Yasaman Jafarli

Yasaman Jafarli

Yasaman Jafarli is one of the top Entertainment influencer in UAE with 6884 audience and 2.37% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

6,884

AudienceAudience

-

Engagement

Get in touch
list-cover
location UAE
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Entertainment


Beauty


Auto


Portfolio

Standout projects making waves around the web

video

Bu gün sizinlə həqiqətən xoş bir tapıntını bölüşmək istəyirəm ????✨ Elə yerlər var ki, ora sadəcə maşın yumağa yox, özünü dəyərli hiss etməyə gedirsən. ???? Hər cümə axşamı qadınlar üçün avtomobil yuma — @profi_avto_spa pulsuzdur. Heç bir gizli şərt yoxdur, sadəcə öncədən rezerv edin. Üstəlik: • 2 maşın gətirirsən — 3-cü maşın pulsuz yuyulur • Mənim vasitəmlə gələnlər üçün 20% endirim də var Bu paylaşım reklam xatirinə deyil. Sadəcə xoşuma gəldi ki, kimlərsə qadınları düşünür, rahatlıq yaradır və bunu səmimi edir. Bəzən belə kiçik jestlər günü tam dəyişir. Maşının təmiz, özün isə məmnun çıxırsan ???? Əgər yolunuz düşsə, mütləq yoxlayın. Belə yerləri paylaşmaq istəyirəm ki, daha çox olsun ✨

25
video

Sizə uyğun istənilən avtomobil bizdə???? ???? Babək pr. 38A ???? *8887 | WhatsApp: +994 10 232 77 12

51
video

Səndə əlavə et ????????‍♀️ Bir gün təkər partladı — səbəb? Təzyiqi aylarla yoxlamamışdım. Bir dəfə mühərrik qızdı — yağ dəyişimini gecikdirmişdim. Bir dəfə parkda cızıltı səsi gəldi — kameraya həddindən artıq güvənmişdim. Bir dəfə cərimə gəldi — yol nişanına diqqət etməmişdim. Və ən əsası: servisdə sual verməkdən utanmaq olmaz. Bu il səhvləri etdim ki, sən etməyəsən Azərbaycanda ilk dəfə olaraq yalnız xanımlar üçün öz avtomobil icmamızı — #AVTOŞLADİES qrupunu yaratdım. Komentə AVTOŞ yaz, səni qrupa əlavə edim ???????? #avtomobil #polisdayandırdı #sürücülük #yolhərəkəti #maşınsürücüləri #avtosürmə #təhlükəsizlik #aztraffic #azerbaijan #avtomobilsevərlər #maşınlar #avtomobilbloqu #sürücülərüçün #yolqaydaları #baku #təlim #avto

108
video

HYDROPLANING nədir? 1️⃣ Hydroplaning nədir? Hydroplaning — təkərlə asfalt arasında su qatı yarananda avtomobilin yolla təmasını itirməsidir. Maşın sanki “suyun üstündə sürüşür”, sükan və tormoz isə demək olar ki, işləmir. 2️⃣ Bu vəziyyət nə zaman yaranır? • Təkərin protektoru aşınıbsa • Təkər təzyiqi normada deyilsə • Sürət yüksəkdirsə • Yolda su yığılıbsa Bu zaman təkər suyu yarıb keçə bilmir və maşın sürüşməyə başlayır. 3️⃣ Hydroplaning baş verəndə nə etməməli? ???? Kəskin tormozlama ???? Sükana qəfil dönmə hərəkəti ???? Qaza basmaq Bu addımlar maşını daha da idarəedilməz edir. 4️⃣ DÜZGÜN REAKSİYA ✔️ Qazı burax ✔️ Sükanı düz vəziyyətdə yumşaq saxla ✔️ Maşının öz-özünə sürəti salmasına imkan ver ✔️ Təkər yenidən yola yapışana qədər sakit ol 5️⃣ Necə qarşısını almaq olar? • Təkər protektorunu vaxtında dəyiş • Təkər təzyiqini normada saxla • Yağışlı havada sürəti aşağı saxla • Dərin su olan zolaqlardan uzaq dur • Kəskin manevr etmə Azərbaycanda ilk dəfə olaraq yalnız xanımlar üçün öz avtomobil icmamızı — #AVTOŞLADİES qrupunu yaratdım. Komentə AVTOŞ yaz, səni qrupa əlavə edim ???????? #avtomobil #polisdayandırdı #sürücülük #yolhərəkəti #maşınsürücüləri #avtosürmə #təhlükəsizlik #aztraffic #azerbaijan #avtomobilsevərlər #maşınlar #avtomobilbloqu #sürücülərüçün #yolqaydaları #baku #təlim #avto

