Xaricdə Çörək

Xaricdə Çörək

Xaricdə Çörək is one of the top Science / Education influencer in Azerbaijan with 33406 audience and 0.87% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

33.4k

Audience

292

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Science / Education


Business


Book Lovers


Portfolio

Standout projects making waves around the web

???????? Əziz çörəkçilər, “Təndir Talks” geri qayıdır! ???????? Bu görüşdə Almaniyada təhsil haqqında danışacağıq! ???????????? Qonağımız "University of Europe for Applied Sciences" universitetinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Leyla xanımdır. ???? Təhsil imkanları, proqramlar və qəbul prosesi ilə bağlı suallarınızı birbaşa ünvanlama fürsətini qaçırmayın. ???? İştirak ödənişsizdir ???? ???? 22 fevral ???? 14:00 ???? Aloha World ofisi Qeydiyyat üçün şərhə “+” yazın. #təndirtalks #xaricdechorek

75

Nəzakət Məmmədova Litva çörəyindən yazır...✍️???????????? Salam, əziz çörəkçilər! ???????????? Mən Nəzakət Məmmədova. 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını "Davamlı inkişafın idarəedilməsi" ixtisası üzrə bakalavr dərəcəsi ilə bitirmişəm. ???? Təhsil və Təqaüd Hazırda Litvada, Kaunas University of Technology-də (KTU) "Sustainable Management and Production" ixtisası üzrə magistratura təhsilimin son ilindəyəm.Təhsilimi Litva dövlət təqaüdü dəstəkləyir. ???? Universitetə və təqaüdə müraciət prosesi Universitetə müraciət (Dream Apply platforması): İlk addım olaraq universitetə Dream Apply üzərindən müraciət etməlisiniz. Bunun üçün adətən aşağıdakı sənədlər tələb olunur: bakalavr diplomu (və ya məzuniyyət arayışı), transkript, ingilis dili sertifikatı (minimum B2), tövsiyə məktubları və motivasiya məktubu. Application fee (müraciət rüsumu): Litvadakı universitetlərdə müraciət rüsumu adətən 100-150 avro arasında dəyişir. Rüsum ödənilmədikdə müraciətiniz nəzərdən keçirilmir. Müsahibə mərhələsi: Sənədlər düzgün təqdim olunarsa və universitetin minimal tələbləri ödənilərsə, növbəti mərhələ müsahibə olur. Bu müsahibə adətən 15-20 dəqiqə çəkir. ???? Daxili təqaüdlər və endirim imkanları Magistratura təhsilimi Litva dövlət təqaüdü ilə alıram. Bu təqaüdə müraciət prosesində əsasən iki məqama diqqət yetirilir: GPA (akademik göstəricilər) və motivasiya məktubunun məzmunu və əsaslandırması. Təqaüd qarşılayır: Aylıq stipendiya və təhsil haqqı. KTU universitetində tələbələr üçün digər daxili təqaüd proqramları da mövcuddur: təhsil haqqına 20-30% endirim, "Talent" təqaüdü (semestr ortalaması yüksək olan tələbələr üçün) və digər imkanlar Ardı rəylərdə⤵️???? #xaricdechorek #lithuania #xaricdətəhsil

220

Nərmin Məmmədova Litva çörəyindən yazır...✍️???????????? Salam, əziz çörəkçilər ???????????? Mən bakalavr təhsilimi Kaunas University of Technology-də Public Administration üzrə bitirmişəm. Bakalavr vaxtımda həm də 1 Erasmus+ exchange təcrübəsi Çexiyada (Masaryk University) keçirdim və bir neçə beynəlxalq layihələrdə iştirak etdim – məsələn, Portuqaliyada və Fransada müxtəlif layihələr, Niderlandda Erasmus funded proqramı çərçivəsində təcrübələr və Avropa Parlamenti-ndə Student Assembly tədbiri. Bu təcrübələr mənə beynəlxalq mühitdə işləməyi, layihələri idarə etməyi və müxtəlif mədəniyyətləri anlamağı öyrətdi. ???? Magistr seçimi Sonra Vilnius Universiteti-nə magistr proqramına – Marketing and Integrated Communication üzrə – keçdim, çünki gələcək karyeram üçün marketing sahəsində dərin bilik və beynəlxalq təcrübə qazanmaq istəyirdim. Vilnius Universiteti Litvanın top universitetidir və yüksək beynəlxalq reytinqi var, bu da mənim üçün böyük üstünlükdür. ???? Təqaüd imkanı Mən dövlət təqaüdü ilə oxuyuram. Azərbaycandan gəldiyim üçün Lithuanian State Scholarship proqramına müraciət etmişdim və uğurla qazanmışam (Scholarships for Full-Time Master's Degree). Bu təqaüd həm aylıq 560–700 EUR dəstək verir, həm də təhsil haqqını əhatə edir. Təqaüd sayəsində Vilnius Universitetində oxumaq mənim üçün mümkün oldu, çünki illik təhsil haqqı mənim üçün yüksək olardı. Ardı rəylərdə ⤵️???? #xaricdechorek #lithuania #xaricdətəhsil

