Evdeyoxam.Az

Evdeyoxam.Az

Evdeyoxam.Az is one of the top Photography influencer in UAE with 154686 audience and 0.04% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

69.9k

Audience

-

Engagement

Get in touch
list-cover
location UAE
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Photography


Travel


Portfolio

Standout projects making waves around the web

image
image
image
image
image
image
image
image
image
image
image
image
image

Bu postda isə 2026-cı ilin iyul – dekabr ayları üçün planladığımız turların siyahısı ilə tanış ola bilərsiz. Bu turlar dəqiqləşmiş olan proqramlarımızdır, ilk 6 ayda olduğu kimi, burada da il ərzində trendə və istəklərə uyğun olaraq əlavə, plansız mini turlar etməyi düşünürük. Həm Avropa, həm Asiya həm də Afrika’da tamamilə yeni istiqamətləri ilk dəfə 2026-cı ildə kəşf edəcəyik. Malta, Zanzibar, Albaniya’nın möhtəşəm sahilyanı şəhərləri bunlardan bəziləridir.    Aviabiletlərin uyğun qiymətə alına bilməsi, nəticə etibarilə səyahətinizin münasib büdcədə olması üçün bu turları 4-6 ay öncədən elan edəcəyik. Hansısa tura qoşulmağı çox arzulayırsınızsa, bizə yazaraq ön rezervasiyadan da keçə bilərsiz. Təqvimi dostlarınız, yaxınlarınız ilə bölüşün, indidən səyahətinizi planlamağa başlayın. Qoşulmaq istədiyiniz turun adını şərhə yazın, ətraflı məlumat yollayaq ✅ #evdeyoxam #seyahetqrupu #2026təqvim #qrupturları

80
image
image
image
image
image
image
image
image
image
image
image
image
image
image

Hər il payız aylarında olduğu kimi bu il də ənənəmizə sadiq qalaraq növbəti il üçün təqvim planımızı hazırlamışıq ????️ İl boyunca aramıza yeni izləyicilərin qoşulduğunu nəzərə alaraq bu postda özümüz haqqında məlumat bölüşdüm, biz kimik, nə edirik və s. Bir növ “tez – tez verilən suallar”a cavab rubrikası kimi.   Bizi yeni kəşf edib aramıza təzə qoşulmusunuzsa səhifəmizin post, reels və highlights (önə çıxanlar) bölməsindən illərdir etdiyimiz səyahətlərlə tanış ola bilərsiz ✈️ Paylaşdıqlarımız - etdiyimiz səyahətlərin cüzi bir hissəsi olsa da, turlarımızın necə keçdiyi haqqında sizə təsəvvür yaradacaq ????   Növbəti postlarda 2026 təqvimini bölüşməzdən öncə sizdən soruşmaq istəyirəm: gələn il bizimlə hansı şəhəri və ya ölkəni kəşf etmək istərdiniz? ???? Manifest postu olsun, arzularınızı yazın, gerçək olduğu zaman təkrar gəlib yazarsınız ????????   Qəlbində səyahət sevgisi olan hər bir kəsi aramızda görməyə şad olarıq ☺️ #evdeyoxam #seyahetqrupu #2026təqvim #manifest #manifestyourdreams #səyahət

