Kndimiz

Kndimiz

Kndimiz is one of the top Food influencer in Azerbaijan with 112485 audience and 0.84% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

108.3k

AudienceAudience

0.87%

Engagement

Get in touch
list-cover
location Azerbaijan
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Food


Portfolio

Standout projects making waves around the web

video

✨Dadlı şirniyyat resepti✨ Xəmiri üçün: 3 stəkan un 1 stəkan duru yağ 1 stəkan süd 1 stəkan ilıq su 1 x.q quru maya yarım ç.q duz Arası üçün: 150–200 qram yağ ???? 180–200° dərəcədə bişirilir. Hazırlayan hər kəsə nuş olsun! ???? #azerbaycan#semskitchen#sırnıyyatresseptı#resseptler #bulka#kruvasan

11046
video

Quru lobyalı plov resepti Tərkibi: • 2 kq düyü • 400 q quru lobya • 300–400 q qoz • Sarıkök • Kərə yağı • Keşniş toxumu, hil (zövqə görə) • Duz Hazırlanması: Qozu blenderdən keçiririk. Lobyanı bişiririk. Düyünü barmaq dişləyəcək qədər isti suya əlavə edib üzərinə duz səpirik və 1–2 saat dincəldirik. Suyu qaynadıb düyünü əlavə edirik, bişdikdən sonra süzürük. Qazmağı hazırlamaq üçün yumurta, bir az düyü, qoz, qatıq və ədviyyatları qarışdırırıq. Qazana qat-qat şəkildə düyü, lobya, qoz və ədviyyatları düzürük. Üzərinə kərə yağı qoyub altına dəmir yerləşdiririk və vam odda dəmə qoyuruq. Plov hazır olduqdan sonra qabı tərs çeviririk, qazmağı doğrayırıq. İstəyə görə şəkər tozu və ya turşu ilə süfrəyə təqdim olunur. ✨ Hazırlayan hər kəsə nüş olsun! #resseptler #plov #qurulobya#cooking

1003
video

Uşaqlar üçün Qan Artırıcı Qara Ciyər və Sari Kök Qarışığı Faydaları: ✨ Qan artırır, dəmir və B12 ilə enerji verir ✨ Göz və dəri sağlamlığını dəstəkləyir ✨ İmmuniteti gücləndirir, səhər yeməyinə əlavə etmək ideal Tərkibi: 500 qr qara ciyər 4–5 ədəd Sari Kök Yeni 2 baş soğan ½ çay qaşığı duz İstiot (zövqə görə) 100–150 qr kərə yağı Hazırlanması: 1. Qara ciyər, kök və soğan hamısı yağda qızardılır. 2. Qarışıq mətbəx maşından keçirilir və qarışdırılır. 3. Duz və istiot əlavə olunur. 4. Üzərinə ərinmiş kərə yağı əlavə edilir. 5. Hazır qarışıq soyuducuya qoyulur. 6. Hər səhər çörəyə sürtülüb uşaqlara verilir. Nuş olsun! ???? #yemek#qaraciyer #cooking

325
video

Asan və dadlı qırılmayan rulet ressepti. 3 yumurta, 3 yq un, 1 cq qabartma tozu, 3 yq şəkər tozu, İçlik: Vanel, 1 çq darçın, 7-8 ədəd alma, #rulet #cemlisirniyyat #resseptler

79
video

Balqabaq qutabının hazırlanması Balqabaq Duz İstiot Nar Xəmir: Un Duz Duru yağ İlıq su #qutabhazırlanması #azərbaycanmətbəxi

122
video

???? Dadlı Toyuq Budu və Kartof Resept İnqrediyentlər: 1 kq toyuq budu 1 kq kartof Sosu üçün: 3 y.q ev ketçupu 3 y.q mayonez Duz, istiot 1 diş sarımsaq 2 y.q duru yağ Hazırlanma qaydası: 1️⃣ Sos üçün bütün ərzaqları qarışdırıb toyuq budlarına əlavə edirik və dinləndiririk. 2️⃣ Kartofları soyub doğrayırıq, duz və istiot vurub listə düzürük. 3️⃣ Üzərinə setka qoyub toyuq budlarını yığırıq və azca yağ gəzdiririk. 4️⃣ 200° sobada bişiririk. ✨ Nəticə: Qıpqırmızı qızarmış və püf kimi yumşaq toyuq budları! Nuş olsun! ???????????? ???? Chicken Drumsticks with Potatoes — Recipe (English) Ingredients: 1 kg chicken drumsticks 1 kg potatoes For the sauce: 3 tbsp homemade ketchup 3 tbsp mayonnaise Salt, black pepper 1 clove garlic 2 tbsp vegetable oil Instructions: 1️⃣ Mix all sauce ingredients and coat the chicken drumsticks. Let them marinate. 2️⃣ Peel and chop the potatoes, season with salt and pepper, and place on the tray. 3️⃣ Put a rack over the potatoes and place the drumsticks on top. Drizzle with a little oil. 4️⃣ Bake at 200°C until golden. ✨ Result: Crispy red on the outside and perfectly soft inside! Enjoy! ???????????? ##repost #cooking #yemek