147

Kənan Abdiyev Amerika çörəyindən yazır...✍️???????????? Mən Kənan Abdiyev, Dövlət Proqramını qazanaraq ABŞ-da “University of Maryland”-də Master of Public Policy proqramında təhsil alıram. ???????????? ???? Müraciət prosesi: Bir çox namizəd müraciət prosesini yalnız tələblərdən (dil sertifikatı, GPA, təcrübə və s.) və sənədlərdən ibarət görür. Halbuki, bu proses əslində bir sualı yoxlayır: Sən nə istədiyini bilirsən? Mənim üçün universiteti və təqaüdü qazanmaqda əsas rol oynayan yüksək göstəricilər deyil, niyə bu sahəni seçdiyimi düzgün ifadə etmək oldu. Nəzərə alsaq ki, mənim bakalavr ixtisasım Hüquqşünaslıq, magistr ixtisasım isə Dövlət İdarəetməsidir, bu sual daha da əhəmiyyətli idi. ???? Dərslər və fürsətlər Dərslərin böyük hissəsi qrup işləri, müzakirələr və keyslər üzərində qurulub. Bu tapşırıqlar fərqli ölkələrdən, fərqli düşüncə tərzlərindən olan insanlarla işləmək məcburiyyəti yaradır. “Düzgün” cavabı tapmaya və ya müəllimlə razılaşmaya bilərsən, əsas odur ki, nə dediyini əsaslandıra biləsən. Xaricdə həyat təkcə dərslərdən ibarət deyil. Mən ABŞ-a gəldikdən sonra Azərbaycan Respublikasının ABŞ-dəki səfirliyində təcrübə keçdim. Daha sonra Kaliforniyada yerləşən immiqrasiya hüquq ofisində təcrübə keçərək hüquq sistemi ilə tanış oldum. Hal-hazırda isə “Cato Institute” araşdırma mərkəzində çalışıram. Bu təcrübələri 3 cümlədə ifadə etmək olur, amma onları qazanmaq saysız müraciətlər, müsahibələr və uğursuz nəticələr olmadan olmur. Başa düşdüm ki, potensial təkbaşına kifayət etmir və fürsətlər hazır gəlmir. Onları üzə çıxaran cəsarətlə atılan addım və addımdan sonra davam etmək üçün çəkilən zəhmətdir. ????✨ ???? Tələbə həyatı Adaptasiya və universitet həyatı çətin olmadı. Universitetdə Türkdilli Tələbələr Assosiasiyasını təsis etdim və bu gün artıq onlarla üzvü olan bir icma formalaşıb. Dövlət Proqramı təqaüdü isə təhsilə fokuslanmağıma kömək etdi və bu da “Phi Kappa Phi” akademik fəxri cəmiyyətinə üzv seçilməyimlə nəticələndi. ???? ➕ Əlavə nüans: Əgər siz də xaricdə təhsil almaq istəyirsinizsə və öz-özünüzə: “Mən bacararam?” deyə soruşursunuzsa, bilin ki, bu sualı mən də vermişəm. Əlavə suallarınız olarsa, əlaqə saxlaya bilərsiniz. Uğurlar! ???? #xaricdechorek #america