66
image
image
image
image
image
image
image
image
image
image
image
image
image

Bu postda 2026-cı ilin ilk altı ayı üçün olan turlarımızı qeyd etmişik. Burada gördüyünüz turlar bizim əsas qruplarımızdır, dəqiqləşmiş proqramlardır. Bununla yanaşı gedişata, trendə və istəklərə uyğun olaraq il boyunca müxtəlif mini turlar (əsasən 6-8 nəfərlik) da olacaq. Bu mini turlar da hazır olduqca səhifənin story bölməsində paylaşacağıq.   Təqvimi hazırlayarkən həm izləyicilərimizin, həm də səyahət yoldaşlarımızın fikirlərini nəzərə almağa çalışdıq. Daha öncə etdiyimiz proqramlarla yanaşı ilk dəfə edəcəyimiz yeni turlar da var.    Əvvəlki illərdən fərqli olaraq bu dəfə hər bir tur üçün ayrılıqda ön rezervasiya açmırıq. Təqvimlə tanış olduqdan sonra hansısa turumuzda dəqiq iştirak etmək istəsəniz, bizə yazırsız, sizi qeyd edirik, proqram hazır olarkən ilk sizə yollayırıq. Başqa sözlə desək – təqvimlə birlikdə bütün turlarımıza ön rezervasiyanı açıq elan etmiş oluruq.   Aviabiletlərin uyğun qiymətə alına bilməsi, nəticə etibarilə səyahətinizin münasib büdcədə olması üçün turları 4-6 ay öncədən elan edəcəyik.    Təqvimi dostlarınız, yaxınlarınız ilə bölüşün, indidən səyahətinizi planlamağa başlayın. Qoşulmaq istədiyiniz turun adını şərhə yazın, ətraflı məlumat yollayaq ✅ #evdeyoxam #seyahetqrupu #2026təqvim #qrupturları

126
video
video
image
image
video
video
image
image
video
image
image
video
image
video
image
image
image
image

Cənubi Koreya'da gəldiyimiz növbəti şəhər Seul, keçmişin dərin izləri ilə gələcəyin texnologiyasını bir araya gətirən, enerjisi heç vaxt bitməyən bir metropoldur. Şəhərin hər küçəsində fərqli bir hekayə olsa da, onun müasir ruhunu ən yaxşı əks etdirən yer şübhəsiz ki, Gangnam rayonudur. ​Gangnam'ın mərkəzində, bütün dünyanı bürüyən K-pop dalğasının simvolu olan "Gangnam Style" heykəli ucalır. PSY-ın ikonik "at çapma" rəqsini təmsil edən bu nəhəng bürünc əllər, həm musiqi tarixini qeyd edir, həm də turistlər üçün əyləncəli bir foto nöqtəsi rolunu oynayır. Heykəlin yaxınlığına gəldikdə səslənən mahnı sizi bir anlıq 2012-ci ilin qlobal hitinə geri aparır. ​Yaxınlıqdakı məşhur COEX Mall ticarət mərkəzinin daxilində isə sizi heyranedici Starfield Library gözləyir. Bura sadəcə bir kitabxana deyil, 13 metr hündürlüyündəki nəhəng kitab rəfləri ilə dizayn edilmiş möhtəşəm bir memarlıq nümunəsidir. 50,000-dən çox kitabın qorunduğu bu açıq məkan, alış-verişin mərkəzində həm dincəlmək, həm də estetik bir mühitdə vaxt keçirmək istəyənlər üçün mükəmməl bir dayanacaqdır. #evdeyoxam #seyahetqrupu #seoul #korea #starfieldlibrary

73
video
image
image
image
image
image
video
image
image
image
video
image
video
video
image
image
image
image
image
image

​Gözünüzün önünə gətirin: Bir tərəfdə Seul'un simvolu olan modern COEX göydələnləri, digər tərəfdə isə 1200 illik tarixin səssizliyi... ????‍♂️ Bongeunsa məbədi Gangnam bölgəsinin səs-küylü mərkəzində zamanın dayandığı gözəl bir məkandır ​Burada sizi Koreya'nın ən hündür heykəllərindən biri olan, 23 metrlik əzəmətli Maitreya Buddası qarşılayır; onun qarşısında dayandıqda şəhərin bütün stresi sanki yox olur. ✨ Məbədin həyətindəki minlərlə rəngli fənər və daxildən gələn meditativ zəng səsləri ruhunuzu dincəldəcək. Əgər fərqli bir təcrübə axtarırsınızsa, burada bir neçə saatlıq "Temple Stay" proqramına qoşulub rahiblərlə çay içə bilərsiniz. ???? Xüsusilə axşamüstü, göydələnlərin işıqları ilə məbədin qədim memarlığı birləşəndə ortaya çıxan mənzərə fotoqraflar üçün əsl cənnətdir. ???? Bura sadəcə bir turistik məkan deyil, həm də Seulun ən çox "energy-boost" edən nöqtəsidir. Seul'a yolunuz düşsə, bu qədim sükutu görmədən qayıtmayın! ???????? ​???? Seul səyahət planınıza mütləq əlavə edin və itirməmək üçün yadda saxlayın (save) #evdeyoxam #seyahetqrupu #seoul #korea #bongeunsatemple

