rasulhasanov

rasulhasanov

rasulhasanov is one of the top Business influencer in Azerbaijan with 11720 audience and 1.89% engagement rate on Instagram. Check out the full profile and start to collaborate.

11.7k

Audience

1.89%

Engagement

Get in touch
list-cover
location Azerbaijan, Baku
verifyVerified account
fast-reach-outFast reach-out capability

Niche categories

Business


Art / Design


Portfolio

Standout projects making waves around the web

Porridge Monster (Yulaf dönərgə / Owsiankowy potwór) a co-production between Poland, Germany, and Azerbaijan is a beautiful short animated film about a little girl navigating the overwhelming emotions of the grown-up world. And I'd the honor of contributing to it as a graphic designer. For this project, I designed "Claymeal" a unique font inspired by the original title design by Karolina Gołębiowska @golebiowskakaro The font supports both Azerbaijani and Polish alphabets, making it a truly cross-cultural creation, just like the film itself. I also had the pleasure of designing the poster for the film and end titles design. A huge thank you to director Izabela Plucińska @izabela.plucinska.71 and Rashid Aghamaliyev @rashid.aghamali (also @animafilm.studio team) for welcoming me into this wonderful project. -- Porridge Monster (Yulaf dönərgə / Owsiankowy potwór) Polşa, Almaniya və Azərbaycanın birgə istehsalı olan bu gözəl qısametrajlı animasiya filmi, kiçik bir qızın böyüklərin hisslərini anlamağa çalışdığı emosional səyahəti haqqındadır. Qrafik dizayner kimi bu layihəyə töhfə vermək mənim üçün böyük şərəf oldu. Bu layihə üçün Karolina Gołębiowskanın orijinal tipoqrafik başlıq yazısı dizaynından ilhamlanaraq "Claymeal" adlı unikal bir şrift dizayn etdim. Şrift həm Azərbaycan, həm də Polşa əlifbalarını dəstəkləyir və filmin özü kimi həqiqətən mədəniyyətlərarası bir iş oldu. Bundan əlavə, film üçün poster və sonluq titrlarının dizaynını da hazırladım. Bu möhtəşəm layihəyə məni dəvət etdikləri üçün Rəşid Ağamalıyev və rejissor Izabela Plucińska-ya ürəkdən təşəkkür edirəm.

152

30 yanvar tarixində həyat yoldaşım, rəssam, pedaqoq və art kurator Ramilə Şamilovanın təsis etdiyi "LeRami Art Studio" tələbələrinin dördüncü qrup sərgisi baş tutdu. "Aether" adlı sərgi Azərbaycan Milli Xalça Muzeyinin sərgi salonunda oldu. Üç gün davam edən sərgidə tələbələrin yaradıcılıq müxtəlifliyini və sənətə olan fərdi yanaşmalarını nümayiş etdirən sərgidə 35 rəssamın 85 əsəri nümayiş etdirilir. Yağlı boya və qrafika texnikalarında işlənmiş bu əsərlərin müəllifləri arasında böyüklərlə yanaşı, uşaqlar da yer aldı. Sərginin təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Milli Xalça Muzeyininin direktoru Əminə Məlikovaya və kollekitivinə təşəkkürlər. Rəssamlara isə növbəti sənət uğurları! ????

496

"Mən 10 il əvvəl Photoshop işlətmişəm, filan şeyi belə elə..." Rəsul Həsən dizaynerlərin "yaralı yeri"nə toxundu. Müştəri sənin portfoliondakı işləri bəyənib gəlir, "Sizlə işləmək istəyirik" deyir, amma iş prosesində başlayır hər şeyi dəyişdirməyə və öz fikrini diktə etməyə. Nəticə? Ortaya çıxan "zibil" iş sənin portfoliona yazılır, amma heç kimə izah edə bilmirsən ki, bunu müştəri belə istədi.... Hörmətli dizaynerlər (və ustalar), sizdə vəziyyət necədir? #ALSATalks #photoshop #Dizayn #QrafikDizayn #marketing

266

Bir neçə il öncə bu gözəl qrafikalarla qarşılaşdım. Buradakı incəlik, nizam, naxışların ahəngi, sözün düzü məni valeh etdi. Xüsusilə, dərin səbrin izlərini gördüm. Bu qrafik əsərlərin müəllimi Xatirə xanım Həsənzadədir. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Xatirə xanımın əsas ixtisası musiqi olsa da, uzun illərdir ki, rəssamlıqla da məşğuldur. Müsahibələrinin birində belə deyir — "Artıq iyirmi yeddi ildir pedaqoji fəaliyyətlə yanaşı rəssamlıqla da məşğulam. Bu sənətə gəlişim gözlənilmədən olub. Hər gün yeni ideyalar tapırdım. Onlar beynimə təsvir kimi yox, hekayə kimi gəlirdi. Qız qalasının, Misir piramidalarının sirrlərini əsərlərimdə açmaq istəyirdim. Bir gün hiss etdim ki, mən bunu bacarıram" (2019). @khatira.hasanzadah9 xanım, bir gün canlı ünsiyyət qurmaq diləyi ilə. :)