1452

Murad Cəfərov Çexiya çörəyindən yazır...✍️???????????? Salam, əziz çörəkçilər ???????????? Mən Murad Cəfərov, Çexiyanın Masaryk Universitetində Maliyyə ixtisası üzrə magistr təhsili alıram. Hazırda 2-ci semestrə keçid edirəm və indiyə qədər olan təhsil təcrübəmi sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, Çexiyada təhsil almağı planlayan hər kəs üçün faydalı olar. ???? Qəbul şərtləri: Payız semestri üçün müraciətlər 15 dekabrda açılır,son tarix isə 30 apreldir. Əsas tələblər: - Bakalavr diplomu - Final transcript - İngilis dili tələbi: Universitetin özünün SCIO online ingilis dili imtahanı mövcuddur. Mənim IELTS 7.0 nəticəm olduğu üçün imtahan verməyə ehtiyac qalmamışdı (minimum 6.5 tələb olunur). Alternativ olaraq minimum 125 duolingo və ya 87 TOEFL nəticəniz varsa imtahandan azad olunursunuz. - Akademik göstəricilər: Akademik bacarıqları sübut etmək üçün SCIO GAP imtahanı tələb olunur. İmtahan o qədər də çətin deyil,əsasən məntiq və riyaziyyat bilikləri yoxlanılır. Əgər GRE və ya GMAT sertifikatınız varsa,bu imtahandan azad olursunuz. - İntervyu çox nadir hallarda olur (məndə olmayıb). (Application fee 750 CZK (təxminən 65 AZN) təşkil edir) ???? Təhsil haqqı və təqaüdlər: Masaryk universitetində iqtisadi yönümlü ixtisaslar üzrə illik təhsil haqqları 100 000 - 120000 CZK təşkil edir. Mən qəbul olan zaman “Newcomers’ scholarship” təqaüd proqramının qalibi olmuşdum. Təqaüd yaşam xərclərini qarşılamaq üçün nəzərdə tutulmuşdu və 100000 CZK təşkil edirdi. (Təəssüf ki bu ildən etibarən həmin təqaüd mövcud deyildir). Universitetə daxil olduqdan sonra qiymətləriniz yüksək olarsa (top 10%) merit scholarship qazana bilərsiniz. ???? Viza prosesi: Çexiya vizası bir az səbr tələb edir. Əsas tələb olunan sənədlər: * Müraciət ərizə forması * Qəbul məktubu * Bank arayışı * Məhkumluq haqqında arayış * Tibbi sığorta Vacib məqam: sənədlər yalnız səfirliyin tanıdığı rəsmi tərcüməçilər tərəfindən çex dilinə tərcümə olunmalıdır. Viza prosesi maksimum 2 ay, bəzən daha uzun çəkə bilər (mən 71 gün gözləmişdim). Ona görə qəbul aldıqdan sonra qısa müddət ərzində viza prosesinə başlamağı tövsiyə edirəm. Ardı rəylərdə????⤵️ #xaricdechorek #xaricdətəhsil #czechrepublic

236

Şöhrət Albandov Polşa çörəyindən yazır...✍️???????????? Salam, əziz çörəkçilər???????????? Mən Şöhrət Albandov, ???? Təqaüd və Təhsil haqqı: WSB universitetində daxili tam təqaüd imkanı yoxdur. Lakin digər Avropa universitetləri ilə müqayisədə illik təhsil haqqı münasibdir və əlçatandır. Təhsil haqqı ixtisasdan və dərəcədən asılı olaraq illik 900€ - 2500€ arasında dəyişir. Əgər təqaüdsüz qəbul alsanız, ilk ilin təhsil haqqını tam ödəməlisiniz, əks halda viza prosesində problem yarana bilər. Növbəti illərdə isə illik ödənişi aylara bölmək mümkündür. ???? Qeyd: Application fee - 250€ dur Universitetdə ən populyar daxili təqaüd Rektor Təqaüdüdür. Semestr ərzində aldığınız qiymətlərə əsasən bu təqaüdü qazana bilərsiniz. Bundan əlavə işsizlik halları üçün, xəstəlik və ya çətin sosial vəziyyət üçün müxtəlif maddi dəstək və təqaüdlər də mövcuddur. ???? Stefan Banach Scholarship haqqında qısa məlumat verim: Stefan Banach Təqaüdü Polşa hökuməti və NAWA (Polşa Milli Akademik Mübadilə Agentliyi) tərəfindən təqdim olunan beynəlxalq proqramdır. Əsasən magistratura səviyyəsində oxumaq istəyən xarici tələbələr üçün nəzərdə tutulur. Bu təqaüd adətən aylıq maddi dəstək, təhsil xərclərinə töhfə və bəzi hallarda yaşayış xərclərinin bir hissəsini əhatə edir. Müraciətlər əsasən yaz aylarında (mart-may) açılır və iyun-iyul aylarında bağlanır. Şərtlər arasında adətən bunlar olur: ali təhsil diplomi (bakalavr), akademik göstəricilərin yaxşı olması, seçilmiş ixtisasın proqram siyahısında olması, motivasiya məktubu və ingilis dili biliyini təsdiqləyən sənəd. Bu təqaüd WSB-də oxuyan tələbələr üçün də əlçatan ola bilər - əsas məsələ proqramın şərtlərinə uyğun gəlməkdir. Ardı rəylərdə ⤵️???? #xaricdechorek #xaricdətəhsil #poland #polandeducation