22
image
image
image
image
image
video
image
image
image
video
image
image
video
image
image
video
image
image
image

Seul'un müasir ritmindən qopub keçmişə səyahət etmək üçün Koreya'nın milli geyimi olan Hanbok kirayələyərək tarixin dərinliklərinə daldıq. İlk dayanacağımız olan Gyeongbokgung Sarayının əzəmətli qapılarından keçərkən özümüzü sanki bir Koreya dramının baş qəhrəmanları kimi hiss edirdik. Əlvan rəngli ipək paltarlarımızın saray divarları ilə yaratdığı kontrast hər küncdə unudulmaz kadrlar yaratmağımıza səbəb olurdu. ​Sarayın sakitliyindən sonra yolumuzu dar, dolanbac küçələri ilə məşhur olan Bukchon Hanok Village-ə saldıq. Ənənəvi Koreya evlərinin (hanok) arasında Hanbokla gəzmək, bu qədim məhəllənin ruhunu hiss etmək üçün ən doğru seçim idi. Daş divarların və kirəmit damların fonunda etdiyimiz bu gəzinti bizə Seul'un həm nə qədər modern, həm də köklərinə nə qədər sadiq olduğunu bir daha göstərdi. Bu rəngarəng geyimlər sayəsində sadəcə turist deyil, həm də bu mədəniyyətin bir parçası kimi hiss etdik. Seul bizimlə rənglərin və tarixin harmoniyası ilə vidalaşdı. Bu gün, yaddaşımızda həm vizual bir ziyafət, həm də dərin bir xatirə kimi həkk olundu. #evdeyoxam #seyahetqrupu #seoul #korea #hanbok

32
image
image
image
image
image
video
image
image
image
video
video
image
video
video
image
image
image
video
image
video

Cənubi Koreya'nın liman şəhəri olan Busan'da yerləşən Gamcheon Mədəniyyət Kəndi, parlaq rəngli evləri və labirintə bənzəyən dar küçələri ilə hər kəsi heyran edir. Bu kənd əslində 1950-ci illərdə Koreya müharibəsi zamanı qaçqınların sığındığı kasıb bir məskən idi. ???? Uzun illər baxımsız qalan ərazi, 2009-cu ildə sənətçilərin və tələbələrin "İncəsənət Kəndi" layihəsi sayəsində tamamilə dəyişilərək turizm mərkəzinə çevrildi. ???? Evlərin pilləli şəkildə tikilməsi sayəsində heç bir bina digərinin mənzərəsini kəsmir ki, bu da kəndə unikal bir memarlıq qatır. Küçələri gəzərkən hər addımda qarşınıza çıxan divar rəsmləri, heykəllər və qeyri-adi instalyasiyalar kəndi açıq səma altında nəhəng bir muzeyə çevirmiş olur. ???? Kəndin ən çox fotoşəkil çəkilən nöqtəsi isə sadiq dostu tülkü ilə birlikdə aşağıdakı rəngli evlərə baxan "Balaca Şahzadə" heykəlidir. ???? ​Səyahətçilər üçün burada xüsusi bir "möhür ovu" xəritəsi təqdim olunur; kəndin gizli nöqtələrindən möhür toplayaraq sonda xatirə kartpostalları qazana bilərsiz. ???? Yerli sakinlər hələ də bu evlərdə yaşadıqları üçün kəndi gəzərkən səssizliyi qorumaq və insanların şəxsi həyatına hörmət etmək vacibdir. Dar dalanlarda gizlənən butik kafelər və əl işi suvenir mağazaları isə sizə unudulmaz anlar və rəngarəng xatirələr bəxş edəcək. Burada gəzməkdən hədsiz zövq aldım, sevdim, hərkəsə da tövsiyyə edirəm. #evdeyoxam #seyahetqrupu #busan #korea #gamcheonculturevillage

