedir. Həm də etdiyi işlərə heyran qalıram. Zövgü isə sadəcə WOW.
@samoylovaoxana Üç uşaq anası həm də super baxımlı əsl mənim zövgümə uyğun bir xanım. Razıyam bir az abartıb üz-gözü ilə amma olsun. Yenə  bəyənirəm. Özgüvəni tavandı.
@eylulonline Ay Allahım 2 ayı olmamış uşağı az qala danışdırsın. Bilirsiz niyə çünki bütün gün danışır. O qədər gülürəm uşağı daha nələrə bənzətmir.
@adem_gunes Hər bir ana üçün bu səhifə qızıl dəyərində olmalıdı. Uşaqlara aid gözəl paylaşımlardan ibarətdi yalnız.
@armanayse Bu xanım çox özəldi. Qızı ilə qurdugu münasibətlərinə heyranam. Hələ sayəsində heç vaxt gedməyəcəyim Mumbaini də uzaqdan-uzaga gəzmiş oluram.
@seymasubasi Nə deyirsiz deyin bu qızın ayrı bir havası var. Dünya aləmdə vecinə deyil. Əsl bu zəmanənin adamı.

______________________________________________________

Bu arada deyim ki bir çox yalnız xarici mügənni və aktyorları follow edirəm amma izləmirəm nə hekayələrin, nə də postların. Unfollow da edə bilmirəm. Çox manyak insanam adların görməyəndə darıxıram.?‍♀️
Bir tək satış səhifələrini izləmirəm. Tabu qoymuşam hamısına. Özümü ələ ala bilməyib çoxlu sifarişlər etdiyim üçün.?
Son olaraq onu deyim ki bir tip bloggerləri sevmirəm bir gözəllik salonu - kafe - gözəllik salonu kruq edənləri.?
❓Keçib bari bura qədər oxumusuzsa bir zəhmət sevdiyiniz bloggerləri qeyd edin⁉️

Ən çox bəyəndiyim bloggerlər. Xarici bloggerlər. Yerli blo Read More

Yalnız bu gün. Yalnız bu postun altında iherb məhsulların hansı səhifələrdən sifariş etmək olarsa hamısını tag etməyinizə qarşı deyiləm. Səhifələr özləri də aktiv ola bilərlər.
Bunu isə ona görə edirəmki bir çox ana uşaqlarını zəif immun sistemindən çox narahat olurlar. Xəstəliklərdən övladların qorumaq istəyirlər.? ______________________________________________________

Echinacea. Deep immune support.
Bu sehirli məhsul sayəsində biz bu ili demək olarki heç bir ciddi xəstəlik olmadan başa vururuq. 
Bundan öncə isə hər il bağırsaq virusu uşaqları yaman günə qoyurdu. Aynur ilə hətta birinci il xəstəxanada qalmalı olmuşduq.?
Tək bir virusa qarşı deyil ümumi immun sisteminin güclənməsi üçündü.?
Təbii ki il boyu bir neçə dəfə xəstələniblər. Yalnız 2-3 günə yüngül formada keçiriblər. 
______________________________________________________ ?Məhsul təbii tərkiblidi. Ona görə tam rahat şəkildə tövsiyyə edə bilirəm. ?3 yaş üstü uşaqlara gündə 2 ml qəbul olunur. 1-3 yaş uşaqlara gündə 1 ml. ?Kurs şəkilində. 3 həftə. Daha sonra 1 ay fasilə edirik və ehtiyac olsa yenidən başlıyırıq. ?Əgər uşagınızın immun sistemi çox-çox zəifdisə fasilə elədiyiniz 1 ayda engistol qəbul edə bilərsiz (biz etmirik ehtiyac yoxdu). Beləliklə imunitet möhkəmlənənə qədər ehinaceya ilə növbələşdirə bilərsiz.

Ümüdvaram bir çoxlarınıza bu post göydən düşmə faydalı olacaq. Təki balalar sağlam böyüsünlər.??

Yalnız bu gün. Yalnız bu postun altında iherb məhsulların h Read More

Baxıram son zamanlar yazdığım postlara Allahım, necə də hamısın uzun-uzun yazmışam.?‍♀️Lap özümün ürəyi sıxıldı. 
Amma sizə halal olsun vallah aktiv şəkildə rəy yazırsız. Təşəkkür edirəm.??
Həm də mən sizi daha yaxından tanıyıram və beləliklə yay aylarında olan müsabiqələrdə asanlıqla qalibləri sizin içinizdən seçə biləcəm.???
Lakin hiss edirəm tükənilmişlik sindromu yaxınlaşır.?
Zarafat edirəm sadəcə postlar üzündən beyin 7/24 işləyir. Mənəvi olaraq yoruluram. Yayda hamı tətilə çıxanda məndə vallah kafa dinliyəcəm. 
Yalnız @happy_hearts_photography  çəkdiyimiz gözəl fotoları və kitablardan oxudugum ağıllı aforizmləri sizinlə bölüşəcəm.?Söz verin o zaman da məni tək qoymayacaqsız.
❓Bu arada yay tətili üçün artıq planınız var? Mən «poşti şto» hazıram.✈️

Baxıram son zamanlar yazdığım postlara Allahım, necə də ha Read More

×