167
video

???? Pankek resepti: İnqrediyentlər: 1 ədəd yumurta 4 yemək qaşığı şəkər tozu 1 çay qaşığı qabartma tozu 1 paket vanil Bir çimdik duz 1 stəkan süd 1 stəkan qatıq Aldığı qədər un (qarışım nə çox bərk, nə də çox duru olmasın) Hazırlanması: 1. Yumurtanı şəkər tozu ilə yaxşıca çalın. 2. Süd və qatığı əlavə edib qarışdırın. 3. Vanil, duz və qabartma tozunu əlavə edin. 4. Yavaş-yavaş unu əlavə edərək qatılığı tənzimləyin. 5. Qızdırılmış tavaya azca yağ əlavə edib, hər tərəfini qızarana qədər bişirin. İstəyə görə üzərinə bal, şokolad sousu və ya meyvə ilə servis edin ???????? #pankek#şirniyyat#cake

147
video

Hazırlaya biləcəyiniz, hər kəsin həm görünüşünü, həm də hazırlanmasını sizdən soruşacağı bir tort resepti deyirəm indi ???????? Resept 6 ədəd yumurta 1 stəkan şəkər tozu 1 stəkandan bir barmaq artıq un 1 paket qabartma tozu 1 paket vanil Kakaolu biskvit üçün – 2 xörək qaşığı tünd kakao Ağ biskvit üçün əlavə olaraq 1 xörək qaşığı nişasta vura bilərsiniz. Krem: 2 paket bananlı krem şanti 1 stəkan soyuq su Meyvə olaraq banan istifadə etdim. Sade etmək istəyirsinizsə, qaynadılmış qatılaşdırılmış süd vura bilərsiniz. Qoz, şokolad və s. də əlavə etmək olar. Hazırlanması: Yumurta və şəkər tozu ağarana qədər qarışdırılır. Kənarda quru ərzaqlar qarışdırılır, ələkdən keçirilərək yumurtalı qarışığın üzərinə əlavə edilir. Kənarlardan içəriyə doğru qarışdırılır. Sobada 150 dərəcədə bişirilir. Üzəri tam qızaranda sobadan götürülür. Soyuduqdan sonra biskvitlər hər biri iki hissəyə bölünür, araları kremlənib meyvə düzülür. Krem şantini hazırlamaq üçün bir stəkan soyuq su əlavə edirəm. Daha qatı olmasını istəyirsinizsə, suyu az istifadə edə bilərsiniz. Qaymaq kimi yüngül krem alınacaq. Üzəri üçün isə biskvitlərin kənarlarından qalan hissələri blenderdən keçiririk. Üzərinə ağ hissəni ayrıca, kakaolunu ayrıca qarışdırıb vururam. Biskvitlərin üzərinə isə şəkərli süd və ya şəkərli su istifadə edə bilərsiniz. Hər kəsə nuş olsun! ☺️???? #tort#biskvittortu#şirniyyatressepti#gecəgündüztortu

1515
video

???? Ev şəraitində Şəki pitisi Bu ləzzət əsrlərdir Şəkinin ən sevilən milli yeməklərindən biridir. Əvvəllər mis qabda, odun sobasında bişirilərmiş və bu gün də öz orijinal dadını qoruyub saxlayır ???? ✨ Tərkibi (1 porsiya üçün): 3-4 tikə ət 1 ədəd quyruq (nazik doğranmış) 2 xörək qaşığı isladılmış noxud 1 xörək qaşığı doğranmış soğan 1 ədəd qara gavalı 1 ədəd şabalıd Zəfəran suyu ½ çay qaşığı duz ????????‍???? Hazırlanması: 1️⃣ İlk öncə noxud, ət və su qazana əlavə edilir. 2️⃣ Vam odda qaynadılır, kefi götürülür. 3️⃣ Üzərinə soğan əlavə olunur və təxminən 12 saat bişirilir. 4️⃣ Hazır olmağa 10 dəqiqə qalmış zəfəran suyu, şabalıd və qara gavalı əlavə edilir. 5️⃣ Əsl Şəkililər bu yeməyin suyunu ayrıca, ətini və noxudunu isə ayrıca yeyirlər. 6️⃣ Süfrəyə sumaq və nazik doğranmış soğanla təqdim olunur. ???? Hazırlayanlara nuş olsun! #şəkipitisi #piti#milliyeməklər #dadlıressept #şəkimətbəxi

267