Son günlərdə karantinlə əlaqədar həyatımıza evdən davam etməli oluruq. Psixoloqlar belə qeyri-müəyyən dövrdə hər hansı fəaliyyətlə məşğul olmağin əhəmiyyətini vurğulayır. Bu vaxtı əvvəllər görmək istədiyiniz işlərə ayıra bilərsiniz. Bu yeni dil öyrənmək, yarımçıq qalan kitabları tamamlamaq, uzun zamandır siyahınızda gözləyən filmləri izləmək, rəqs, musiqi ilə məşğul olmaq, yaxud bililklərinizi dərinləşdirmək olar bilər. Ümumdünya Səhiyyə Təşkilatı da həddən artıq informasiyadan uzaq olmağı, virus haqda fərziyyələrə əhəmiyyət verməməyi tövsiyyə edir.
Fiziki izolyasiya heç də sosial izolyasiya demək deyil. Restoran, kinoteatr, ictimai yerlərin bağlanması sosial şəbəkələrdə istifadəçilərin sürətlə artmasına səbəb olur. Bu yolla yaxınlarımızla ünsiyyətdə ola, yeniliklərdən vaxtında xəbərdar olar, eləcə də günümüzü daha maraqlı keçirə bilirik.
Hazırki vəziyyət influenser marketinqindən də yan keçməyib. Şirkətlərin marketing planlarını dəyişməsi bir çox kampaniyaların yubanması yaxud təxirə salınmasına səbəb olub. Digər tərəfdən, sosial şəbəkələrdə artan aktivlik influenserlərə fərqli formatda kontentlər paylaşmaq, yeni izləyici kütləsi toplamaq imkanı yaradır.
Biz də sevimli influenserlərimizdən karantin rejiminin onlara təsiri, vaxtlarını necə keçirdikəri barədə maraqlı müsahibələr apardıq.
Gözəllik influenseri ays_blog karantin günlərinin ona yaxşı təsir etdiyini bildirir. Məhsulları sınamaq və izləyicilərlə bölüşmək üçün indi daha çox vaxt var. Yeni yemək reseptləri yoxlamaq və paylaşmaq üçün də vaxt tapıram. “Hazırki vəziyyətimlə əlaqədar olaraq (28 həftəlik hamilə) daha çox dünyaya gələcək körpə barədə məqalələr oxuyub, onun üçün geyim və əşyalar axtarıram. Evdən çıxa bilmədiyim üçün online alış-veriş edirəm.”
Ümumiyyətlə, karantin rejiminin ona kontent yaratmaqda çətinlik yaratmadığını qeyd edərək, yaxın zamanda YouTube kanalında gündəlik həyat tərzi, makyaj, dəriyə qulluq kimi bir çox məsələləri daha detallı paylaşacağnı bildirir.
İlk Keepstarımız olan by_madinaslook da bu günlərdə vaxtını necə keçirdiyini bizimlə bölüşüb. Mövcud vəziyyətə üzülən influenser tezliklə düyanın düzələcəyinə və həyatımıza daha gözəl davam edəcəyimizə ümid etdiyini söyləyir. Özünütəcrid onun da maddi durumundan təsirsiz keçməyib. İş yeri bağlandığı üçün yalnız vacib ehtiyaclarını qarşıladığını bildirir.
Buna baxmayaraq, o, karantin günlərinin onun üçün məhsuldar keçdiyini deyir. Evdə qalaraq öz işi ilə məşğul olub, yeni ideyalar, yeni videolar üzərində işləyir. Mədinənin səhifəsinin əsas mövzusu münasib qiymətə geyimlər, əşyalar, ictimai məkanları izləyicilərə tanıtmaq, həmçinin lazımsız hesab etdiyimiz əşyalardan yeni məhsullar düzəltməkdən ibarətdir. Səhifənin mövzusunun dəyişməyəcəyini bildirən blogger “Bu qədər insanın sevgisini qazanmaq çox gözəldir” deyir.
