Farid Pardashunas

Farid Pardashunas

Farid Pardashunas is one of the top Technology influencer in Azerbaijan with 3658 audience and 1.69% engagement rate on Facebook. Check out the full profile and start to collaborate.

3,658

AudienceAudience

1.69%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Technology


Portfolio

Standout projects making waves around the web

photo
photo
photo
photo
photo
photo

Aldığım məhsula 98% gömrük ödənişləri necə etdim? Deməli belə. Dünən mətbuat günü münasibətilə Gömrük mənə belə bir hədiyyə etdi. Məsələni başdan yazım ki, kiminsə başına gəlsə qabaqcadan xəbəri olsun. 155.99 dollar dəyəri olan şəxsi istifadə üçün video işıq sifariş etmişdim Amerikadan. Camex vaxitəsilə bu işığın gətirilməsinə 70 dollar pul ödədim. Məlum oldu ki, məhsul Azərbaycana gələndə Hava Limanında Kargo terminalda saxlanılıb. Qanuna əsasən ay ərzində 1000 ABŞ dolları həcmində şəxsi istifadə üçün poç daşınmaları ilə məhsul gətimək olar. Mənim isə aylıq limitim cəmi 300 dollar idi yəni heç bir limiti keçmə halı qeydə alınmamışdı. İş belə halda, bir məsələ qalırdı. Kommersiya məqsədilə istifadə. Məhsul sayı 2-dən artıq olmadığı üçün kütləvi satışa düşmür və bu məhsulun Azərbaycanda satışın həyata keçirməyəcəm. Qanunla bu bənd də mən trəfdən idi. Yəqin anlaşılmazlıq olub deyib, getdim terminala saat səhər 9-dan isə konsert başladı. Məni qarşılayan ilk gömrük əməkdaşı gətirdiyim mal vasitəsilə, video çəkib, həmin videolardan pul qazanacağımı dedi və buna görə kommersiya məqsədi güddüyümü iddia etdi. Və bunun kommersiya olub-olmadığı inspektorun şəxsi iradəsi əsasında təyin olduğunu söylədi. Mən də qanunvericiliyin arxasında iradənin yox, qanunlar olduğun dedim biraz danışandan sonra məhsulu saxlayan inspektora yönəltdilər. İnspektor məhsulun bir mənalı kommersiya məqsədli olduğu qeyd etdi. Qanunları bildiyim üçün Gömrük Komitəsinin 070 saylı qərarını əsas tutaraq, vəziyyəti izah etdim. 1.3 malların xarakteri, istehlak xassələri, onların tətbiqi və istifadəsinin ənənəvi təcrübəsi; məsələn: məişətdə istifadə olunmayan malların gömrük sərhədindən keçirilməsi onu guman etməyə əsas verir ki, bu cür mallar kommersiya məqsədləri üçün gətirilir (əgər malları keçirən şəxs bunun əksini sübut edə bilməzsə); Qanun deyir ki, əgər gətirən şəxs şəxsi istifadə üçün olduğunu sübut edə bilərsə, malı keçirə bilər. Mən isə gətirilən məhsulun kommersiya məqsədli yox, şəxsi Youtube kanalı üçün videoların çəkilməsində istifadə olunacağına, bu videoların isə kommersiya məqsədilə yox, texnoloji maarifləndirmə, məlumat ötürmə və qutu açılışları videoları üçün istifadə olunacağını əsas gətirdim. Sübüt üçün internetdə olan şəxsi videolarımı, müsahibələrimi, çıxışlarımı göstərdim. İnspektor, belə olan halda qərar üçün rəis müavinini gözləməyimi tələb etdi. Əlavə olaraq qeyd etdi ki, xırda məsələdir həll olunar. Elə bil yolda səni qayı saxlayıb, 3 bal 60 manat cərmə yazmır əvəzində aşağı nəsə edir. Daha sonra mənasız bir şəkildə düşdük məhsula baxdıq anbarda. 1 saat sonra müavin gəldi, internetdə olan videolarıma və bloqqer olduğum qənaətinə gəlib, məhsulu buraxmayacaqlarını və rüsum ödəməyimi xahiş etdi. Gülərüz və mədəni davranış göstərdiyi üçün rüsum ödəmək qərarına gəldim. Bunun üçün gömrük əsas binasında Ümumi Şöbəyə yaxınlaşdım. Burada müəyyən proseduru keçdikdən sonra gömrük orqanı əməkdaşı deklerasiyanın, bəyannamənin doldurulması üçün məni yönləndirdi, binanın alt mərtəbəsinə. Bu mərtəbəyə daxil olanda sanki 20 Yanvardakı kimi bir nəfər mənə yaxınlaşıb, maşın lazım olub olmadığını soruşdu. Açığı bilmədim niyə soruşdu amma dedi nə lazımdır? Deklerasiyadırsa gir bu otağa. Nəsə mən də girdim otağa bir nəfər əməkdaş əlimdə olan sənədlər əsasında 5 dəqiqəyə bir deklerasiya doldurdu və ödəyəcəyim vergilərin siyahısını verdi. Bəyannamə bitəndə isə əlavə olaraq xidmət haqqı qismində 50 manat tələb etdi. Ki bu gömrük ödənişlərinə daxil deyil. Məsələni aydınlaşdıranda məluam oldu ki, bu broker firma imiş və bir səhifəlik kağızı 50 manata doldurur. Rəsmi çelk alandan sonra qalxdım yuxarı, gömrük əməkdaşına yaxınlaşaraq niyə mənim internetdən pulsuz olaraq doldura biləcəyim bir şeyi demək əvəzinə məni o mərtəbəyə göndərib? Əməkdaş isə bunun tək doldurmağın çətin olduğunu bunun üçün məni borker firmaya göndərdiyini qeyd elədi. Mən də bunun doğru olmadığını bildirdim. Daha sonra 155.99 dollar dəyəri olan məshul gömrük dəyəri olaraq, 385.88 qəpik hesablandı. Sonradan bildim ki, məhsulun dəyərinin üstünə daşınma xərcləri də gəlir. 70 dollar Camex üçün verdiyim pula da rüsum tətbiq olunacaq. Bu əsasla şəkildə göstərilən 5 maddə üzrə rüsum ödədim. Toplamda 190 manat. 50 manat isə hansısa broker firması (indi bilinmir kimindir) məndən aldı. 240 manat xərc çəkiləndən sonra bir xeyli proses oldu və sonra məhsulu götürməyə gələndə ambardan çıxmaq üçün də saxlanc haqqı tələb olundu. Məhsulun anbara daxil olması və qalmasına görə 20 manat əlavə ödəniş alındı. Yekundə 260 manat, Amerikadan aldığım məhsulun 98%-i həcmində vergi, rüsum, kommisiya, haqq ödəyərək rəsmi formada məhsulumu gömrükdən çıxardım. Yekun olaraq şəxsi istifadə məsələsinin gömrük qanunvericiliyində boşluqda olduğu və inspektorların şəxsi iradəsi əsasında təyin olunmasını və Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli fərmanını əsas tutaraq, məhkəməyə müraciət edəcəm.