30
image
image
image
image
image
image
image
video
image
image
image
video
image
video
video
image
video
image

Busan şəhərində yerləşən Huinnyeoul Mədəniyyət Kəndi, sıldırım qayalıqlar üzərində qurulmuş fərqli bir yaşayış məskənidir. Koreya müharibəsi zamanı qaçqınların sığınacaq yeri kimi formalaşan bu kənd, hazırda şəhərin ən mühüm incəsənət və turizm mərkəzlərindən birinə çevrilib. Sahil boyu uzanan ağ və mavi rəngli evləri səbəbindən bura tez-tez "Koreya'nın Santorini'si" adlandırılır. Dar və dolanbac küçələri gəzərkən divarlardakı rəngarəng rəsmlər və bədii instalyasiyalar sizə zövq verəcək. Kəndin ən cəlbedici cəhəti isə demək olar ki, hər nöqtəsindən açılan sonsuz okean mənzərəsidir. Bir çox köhnə ev müasir dizaynlı kafelərə və sənət qalereyalarına çevrildiyi üçün bura həm dincələ, həm də estetik fotolar çəkdirə bilərsiz. ​Aşağıda yerləşən Jeolyoung Sahil Yolu isə dənizin düz kənarı ilə yürüş etmək və dalğaların səsini dinləmək imkanı yaradır. Sakit atmosferi və dəniz mehi ilə Huinnyeoul, Busan'ın səs-küylü mərkəzindən qaçmaq istəyənlər üçün unikal bir limandır. #evdeyoxam #seyahetqrupu #busan #korea #huinnyeoulculturevillage

36
image
image
video
video
image
image
video
video
image
video
image
image
image
image
video
video
video
image
video

2025-ci ildə kəşf etdiyim yeni ölkələrdən olan Cənubi Koreya həm qədim ənənələrin, həm də texnologiyanın bir arada mövcud olduğu bir ölkədir. Burada hündür göydələnlərin kölgəsində yüzillik buddist məbədlərinə rast gəlmək olar ki, bu da ölkəyə təkrarolunmaz bir ruh qatır. Pusan (eng. Busan) şəhərində ilk olaraq Blueline Sky Parkı gəzdik. Bu park, istifadədən çıxmış köhnə dəmir yolu xəttinin yenidən bərpa edilərək müasir bir turizm mərkəzinə çevrilməsi nəticəsində yaranmışdır. Parkın ən diqqətçəkən hissəsi olan "Sky Capsule" kabinaları, dəniz səviyyəsindən 7-10 metr hündürlükdə, xüsusi relslər üzərində hərəkət edərək sərnişinlərə sonsuz okean mənzərəsi təqdim edir. Hər biri fərqli rənglərdə olan bu kiçik kapsullar həm turistlərin, həm də fotoqrafların sevimli mövzusudur. Mavi suların kənarı ilə yavaş templə irəliləyən bu vaqonlar, Pusan'ın məşhur sahil xəttini və rəngli evlərini quş baxışı ilə görməyə imkan yaradır. Aşağı hissədə isə daha böyük qruplar üçün nəzərdə tutulmuş və retro üslubda dizayn edilmiş sahil qatarı (beach train) fəaliyyət göstərir. Park boyu uzanan piyada yolu isə təmiz dəniz havası almaq və gün batımını izləmək istəyənlər üçün ideal bir marşrutdur. #evdeyoxam #seyahetqrupu #busan #korea #bluelineskycapsule

37