161
video

???????? 1️⃣ Maşın tam dayanmayınca D ↔ R dəyişmək Hərəkətdə olanda rejim dəyişmək sürətlər qutusunu sıradan çıxara bilər. Həmişə tam dayan – sonra keçid et. 2️⃣ Yoxuşda/enişdə “N”-ə atıb sürüşmək Bu, idarəetməni zəiflədir, əyləci ləngidir və sürətlər qutusunun yağ dövranını pozur. Həm təhlükəlidir, həm ziyanlıdır. Həmişə D-da qal. 3️⃣ Tıxacda və ya işıqforda qazı basılı saxlamaq Bu, sürətlər qutusunu yersiz qızdırır və daxili mexanizmləri yükləyir. 4️⃣ Tıxacda və ya işıqforda freni uzun müddət basılı saxlamaq Sürətlər qutusuna daimi təzyiq edir. Ən doğrusu: • varsa Auto Hold / A rejimini aktiv et, • yoxdursa, uzun gözləmədə qısa müddətlik N-ə keç. 5️⃣ Soyuq mühərriki işə salıb dərhal sürmək Yağ soyuq olanda mexanizmlər sürtür. 30–60 saniyə gözləmək kifayətdir. 6️⃣ Yoxuşda maşını qazla “tutmaq” Qazla maşını geri qaçmasın deyə saxlamaq sürətlər qutusunu çox yükləyir. Yoxuşda həmişə əyləc və ya Hill Hold/Auto Hold istifadə et. 8️⃣ Tam dayanmayınca “P”-yə qoymaq Park mexanizmini sındıra bilər. Tam dayan – sonra “P”. 9️⃣ Sürətlər qutusunun yağını vaxtında dəyişməmək Köhnə yağ mexanizmləri sıradan çıxarır və qızmaya səbəb olur. ???? Tıxacda “D”-də saxlayıb qazla maşını dartmaq Yağı qızdırır və sürətlər qutusunub ömrünü azaldır. Auto Hold və ya qısa N istifadə etmək daha sağlamdır. Azərbaycanda ilk dəfə olaraq yalnız xanımlar üçün öz avtomobil icmamızı — #AVTOŞLADİES qrupunu yaratdım. Komentə AVTOŞ yaz, səni qrupa əlavə edim ???????? #avtomobil #polisdayandırdı #sürücülük #yolhərəkəti #maşınsürücüləri #avtosürmə #təhlükəsizlik #aztraffic #azerbaijan #avtomobilsevərlər #maşınlar #avtomobilbloqu #sürücülərüçün #yolqaydaları #baku #təlim #avto