172

Geologiya-minerologiya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü olan professor Xudu Məmmədov elmi nailiyyətlərinə görə dünya şöhrəti qazanıb. 30 yaşında Britaniya Kral Akademiyasının fəxri üzvü seçilib. Bütün bunlardan əlavə o, həm də qrafik dizayn (eləcə də ümumi təsviri sənət) sahəsi üçün maraqlı məsələləri açıb. Qrafik dizaynda "geştalt" prinsiplərini, mənfi və müsbət sahələr bu işdəki çox adama bəllidir. Lakin az adam bilir ki, azərbaycanlı kristalloqraf alim Xudu Məmmədov hələ çox öncə bu prinsipləri kristal qəfəsləri ilə milli ornamentlərin sintezi üzərindən elmi səviyyəyə qaldırmışdı. Xudu Məmmədovun "naxış fəlsəfəsinə" bir qədər dərindən nəzər salaq. Təbiətdəki elementlərlə şərq naxışları ilə ahəngi (izomorfizm). Onun böyük kəşflərindən biri o idi ki, mineral strukturları (məsələn, xonotlit və ya biotit kristallarını) analiz edərkən onların atom quruluşunun 11-12-ci əsr Azərbaycan (və ya şərq) ornamentləri ilə eyni riyazi simmetriyaya malik olduğunu gördü. Alimin ən məşhur işlərindən biri ərəb qrafikası (kufi xətti) ilə işlədiyi "Nəsimi" kompozisiyasıdır. Yazı (fiqur) ilə fon elə bir mürəkkəb riyazi nisbətdədir ki, onlar bir-birini tamamlayır. Siz baxışınızı fokusladığınız an "Nəsimi" sözünü görürsünüz, diqqətinizi fona keçirdiyinizdə isə fon özü eyni sözə və ya mənalı formaya çevrilir. Bu, Eşerin mozaikalarında gördüyümüz "periodic patterns" metodikasının üst-üstə düşür. Xudu Məmmədov üçün ornament bir informasiya dili idi. O hesab edirdi ki, xalçalarımızdakı simvollar kristal dənəcikləri kimidir, hər biri özündə bir genetik kodu daşıyır. Dizayner üçün bu, brendinq və simvolizm sahəsində dərin bir yanaşma metodudur: Hər bir xətt bir funksiyaya və elmi əsasa söykənməlidir. Xudu Məmmədovun "Naxışların yaddaşı" kitabı (İ.Əmiraslanov, H.Nəcəfov, A.Mürsəlovla birgə) bu məsələdən daha ətraflı bəhs edir. Ümumiyyətlə isə gələcəkdə bu mövzu haqqında daha geniş bir video hazırlamağı düşünürəm.

386

Sadəliyi sərvət bilən və həyatın ritmini dinləyən insanlara qarşı ürəyimdə xüsusi məhəbbət var. Onlar sevgisi geniş, əliaçıq, coşğun və heç bir bəhanə arxasında gizlənməyən insanlardır. İllərin buz tutmuş ayrılığının bir anlıq yenidən görüşdə əriyib getdiyi nadir yoldaşlar. İşıq saçanlara, sülh qoruyucularına, şənlik toxumu səpənlərə, gülüş alovlandıranlara, varlığı ilə ətraflarındakı hər şeyi işıqlandıran insanlara pərəstiş edirəm. Səmimi təbəssümlə, uzun dastan deyil, bir neçə düzgün söz ilə səni macəraya çağıranlar, runlandıranlar hələ də ətrafımızda var. Bunlar o kəslərdir ki, havada həyəcan qoxusu olsa belə, onlarla eyni göy qübbənin altında olduğunu bilərək rahat nəfəs alırsan. Onlar xatırladırlar ki, həyata qatılan bir çimdik narahatlıq, məhəbbətlə qarışdırılanda, ömrü şirin edir. Həyatınızda olan mehriban keşikçilərlə heç bir an əbəs yerə ötüb getməz, xoş xatirəyə çevrilər. Belə yoldaşlar çoxdur, lakin bir neçəsinə xüsusi təşəkkür etmək istəyirəm —@eti_brown @gunel.isakova @javad.javadzade @bakuindetails