113

Nərmin Quliyeva İngiltərə çörəyindən yazır...✍️???????????????????????????????? Salam, əziz çörəkçilər! ???????????? Mən Nərmin Quliyeva, King’s College London-da “Education Management” ixtisası üzrə magistratura təhsili almışam. Bu yazıda müraciət prosesim, qəbul mərhələləri və İngiltərədə tələbə həyatı ilə bağlı şəxsi təcrübəmi bölüşmək istəyirəm. Ümid edirəm ki, bu yol ilə irəliləmək istəyənlər üçün faydalı olar.   ???? Müraciət prosesi və qəbul şərtləri: İngiltərə universitetlərinə müraciətlər əsasən payız aylarında başlayır və yay aylarınadək davam edir. Nə qədər erkən müraciət etsəniz, qəbul şansınız bir o qədər yüksək olur. Əksər universitetlər diplom və transkriptlə yanaşı, ixtisasdan asılı olaraq B2-C1 səviyyəsində ingilis dili sertifikatı, yüksək GPA, güclü motivasiya məktubu, tövsiyə məktubları və CV tələb edir. Sosial və humanitar sahələr üzrə isə adətən daha yüksək IELTS balı tələbi ola bilir.   ???? Təhsil haqqı və daxili təqaüdlər: Birləşmiş Krallıqda illik təhsil haqları təxminən 10 000 GBP-dən başlayaraq 30 000 GBP-dən yuxarı ola bilər. Mənim proqramım üzrə bu məbləğ təxminən 22 000 GBP təşkil edirdi. Universitetlər tərəfindən əsasən akademik göstəricilərə, bəzən isə maliyyə ehtiyacına əsaslanan, təhsil haqqının qismən və ya tam ödənilməsini əhatə edən daxili təqaüdlər mövcuddur.   ✈️ Vizaya müraciət: Qəbul məktubu və təqaüdlə təhsil alınacağı təqdirdə onun təsdiqi əldə edildikdən sonra viza prosesi başlayır. Bu mərhələdə pasport, universitet tərəfindən təqdim olunan CAS məktubu, təqaüdü təsdiqləyən sponsorship letter, TB testi və digər zəruri sənədlər təqdim olunur. Vizanın alınması prosesi bir neçə həftə çəkir.   ???? Tədris sistemi: Tədris sistemi əsasən tədqiqata əsaslanır və tənqidi düşünmə, analitik yanaşma və müzakirələr üzərində qurulub. Dərslər tələbənin düşünmə və araşdırma bacarıqlarını inkişaf etdirməyə yönəlib. Mənim oxuduğum istisas üzrə ümumi 180 kredit idi: 4 modulun hər biri 30 kredit, dissertasiya isə 60 kredit Ardı rəylərdə????⤵️ #xaricdechorek #england #education