İnfluenser Reva Heyderova deyir “Çoxdandır bu qədər müddət evdə olmamışdım. Başımız həmişə işimizə, yeni proyektlərə qarışırdı. Hal-hazırda ailəmizlə birlikdə bol vaxt keçirmək şansımız var. Bu vaxt ərzində filmlər izləyib, fərqli yeməklər hazırlayırıq.” Həmçinin vəziyyəti ilə əlaqədar hamiləlik və analıq mövzusunda kitablar oxuduğunu bildirir. Özünütəcridlə səbəbindən bir çox qida və hamiləliklə bağlı layihələr ləğv olunub. Vəziyyət planlaşdırdığımız fotosessiya çəkilişlərini etməyə imkan vermir.
Daha çox qida və həyat tərzi mövzusunda kontentlər paylaşan curly_blog karantin dövrünün onun işlərinə yaxşı təsir etmədiyi deyir. “Həftəiçi işə gedib, dostlarımla tez-tez görüşüb, gəzirdim. Əsasən restoranlarla əməkdaşlıq edib, şəkilllər çəkirdim. İndi işlərimin çoxunu evdən idarə etməliyəm, bu da bir az çətinlik yaradır.”
Kontent yaratmaqda çətinlik çəkməyən influenser izlədiyi filmləri, bişirdiyi yeməkləri izləyiciləri ilə bölüşür. Qalan vaxtlarda isə gününü səmərəli keçirib yeni rəqs hərəkətləri öyrənib, kitab oxuyur, işlərini tamamlayır.
Məhşur jurnalist və bizim sevimli Keepstarımız Husniyem hazırki vəziyyətdən çox razıdır. İşi ilə əlaqədar 10 ildən çoxdur ki, yaz fəslini ailəsindən uzaq keçirən blogger karantin dövrünü ailəsilə birgə keçirir. O deyir ki, Bakı kəndlərinin birində böyük ailəsilə yaşayır. Kontent yaratmaq onun üçün çətin olmasa da evdə qaldığı günlərdə sosial şəbəkələrdən daha az istifadə edir. Hüsniyə vaxtını açıq havada gəzmək, velosiped sürmək, güllər əkmək, film izləmək, dərslərlə məşğul olmaq, pişiklərilə oynamaqla keçirir. “Arzuladığım günləri yaşayıram, amma ümid edirəm çox uzanmayacaq. Hər şey miqdarında yaxşıdır”, deyir.
Növbəti həmsöhbətimiz həyat tərzi influenseri malena.zeindir. Karantin müddəti onun da işlərinə və maddi durumuna mənfi təsir edir. Bir çox çəkilişlər, layihələr təxirə salınıb. Qalan işlərini isə evdən online olaraq idarə edir. Evdə olduğu müddətdə əsasən fitness, yemək, geyim mövzularında paylaşımlar edib, gün ərzində nə etdiklərini izləyicilərlə aktiv bölüşür. Qalan vaxtını isə film izləyib, dincəlməklə keçirir. Bu günlərdə fiziki və zehni sağlamlığa diqqət yetirmək xüsusilə vacibdir.
Daha bir həyat tərzi inflenserimiz shafiga_elshan də bu dövrdə nə etdiklərini bizimlə bölüşür. İlk başda o da təşvişə düşsə də, sonradan duruma alışmalı olduğunu deyir. Əvvəlkindən fərqli olaraq evdə qaldığı vaxt mətbəxdə daha çox vaxt keçirdiyini deyir, elə müsahibə vaxtı da bir tərəfdən işini davam etdirir.
Təəccüblü gorünsə də evdə kontent yaratmaq ona daha maraqlı gəlir. Indi gördüyü işə diqqətini cəlb etmək, məhsuldar iş görmək daha asandır deyir. Ağlına gələn ideyanı anında reallaşdırmaq mümkündür.
“Təbii ki, rahat evdən çıxıb istədiyimiz yerə getdiyimiz günlər üçün artıq darıxıram. Ancaq nə etmək olar, biz bu günlərdə evdə qalmalıyıq ki, sağlam qalaq və tezliklə azadlığımıza qovuşaq.”
Qalanını isə gəlin Şəfiqənin özündən eşidək.
Bəs siz karantin günlərində nələrlə məşğul olursunuz?
AboutNatella Mammadzade
Related Posts
Müsahibə: Məşhur İnfluenserlər Karantin Günlərini Necə Keçirir?
Son günlərdə karantinlə əlaqədar həyatımıza evdən davam etməli oluruq....