119

Azərbaycanın sovet dövrü təsviri incəsənətini təhlil edərkən çox vaxt posterlərdəki sərt təbliğat və ya rəngkarlıqdakı "sosialist realizmi" qəlibləri ilə rastlaşırıq. Lakin kitab rəflərinə nəzər saldıqda tamam başqa mənzərə yaranır. Təqdim etdiyim bu örtük dizaynları (cover) nümunələri sübut edir ki, o dövrün kitab qrafikası rəssamlar üçün bir növ yaradıcılıq sığınacağı idi. Heç teatr və film afişalarında bu qədər müxtəlif həllər yoxdur. Burada təqdim etdiyim nümunələr əslində okeanın 0,1% heç deyil. Lakin təsəvvür yaransın deyə rəssamların müxtəlif eksperimentlərindən yerləşdirmişəm. Məsələn, "Qoşa qanad", “Vətən həsrəti” və ya "Dəniz qapısı" kitablarında gördüyümüz həndəsi abstraksiya və minimalizm dövrün rəsmi sənətindən qat-qat irəlidədir. O dövrdə hazır şrift anlayışı indiki kimi minlərlə deyil, məhdud idi. Rəssamlar hər kitabın adını sanki rəsmin bir hissəsi kimi, əllə çəkirdilər. "Qətl günü" örtüyünü götürsək, şrift sadəcə məlumat daşıyıcısı deyil, kompozisiyanın daşıdığı ağırlığın bir parçasını özündə daşıyır. Yəni, təsvirə yad qalmır, sadəcə minlərlə şrift arasından seçilmiş bir şey deyil. Rənglər isə bir başqa aləmdir. Solğun sovet reallığının əksinə, kitablar rəngarəng, cəsarətli və harmonik idi. Çox sayda gözəl nümunələr var ki, onları da zamanla rəssamları ilə birgə paylaşacağam. Kitab qrafikası təkcə örtük dizaynından ibarət deyil, həm də daxildəki təsvirləri də bir ayrı cür gözəldir. // When analyzing Azerbaijan's Soviet-era visual art, we often encounter the harsh propaganda of posters or the "Socialist Realism" tropes in painting. However, a completely different picture emerges when we glance at the bookshelves. The cover design examples I present here prove that the book graphics of that era were a sort of creative sanctuary for artists. Even theater and film posters do not boast such a diversity of approaches. The examples presented here do not constitute even 0.1% of the vast ocean of work. However, to give you an idea, I have included various experiments by these artists.

196

Generativ art üzrə növbəti təcrübələr silsiləsi. Həmişəki kimi sevgili P5.js, Photoshop və qara-qura fikirlər. "Əslində insana ən çox kədər verən xəyalların puçluğu deyil, mümkün olduğu halda baş verməyən sevinclərdir." Fyodor Dostoyevski. // The next series of experiments in generative art. As always, beloved P5.js, Photoshop, and dark thoughts. "In reality, what saddens a person the most is not the futility of dreams, but the joys that never happened despite being possible." Fyodor Dostoevsky

95

Azərbaycanın Qrafik Dizayn Tarixindən unudulmuş sənəti növü olan döş nişanlarının xüsusi dizaynlarından bəzi nümunələr. 1970-c illərən başlayaraq əsasən Bakıda, eləcə də ölkənin müxtəlif yerlərində hazırlanan bu plastik döş nişanları sadəcə suvenir deyil, həm də maraqlı, miniatür vizuallarla dolu yaddaşıdır. Əvvəllər metaldan düzəldilən bu nişanlar plastikə keçəndən sonra tam yeni imkanlar açıldı. Daha sürətli istehsal, daha canlı rənglər, daha detallı dizaynlar. Hər biri 100-200, bəzən 500-dək tirajla buraxılıb və indi kolleksiyaçılar arasında "Bakı seriyaları" xüsusi dəyərə malikdir. Bu nişanlar dövrün əhval-ruhiyyəsini, ictimai həyatını, memarlıq zövqünü və qrafik dizayn səviyyəsini əks etdirir. Bakıda təxminən 500-600 fərqli dizayn nümunəsi istehsal olunub. // Examples of special designs from badge art a forgotten art form from Azerbaijan's Graphic Design History. Starting from the 1970s, these plastic badges were produced mainly in Baku, as well as in various parts of the country. They are not just souvenirs, but also a memory filled with interesting miniature visuals. After these badges, previously made from metal, transitioned to plastic, completely new possibilities opened up. Faster production, more vibrant colors, more detailed designs. Each was released in editions of 100-200, sometimes up to 500, and now "Baku series" hold special value among collectors. These badges reflect the mood of the era, social life, architectural taste, and the level of graphic design. Approximately 500-600 different design samples were produced in Baku.

230