690

İslam Nizami Macarıstan çörəyindən yazır... ✍️???????????? Salam, əziz çörəkçilər! ???????????? Mən İslam Nizami, 2024-cü ildə Stipendium Hungaricum təqaüdü ilə Budapest University of Technology and Economics (BME) universitetində Computer Science Engineering ixtisası üzrə bakalavr təhsili almağa haqq qazandım və hazırda təhsilimə davam edirəm. Macarıstanda təhsil almaq istəyən gənclərlə real təcrübəmi paylaşmaq istəyirəm. ???? Müraciət prosesi Müraciətlər adətən noyabr-dekabr aylarında başlayır və iki platforma üzərindən aparılır: Stipendium Hungaricum portalı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin sistemi. Müraciət zamanı attestat/diplom və transkript, IELTS və ya TOEFL, 350-500 sözlük motivasiya məktubu, 2 tövsiyə məktubu, tibbi arayış, Europass formatında CV və hərbi bilet və ya möhlət arayışı təqdim olunur. Son müraciət tarixi Azərbaycan tərəfi üçün 22 dekabr, Macarıstan portalı üçün isə 15 yanvar idi. Bakalavr pilləsi üzrə müraciət edənlərin DİM balları da nəzərə alınır (ixtisasa görə 450-510). Sənədlərdən sonra Təhsil Nazirliyinin müsahibə mərhələsi, daha sonra isə universitetlər tərəfindən online imtahan və ya müsahibə keçirilir. ???? Təqaüd və təhsil haqqı Stipendium Hungaricum qaliblərinin təhsil haqqı tam ödənilir, aylıq 43,700 HUF təqaüd köçürülür və tibbi sığorta qarşılanır. Təqaüd eyni zamanda universitet yataqxanalarında qalmaq imkanı yaradır. Yataqxanada qalmaq istəməyənlərə əlavə olaraq 40,000 HUF ödəniş edilir və ümumi aylıq məbləğ 83,700 HUF təşkil edir. Ödənişlər gecikdirilmir. Qeyd edim ki, Budapeşt şəhərində bu məbləğ tam kifayət etmir, lakin digər şəhərlərdə daha yetərli ola bilər. Təqaüd olmadan təhsil almaq istəyənlər üçün təhsil haqqı 3200 avro/semester təşkil edir. ???? Viza prosesi: Universitetdən qəbul və təqaüd təsdiqi alındıqdan sonra viza müraciəti edilir. Səfirliyə pasport, Acceptance və Award məktubları, sığorta, xüsusi forma və bilet təqdim olunur. Stipendium Hungaricum qalibləri viza rüsumu ödəmir. Viza prosesi təxminən 1 ay çəkir Ardı rəylərdə⤵️ #xaricdechorek #xaricdətəhsil #hungary????????

188

Nəsrin Babazadə Macarıstan çörəyindən yazır...✍️???????????? Salam əziz çörəkçilər ???????????? Mən Babazadə Nəsrin, Macarıstanda yerləşən Budapest University of Technology and Economics (BME) universitetində Chemical Engineering üzrə magistr təhsili alıram. ???? Müraciət prosesi: BME-yə müraciət prosesi tamamilə onlayn şəkildə həyata keçirilir. Mən müraciət zamanı bakalavr diplomumu, transkriptimi, CV-mi, motivasiya məktubumu, professorlarım tərəfindən yazılan tövsiyyə məktublarımı və ingilis dili biliyimi təsdiqləyən sənədləri təqdim etdim. ???? Təhsil haqqı: BME dövlət universiteti olsa da, xarici tələbələr üçün təhsil ödənişlidir. Administration fee orta hesabla 100-200 avro təşkil edir. Chemical Engineering magistr proqramı üzrə illik təhsil haqqı təxminən 6–8 min avro aralığındadır. Qəbul aldıqdan sonra universitet daxilində təqaüd qazanmaq mümkündür və bu əsasən akademik göstəricilərdən, yəni GPA-dan asılıdır. ???? Vizaya müraciət: Tələbə vizası üçün qəbul məktubu, təhsil haqqının ödənişi, yaşayış yeri ilə bağlı sənəd, bank hesabı, sığorta və digər standart sənədlər tələb olunur. Ümumi viza prosesi təxminən bir–iki ay vaxt aparır və sənədlər düzgün təqdim edildikdə ciddi problem yaşanmır. ???? Tədris sistemi: BME-də təhsil texniki baxımdan güclüdür. Riyazi hesablamalar, proses modelləşdirilməsi, laboratoriya işləri və layihələr dərslərin əsas hissəsini təşkil edir. Fənndən asılı olaraq dəyişir amma əsasən imtahanlar şifahi və ya yazılı olur. Bəzən qiymətləndirmə semestr boyunca işlədiyiniz laboratoriya işlərinə, hazırladığınız projectlərə əsasən aparılır. ???? Tələbə həyatı: Tələbə həyatı baxımından Budapeşt çox rahat və yaşaması xoş şəhərdir. Aylıq minimal yaşayış xərci təxminən 600–800 avro civarındadır. Şəhərdə tələbələr üçün uyğun nəqliyyat, kafe, kitabxana və əyləncə imkanları kifayət qədərdir. Həm akademik, həm də sosial həyat balansını qorumaq mümkündür. Ardı rəylərdə⤵️???? #xaricdechorek #xaricdətəhsil #hungary????????

320