159
share

Aha :D

19
photo

Bugün Ağdamın işğal günüdür. 1993-cü ilə işğal olunan Ağdamın 77%-i bizdə deyil. Ağdam verdiyi 5897 şəhidi ilə, Allahverdi Bağırov, Fred Asif, Şirin Mirzəyev, Canpolad Rzayev kimi qəhrəmanları ilə tanınır, maşın satanları ilə yox.

123
share

Ixtisas seçimi ilə öz fikirlərimdən ibarət bir məqalə yazmışam. Nəzərə alsaq ki, gənclər ixtisas seçərkən, bəlkə də özlərini uçuruma aparır. Məqalədən çıxarışlar: - Hansı Valideyn övladının marketoloq olmağını istəyir ki? - Belə bir vəziyyətdə övladını bank işçisi olmaq üçün yetişdirmək nə qədər doğru və ağıllı qərardır? - Süni zəkalar insanlar üçün daha yeni 2 milyon iş yeri yaradacaq. - Rəqəmsal fəhlə

25

Ölkədə atış gəlmək bu qədər asan olmamalıdır. Tədbirlər edib, boş - boş havaya sözlər atmaqla deyil. Adamın pulun vermirlər. 🤦‍♂️

54

Dövlət Gömrük Komitəsinin inspektorunun gətirdiyi əsasa görə, mən xaricdən 155 dollar dəyərində işıq gətirib, bu işıqla video çəkəcəyəm. Çəkilən videodan Youtube mənə 2 dollar pul verəcək aylıq. Xaricdən gətirilən bu sirli məhsul arxa fona işıq saçdığı üçün, videonun hazırlanmasında rol oynayır. Və bu səbəbdən kommersiya münasibətlərində iştirak etdiyinə görə 98%-lik rüsum, vergi, haqq, yığm və ödəməyə cəlb olunur. Hörmətli Dövlət Gömrük Komitəsi bu yaxınlarda bir nəfər Türkiyədən gətirdiyi şortik vasitəsilə, videoya çəkilib və 15.000 manat dəyərində kommersiya məbləğini şortikin cibinə qoyub. Bu səbəbdən gətirilən şortik markalı geyimin kommersiya münasibətlərində iştirak etdiyi bilərək, ölkəyə gətirilən bütün geyim məhsullarına əlavə rüsum ödənilməsini tələb edirəm! Axı onlar, kommersiya münasibətlərində çıxış edir.

153
share

Çoxdandır hazırladığımız Technote-un yeni Youtube layihəsinin ilk buraxılışı hazırdır. 500 manata texnoloji nələr almaq olar? Nəyi almaq olar? 🤔 Ən əsası səbətə nə doldurmuşamsa, hamısını hədiyyə edirəm. Girin baxın, iştirak edin, fikirlərinizi paylaşın :D Bu səbətə hələ nələr-nələr sığışdıracam :D Indi isə nə az nə çox aksesuar mövzusunda bir adama 5 illik bəs edəcək şeylər aldım :D Görək nə var səbəttə.

59
share

Kafa zehir :D

22