735
video

???????? 1️⃣ Sükanı həddindən artıq bərk tutmaq Əllər gərgin, çiyinlər yuxarıda, bədən sıxılıb. Bu, adətən qorxudan və nəyisə qaçırmaq istəməməkdən olur. Amma nə qədər gərgin olsan, idarəetmə bir o qədər qeyri-rahat görünür. 2️⃣ Qaz və əyləcdən kəskin istifadə Maşın ya qəfil tərpənir, ya da sərt əyləcləyir. Yeni sürücülər çox vaxt ya qaz verməyə qorxur, ya da birdən-birə basırlar. Axıcılıq yalnız təcrübə ilə gəlir — və bu tamamilə normaldır. 3️⃣ Yalnız qabağa baxmaq, güzgüləri unutmaq Güzgülər var, amma sanki dekor üçündür. Yeni sürücü diqqətini yalnız önə yönəldir və yanları, arxanı nəzarətsiz qoyur. Təcrübəli sürücü isə yolu daim “skan” edir. 4️⃣ Zolaq dəyişərkən tərəddüd etmək Siqnal uzun müddət yanır, qərarsızlıq olur, “ideal an” gözlənilir. Bəzən isə son anda fikirdən daşınırsan. Bu bacarıqsızlıq deyil — sadəcə hələ tam güvən yoxdur. 5️⃣ Cihazlar panelinə tez-tez baxmaq Hər səs, hər işıq narahatlıq yaradır. Yeni sürücü panelə yola baxdığından daha çox baxa bilir. Zamanla maşını izləmirsən — onu hiss edirsən.

167
video

1️⃣ Ağ tüstü Normal ola bilər — xüsusilə soyuq havada su buxarı çıxır. Amma qalın və kəskin qoxulu ağ tüstü çıxırsa, bu artıq problem deməkdir: • Mühərrikə antifriz qarışır • Baş contasında problem ola bilər • Mühərrikdə həddindən artıq qızma riskidir ???? Belə tüstü varsa, maşını sürməyin — ciddi ziyana səbəb ola bilər. ⸻ 2️⃣ Mavi tüstü Bu, yağın yanmasıdır. Deməkdir ki: • Mühərrik yağ yandırır • Piston halqalarında, katalizatorunda və ya turboda nasazlıq ola bilər • Yağ sərfiyyatı sürətlə artır ???? Mavi tüstü = mühərrik artıq “kömək istəyir”. ⸻ 3️⃣ Qara tüstü Bu, yanacaq qarışığının çox zəngin olması deməkdir. Yəni: • Benzin normadan çox yanır • Injectorlar çirklənib • Hava filtri tutulub • Sensorlar (MAF, O2) səhv oxuyur ???? Maşın çox yanacaq yandıracaq və güc itirəcək. ⸻ Nəticə Tüstünün rəngi, əslində, mühərrikin vəziyyəti haqqında bir xəbərdarlıqdır. Ağ — su/antifriz problemi Mavi — yağ yanması Qara — yanacaq qarışığı problemi

35
video

. #Avtomat sürətlər qutusunda ən çox problem yaradan hissələrdən biridir ???? 1) Torque Converter nədir? Torque Converter – avtomat sürətlər qutusunda mühərrikin gücünü qutuya ötürən hidravlik bir mexanizmdir. Maşın dayananda mühərrikin sönməməsinə, hərəkətə başlayanda isə yumşaq şəkildə sürət yığmasına kömək edir. Yəni avtomat qutuda “debriyaj” rolunu oynayan hissədir. 2) Necə işləyir? Daxilində yağın təzyiqi ilə işləyən “turbina–nasos–stator” sistemi var. Bu hissələr bir-biri ilə ideal harmoniyada işləyəndə maşın yumşaq sürətlənir və zərbəsiz keçir. 3) Niyā sıradan çıxır? Səbəblər çox olur, ən məşhurları bunlardır: ???? Yağ çirklənəndə və ya vaxtında dəyişdirilməyəndə — Hidravlik təzyiq azalır, iç hissələr sürtünür və torque converter “qaçır”. ???? Həddindən artıq qızma — Uzun tıxaclar, dağa qalxma, ağır yük, aqressiv sürüş qutudakı yağı qızdırır, nəticədə converter-in iç hissələri deformasiya olur. ???? Aşağı səviyyəli və ya keyfiyyətsiz ATF yağı — Qutunun iş rejimi pozulur və converter-in “lock-up” sistemi sıradan çıxır. ???? Aşağı sürətdə vibrasiya və zərbələrə fikir verməmək — “Shudder” dediyimiz titrəmə converter-in ilk xəbərdarlığıdır. Vaxtında müdaxilə olunmasa, təmir daha baha başa gəlir. ???? Maşını D-də saxlayıb uzun müddət tormoza basmaq — Qutunun içində yüksək təzyiq yaranır və converter-in resursunu azaldır. 4) Sıradan çıxdığını necə bilək? — Aşağı sürətdə titrətmə — Sürət dəyişəndə zərbə — Maşın zəif sürət yığır — İstilik artır — Qutuda səs yaranır 5) Necə qorumaq olar? ???? ATF yağını vaxtında dəyişmək ???? Tıxaclarda maşını N-ə salmaq ???? Aqressiv sürüşdən uzaq durmaq ???? Maşın qızanda D-R arasında tez-tez keçid etməmək ???? Qutunu hər 40–60 min km texniki baxışdan keçirtmək

68
video

1. Özünə adaptasiya üçün vaxt ver Özündən “tez toparlanmağı” tələb etmə. Qəza yaşayan ən təcrübəli sürücülər belə narahatlıq hiss edir. Özünə yumşaq yanaşdıqca bərpa prosesi daha tez gedir. 2. Kiçik addımlarla başla Dərhal şəhərə çıxmağa ehtiyac yoxdur.Birinci bunlardan başla: • maşında 2–3 dəqiqə sadəcə oturmaq; • mühərriki işə salıb heç nə etməmək; • həyətin içində 50–100 metr sürmək; • tədricən qısa və tanış yola çıxmaq. Bədən tədricən nəzarət hissini geri qaytarır. 3. Rahat vaxt və məkan seç Səhər tezdən, sakit küçələr və boş yollar — qorxunu götürüb yenidən sükanı hiss etmək üçün ən ideal şəraitdir. Nə qədər az təzyiq olsa, beyin bir o qədər tez sakitləşir. 4. Yanında dəstək olması zəiflik deyil İlk gedişlərdə yaxın birini özünlə apar. İnstruktor kimi yox — sadəcə sakit bir insan kimi yanında olsun. Bəzən birinin varlığı belə narahatlığı azaldır. 5. Əgər maşın yenidirsə — ona alışmaq üçün özünə şans ver Bəzən problem qəza deyil, sadəcə yeni maşının “yad” gəlməsidir. Onu özününkü et: • oturacağı tam özünə uyğun tənzimlə; • sevdiyin qoxunu əlavə et; • özünə güvən verən musiqi qoy; • təhlükəsiz ərazidə bir neçə dəfə sür, gabaritləri hiss et. 6. Özünü başqaları ilə müqayisə etmə Hər kəsin stressə reaksiyası fərqlidir. Kimisi ertəsi gün sürür, kimisi iki həftə çəkir. Hamısı normaldır. Əsas odur ki, dayanmayasan. 7. Qorxu — zəiflik deyil, yaşamaq istəyinin işarəsidir Qorxursan, çünki həyatın, yaxınların və məqsədlərin sənin üçün dəyərlidir. Bu hiss zamanla azalacaq, yerini yenidən özünəinam tutacaq. 8. Sakitlik yavaş-yavaş qayıdacaq Bir gün özündən asılı olmadan düşünəcəksən: “Deyəsən, artıq öhdəsindən gəlirəm.” Və o zaman anlayacaqsan ki, sükana “məcbur” yox, tam nəzarətdə olaraq qayıtmısan. Bunları etməyə başladınsa, sən artıq irəli addımlayırsan, ona görə özünə inam mütləq geri qayıdacaq.???? Azərbaycanda ilk dəfə olaraq yalnız xanımlar üçün öz avtomobil icmamızı — #AVTOŞLADİES qrupunu yaratdım. #avtomobil #polisdayandırdı #sürücülük #yolhərəkəti #maşınsürücüləri #avtosürmə #təhlükəsizlik #aztraffic #azerbaijan #avtomobilsevərlər #maşınlar #avtomobilbloqu #sürücülərüçün #yolqaydaları #baku #təlim #avto

189